“Neftçi” klubunun braziliyalı sabiq futbolçusu Joze Karlosun Qol.Az saytına müsahibəsi
- Joze, “Neftçi”dən ayrıldıqdan sonra vətənin Braziliyaya yollandın. Hazırda işlərin necə gedir?
- Çempionatın yüksək liqasında çıxış edən “Mogi Mirim” klubunda oynayıram. Klubumuzun sahibi əfsanəvi braziliyalı futbolçu Rivaldodur. Hər şey öz qaydası ilə gedir.
- “Neftçi”dən ayrılarkən bunun səbəbini açıqlamadın. Nə idi səni komandadan uzaqlaşdıran?
- Mən “Neftçi”dəki taleyimdən çox razı idim. Sadəcə olaraq, bəzi məsələlərdə problemlər yarandı. Rəhbərliklə müqavilə şərtlərində anlaşa bilmədik. Bu səbəbdən yeni razılaşma əldə etməyimiz mümkün olmadı. Bununla belə, “Neftçi”dən ayrılmağa əsasən baş məşqçi Arif Əsədov səbəb oldu.
- Onunla nə problemləriniz var idi?
- Mənim onla heç bir ədavətim yox idi. Sadəcə olaraq, Əsədov məni bəyənmədi. Buna isə heç bir səbəb tapa bilmirəm. Mən məşqlərdə çox çalışırdım. Özümü ən yaxşı tərəfdən göstərirdim. Anlamadım ki, nə baş verdi. Heç bir səbəb olmadan məni komandadan göndərdilər. Açığı, baş məşqçinin məni istəməməsinə çox üzüldüm. Amma hər şey geridə qaldı
.
- “Neftçi”nin son çıxışlarından xəbərin varmı?
- Təəssüf ki, heç bir məlumatım yoxdur. Komandadan heç kimlə münasibətdə deyiləm. Amma sizə bir şeyi etiraf etmək istəyirəm. Yenidən “Neftçi”yə qayıtmaq arzusundayam. Sabiq klubumda özümü yaxşı tərəfdən göstərməyə imkanım olmadı. İnanıram ki, Azərbaycana qayıdacağam və hansı səviyyədə futbolçu olduğumu sübut edəcəyəm. Mən ölkənizə yaxından bağlanmışam. Sizin mədəniyyətinizi çox bəyənirəm. Bakıda yaşamaq mənim üçün çox rahat idi. Hətta həyat yoldaşım da Azərbaycana dönmək üçün mənə təzyiqlər edir (gülür).
- Çıxış etdiyin klubun sahibi əfsanəvi futbolçu Rivaldodur. Onunla münasibətlərin necədir?
- Çox gözəl əlaqələrimiz var. Amma Rivaldonu hər zaman görmək mümkün deyil. Yalnız oyunlarımız keçirilən zaman stadiona gəlib bizi izləyir. Rivaldo futbolçu karyerasını da bitirməyib. Bu səbəbdən deyərdim ki, başı çox qarışıqdır. Rivaldo çox alicənab bir insandır. Dünyanın ən güclü futbolçularından biri olmasına baxmayaraq, özünü çox sadə aparır. Onun sahiblik etdiyi klubda çıxış etmək bizim üçün fəxrdir.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı