«Qəbələ» klubunun serbiyalı müdafiəçisi Lyubo Baraninin Qol.Az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Antalyada hazırlıq prosesiniz necə gedir?
- Bir həftədir ki, burdayıq. Hər şey yaxşı gedir. İki yoxlama oyununda uduzmuşuq. Amma belə matçlarda nəticə vacib deyil. Hesab edirəm ki, komanda hələ fiziki olaraq bir qədər də hazırlaşmalıdır. Ümumilikdə isə hər şey normaldır. Bundan sonra üç yoxlama matçı nəzərdə tutulub.
- Səncə, çempionatın oyunlarına kimi komandanız tam hazır vəziyyətdə olacaq?
- Yüz faiz. Qış fasiləsindən sonra birinci oyunumuz «Kəpəz»ə qarşı olacaq. Bu qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Biz artıq indidən bu oyun haqda düşünürük.
- Yeri gəlmişkən, «Qəbələ»nin turnir cədvəlindəki durumu sabit deyil. Komandanız ilk «altılığ»a düşə də, düşməyə də bilər.
- Doğrudan da çox çətin vəziyyətdəyik. Taleyimiz öz əlimizdədir. Ən pisi odur ki, dalbadal iki oyunumuz – «Kəpəz» və «Simurq»la matçlar səfərdə olacaq. Bu iki görüşdə qalib gəlsək, birinci «altılıq»da oynayacağıq.
- Komandanız qış fasiləsində iki transfer gerçəkləşdirib. Elmar Baxşıyev və Yannik Kamanandan gözləntilərin nədir?
- Elmar yaxşı oyunçudur. Onu üç ildir tanıyıram. Hələlik fiziki olaraq tam hazır deyil. Kamanana gəlincə, bildiyimə görə, o, Türkiyə və İngiltərədə oynayıb. Onun səviyyəsinə bələdəm. Onun transferi bizim üçün yaxşı olacaq. Komandamıza əlavə hücumçu lazım idi. Çünki az qol vururduq. Məncə, onun gəlişindən sonra vəziyyət dəyişəcək.
- Bu mövsüm komandanızda baş məşqçi dəyişikliyi oldu. Fatih Kavlakla münasibətlərin hansı səviyyədədir?
- «Qəbələ»də bundan əvvəlki məşqçilər - Ramiz Məmmədov və Toni Adamsla da çalışmışam. Hamısıyla münasibətlərim normal olub. Fatih Kavlakla da həmçinin. Hər məşqçi göstərdiyi nəticəyə cavabdehir. Bu mövsümə yaxşı başlamışdıq. Amma sonra məşqçi heyətdə tez-tez dəyişiklik etdi ki, bu da nəticəyə təsir göstərdi. Sonra Fatih Kavlak gəldi. Onun işlərini müsbət qiymətləndirirəm. İşi fərqlidir. Baş məşqçi olaraq daha ciddi çalışır. Təsadüfi deyil ki, onun gəlişindən sonra keçirdiyimiz altı oyunun cəmi birində uduzmuşuq, üç oyunda qələbə qazanıb, ikisində heç-heçə etmişik.
- Səni «Qəbələ»nin əsas silahlarından sayırlar. Xüsusilə aut atışların daha təhlükəli alınır. Deyirlər, Baranin aut atırsa, daha künc zərbəsinə ehtiyac yoxdur.
- Təbii ki, bu, mənim üstünlüyümdür. Amma biləsiniz ki, aut atışlarının üzərində xüsusi çalışmıram. Ümumiyyətlə, bu atışlar hər dəfə də uğurlu alınmır. Oyun ərzində cəmi 2-3 dəfə yaxşı ola bilər.
- Ötən il sən milli komandamızda oynamaq istədiyini bildirmişdin. Amma deyəsən, federasiyadan buna reaksiya verən olmadı.
- Bəli, belə istəyim vardı. Amma alınmadı, dəvət gəlmədi. Mən fikirləşirəm ki, milli komandanızda yerli futbolçular oynamalıdır.
- «Neftçi»dən Flavinyonun millimizdə oynamaq istəyinə necə baxırsan?
- Azərbaycan millisinə Flavinyo kimi oyunçu lazımdır. Yaxşı müdafiəçiləriniz onsuz da var: Rəşad Sadıqov, Saşa Yunisoğlu, Elnur Allahverdiyev. Komandanıza hökmən Flavinyo kimi pleymeyker cəlb olunmalıdır.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı