“Qəbələ” klubunun yeni transferi Elmar Baxşıyevin Qol.Az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- «Qəbələ»dən aldığın təklif sənin üçün gözlənilməz olmadı ki?
- Yox. Çünki hələ “Neftçi”də oynayanda dəvət gəlmişdi. Sadəcə, bu komandaya bağlı olduğumdan təklifi qəbul etməmişdim. “Neftçi”dən ayrıldıqdan sonra futbolsuz qaldım. Qış transfer dövründə gələn bu təklifi məmnuniyyətlə qəbul etdim. Mənim üçün belə komandada oynamaq çox xoşdur. “Qəbələ” infrastrukturuna görə Azərbaycanın ən öndə gedən klublarından biridir.
- Bayaq verdiyim sual təsadüfi deyildi. Axı, ötən il sənin üçün demək olar, uğursuz alındı. “Neftçi”də əsas heyətdə yerini itirdin, bu mövsümdə isə ümümiyyətlə, oynamamısan. Adətən, bizdə 3-4 ay kölgədə qalan futbolçular iddialı klubların maraq dairəsində olmurlar.
- Düzü, mənim “Neftçi”dən ayrılmağımın səbəbi oynamamaq idi. Komandada mənə şans verilmədi deyə, oranı tərk etdim.
- Yeri gəlmişkən, Arif Əsədovun vaxtında səni heyətdə görmək olurdu. Böyükağa Hacıyevin dönəmində isə səni əsas komandadan uzaqlaşdırdılar.
- Mən Hacıyevi qınamaq fikrində deyiləm və onun qərarını normal qəbul edirəm. “Neftçi”ylə səmimi ayrıldım. Nə mənim onlara, nə də onların mənə qarşı kini var.
- Ötən il lazımi qədər oynamadın. Hazırda fiziki durumun nə yerdədir?
- “Neftçi”dən gedəndən sonra fərdi məşqlər edirdim. Burda isə hamı kimi mən də çox məşq edirəm. Fiziki olaraq problemim yoxdur. Yeganə çatışmazlıq oyun praktikası baxımından ola bilər. Amma bildiyiniz kimi, burada yoxlama oyunları keçiririk. Düşünürəm ki, çempionata qədər normal oyun praktikası yığa biləcəyəm.
- Yeni komandana uyğunlaşa bilmisən?
- Yerli oyunçunun yerli komandaya adaptasiyası çətin olmur. Axı, biz gəlmə futbolçu deyilik, öz vətənimizdəyik. Buradakı azərbaycanlı futbolçularla çoxdan tanışıq. Onlarla başqa klublarda və milli komandada oynamışam.
- “Qəbələ”də hədəflərin nədir?
- İlk növbədə bir futbolçu kimi komandama fayda vermək istəyirəm. Klubda hamı danışır ki, “Qəbələ”nin qarşısına Avropa kuboklarında oynamaq vəzifəsi qoyulub. Bu hədəfimizə də çatmaq lazımdır. Çempionatda final mərhələsinə qədər ağır səfər oyunlarımız var. Təbii ki, bütün oyunlarda maksimum nəticə qazanmalıyıq. Konkret hədəflərə gəlincə, istəyim odur ki, sabit oynayım və “Qəbələ”də yüksək nəticələrə nail olum.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı