“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Komandanızın Türkiyədəki hazırlıq prosesi necə keçdi?
- Qaydasında. Məşqlərə çox ciddi yanaşırdıq. Hazırda turnir cədvəlində dördüncü pillədə qərarlaşmışıq. Daha yüksək pillələrə qalxmağımızda bu toplantının çox köməyi olacaq. İnanıram ki, bunun xeyrini qarşıdakı oyunlarda görəcəyik.
- “Qarabağ”ın yoxlama oyunu keçirdiyi altı rəqibin səviyyəsini necə dəyərləndirirsən?
- Belə güclü komandalarla yoldaşlıq görüşlərinin faydası çox olur. Rəqiblərimizin səviyyəli komandalar olduğunu nəzərə alsaq, ümumilikdə pis təsir bağışlamadıq. Ən əsası belə oyunlar daha gənc və yeni futbolçuların özünü göstərməsinə imkan yaratdı. Baş məşqçimiz Qurban Qurbanov bu yöndə daha çox çalışırdı.
- İndi də keçək başqa məsələyə. Son zamanlar mətbuatda görünmürsən. Olmaya jurnalistlərdən incik düşmüsən?
- Mənim mətbuatdan heç bir incikliyim yoxdur. Sadəcə özümə bir az fasilə vermişdim. Hər zaman mətbuatla yaxşı münasibətlərim olub. İnşallah, bundan sonra da jurnalistlərin qulluğunda hazıram.
- Mətbuatda Belarus BATE-sinin səninlə maraqlandığını söyləmişdin. Lakin Belarus klubunun rəsmi saytı bu məlumatı təkzib etdi...
- Doğrusu, BATE-nin mənimlə maraqlanması xəbərini menecerimdən almışdım. Mən bu məlumatı özümdən uydurmamışdım. Sadəcə, bu söhbəti çox şişirtdilər.
- Yenidən “Qarabağ”a qayıdan Vaqif Cavadovdan nə gözləyirsən?
- Vaqif Azərbaycanda yaxşı mənada ad çıxarmış futbolçulardan biridir. Bundan başqa, Azərbaycan millisinin əsas oyunçularından olub. Mənim fikrimcə, Vaqif çox güclü futbolçudur. Sadəcə, “Tvente”də zədəsi səbəbindən ehtiyatda qalması, əməliyyat olunması formasından bir qədər uzaq düşməsinə səbəb oldu. Belə hal mənim də başıma gəlib. Ancaq inanıram ki, Vaqif tezliklə öz əvvəlki formasını bərpa edəcək. Çünki Qurban Qurbanov kimi məşqçiylə işləyəcək. Düşünürəm ki, Vaqif “Qarabağ”a qayıtmağında ağıllı addım atdı. Onun çox istedadlı futbolçu olduğunu, inadkarlığını nəzər alsaq, işinin öhdəsindən gələ biləcəyini demək olar. Məncə, Qurban müəllimin də dəstəyiylə əvvəlki Vaqifi görə biləcəyik.
- Yəqin bilirsən ki, AFFA İcrayyə Komitəsinin qərarına əsasən, Cavadov növbəti 5 oyunda komandasına kömək edə bilməyəcək...
- Çox istərdim ki, komanda yoldaşımın cəzası azaldılsın. Əgər məndən bu yöndə dəstək olmağımı istəsələr, böyük məmnuniyyətlə razılaşardım. Düşünürəm ki, onu bağışlamaq olar. Ən azı Azərbaycan yığmasına verdiyi xeyirə görə.
- “Qarabağ”ın makedoniyalı yeni pleymekeri Muarem Muarem barəsində nə söyləyə bilərsən?
- Qurban Qurbanovun bəyəndiyi oyunçu sıradan futbolçu ola bilməz. Baş məşqçimiz onun oyununu görərək qərarını vemişdi. İnşallah, qarşıdakı oyunlarda nəyə qadir olduğunu görəcəyik. Ən əsası komandaya xeyir verməsidir.
- Fevralın 10 da doğma meydanda “Simurq”u qəbul edəcəksiniz. Bu qarşılaşma haqda nə deyə bilərsən?
- Rəqib çox çalışqan və gənc komandadır. Nəticələrə nəzər saldıqda bütün güclü rəqibləriylə görüşlərdə yaxşı təsir bağışlayıblar. Lakin biz də onlarla qarşılaşmaya ciddi hazırlaşırıq və meydana yalnlz qələbə üçün çıxacağıq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı