Antalyada hazırlıq prosesində olan «Qəbələ» klubunun baş məşqçisi Fatih Kavlak Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib.
- Komandanızın hazırlıq prosesi sizin istədiyiniz səviyyədədirmi?
- Yaxşıdır və hər şey planlaşdırdığım qaydadır, çatışmazlıq yoxdur. Yeni oyunçumuz Yannik Kamananın komandaya uyğunlaşma prosesi gedir. Digər futbolçuların fiziki durumlarının daha yaxşı olması üçün çalışırıq. Futbolçuların fiziki hazırlığının artırılması istiqamətində daha çox işləyirik.
- Burada yoxlama görüşləri də keçirdiniz. Komandanızın oyunu sizi nə dərəcədə qane edir?
- Hələlik tam istədiyim səviyyədə deyil. Çatışmayan bəzi şeylər var ki, onun üzərində işləyirik. Futbolçuların intizamlılığı, oyuna və məşqə ciddi yanaşması, komandaya can yandırması məni məmnun edir. Amma hələ ki, Premyer Liqaya tam hazır deyilik. Bu da normaldır. Düşünürəm ki, qış fasiləsi bitəndə bu məsələ də həllini tapacaq.
- Qış fasiləsində iki transferiniz olub – Yannik Kamanan və Elmar Baxşıyev. Transferləriniz bununla yekunlaşırmı?
- İstədiyim bir oyunçu da var, amma onun keçidində problem yaranıb. Əgər bu variant alınmasa, yenisini axtaracağıq. Bu transferi də həyata keçirə bilməsək, indiki heyətlə yolumuza davam edəcəyik.
- Hansı mövqeyə futbolçu transfer etmək fikrindəsiniz?
- Bunu açıqlamaq istəməzdim. Amma legionerdir. Mən komandaya tanımadığım futbolçu gətirmək istəmirəm. Menecerlərin söyləməkləri ilə iş bitmir.
- Elmar Baxşıyev bu mövsüm ümümiyyətlə, oynamayıb, ötən çempionatda isə «Neftçi»də çox oyunda meydana çıxmadı. Sizcə, onun transferi riskli deyildimi?
- Mən Elmarın futbolçu kimi səviyyəsinə bələdəm. Onun komandamıza faydasının dəyəcəyinə də inanıram. Bu mənada, riskli addım atmamışıq. Əgər ümidləri doğrultmasa belə, maddi tərəfdən çox şey itirməyəcəyik.
- Elmar Baxşıyevi əsas heyət oyunçusu kimi almısınız?
- Onun hazırlıq durumundan narazı deyiləm. Bütün komanda yoldaşları kimi, Elmar da mübarizə aparır və əsas heyətə düşmək üçün rəqabət aparmaq gücündədir. Elmar ilk gündən səviyyəsini göstərib. Amma istənilən halda, mən komandada hər bir hazır futbolçunu əsas heyətin oyunçusu kimi görürəm.
- Yannik Kamanan komandanıza uyğunlaşa bilibmi?
- O, hələ ki, bu prosesi keçir. Kamanan çox səviyyəli futbolçudur.
- Adətən, legionerlər yeni klublarında çətinliklə üzləşirlər, bəzi futbolçularla yola getmirlər. Bu məsələdə Kamananın durumu nə yerdədir?
- Kamanan həm futbolçu, həm də insan kimi yaxşıdır. Komanda yoldaşlarıyla yaxşı münasibət qurub. İntizam baxımından da problemi yoxdur.
- «Qəbələ»nin bu mövsüm Premyer Liqa üçün müəyyənləşdirdiyi hədəflərdə dəyişiklik varmı?
- Heç nə dəyişməyib: məqsədimiz ilk «altılığ»a düşməkdir. Mən komandanı qəbul edəndə də dedim ki, Avropa Liqasına düşməliyik. İnşallah, istəyimizə nail olacağıq. Amma buna qədər ilk «altılığ»a vəsiqə qazanmalıyıq. Özünüz də şahidsiniz ki, bizə burada necə gözəl şərait yaradılıb. Biz bunun qarşılığını verməliyik.
- Unibank Premyer Liqasından söz düşmüşkən, çempionatın gedişatında Azərbaycanın iki iddialı klubuna – «Qəbələ» və «Xəzər Lənkəran»a türkiyəli baş məşqçilər təyin olundu. «XL»dəki həmkarınız və həmyerliniz Cüneyt Biçərlə münasibətləriniz necədir?
- Onunla Azərbaycanda tanış olmuşuq. «Bakı»da baş məşqçi işləyəndə uğurlar qazandı. «Xəzər Lənkəran»da qısa zamanda yaxşı işlər görür. O, yaxşı məşqçidir.
- Sizcə, Azərbaycan futboluna bundan sonra da türkiyəli mütəxəssislər lazımdır?
- Türkiyədə yaxşı məşqçilər var. Futbolumuzun səviyyəsi Avropadan nəinki geri qalır, hətta irəli də gedir. Onların Azərbaycan futboluna faydası dəyə bilər. Amma futbolda milliyyət söhbəti olmamalıdır. Azərbaycanda Türkiyədən də, Ukraynadan da, başqa bir ölkədən də məşqçi işləyib uğur qazana bilər və ya əksinə olar. Hər şey məşqçinin təcrübəsi və biliyindən asılıdır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da