“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirovun Qol.Az saytına müsahibəsi
- Komandanızın hazırlıq prosesi necə gedir?
- Məşqlərimizi Şüvəlan Olimpiya Kompleksinin stadionunda davam etdiririk. Artıq bir yoldaşlıq görüşündə qüvvəmizi sınamışıq. Rəqibimiz birinci divizion təmsilçisi “Muğan” klubu idi. Bu gün də AZAL-la yoldaşlıq oyununda qarşılaşacağıq.
- Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmısınız. “Rəvan”ın ilk “altılığ”a düşmək şanslarını necə dəyərləndirirsiniz?
- Qarşıdakı 4 oyunda komandam ilk “altılığ”a düşmək üçün sona qədər döyüşəcək. Bunun üçün hər oyuna çox ciddi yanaşmalıyıq. Əsas məqsədimiz “Rəvan”ı mükafatçılar sırasına çıxarmaqdı. Bunun öhdəsindən gələcəyimizə inanıram.
- “Altılıq” oyunlarına qədər sizi 4 gərgin oyun gözləyir...
- Fasilədən sonra ilk oyunumuz uzun müddət məğlubiyyət acısı yaşamayan “İnter” ə qarşı olacaq. Startda belə güclü rəqibə qarşı oynamaq bizə bir qədər çətinlik yarada bilər. Ancaq istənilən halda “Rəvan” meydana yalnız qələbə qazanmaq üçün çıxacaq.
- “Rəvan”da baxışda olan futbolçu Nemanya Vidakoviç haqda nə düşünürsünüz?
- Bu hücumçu haqda hələ tam qərar verməmişik. Baxmayaraq ki, “Muğan”la oyunda özünü yaxşı tərəfdən göstərərək, 3 qola imza atıb. Unutmaq lazım deyil ki, “Muğan” birinci dəstə təmsilçisidir. Salyan təmsilçisi “Rəvan” üçün zəif komanda sayılır. Ona görə də onun vurduğu 3 qolu məqbul hesab etmək olmaz.
- Onunla bağlı qəti qərar nə zaman veriləcək?
- Bu gün ilk “altılığ”a düşmək uğrunda mübarizə aparan AZAL komandası ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin qarşılaşmada Nemanya Vidakoviçə oynamaq şansı verərək, onun nəyə qadir olduğunu görəcəyəm. Doğrudur, sürətli və meydanda qaçan futbolçudur. Buna baxmayaraq, onun barəsində yekun qərar AZAL-la oyundan sonra veriləcək.
- Bir müddət öncə komandaya gətirilən fiziki hazırlıq üzrə çexiyalı mütəxəssis Aleş Pitan haqda nə deyərdiniz?
- Aleş Pitanın çox səviyyəli bir məşqçi olduğunu deyə bilərəm. Vaxtilə Avropanın tanınmış klublarından biri olan Çexiya “Sparta”sında çalışıb. Böyük təcrübəyə malik olan Pitan fiziki hazırlıq üzrə məşqçidir. Azərbaycanda onun kimi mütəxəssislər çox azdı. Onun komandamıza faydalı olacağını düşünürəm. Özü də “Rəvan”ın məşqçisi olmağından çox məmnun olduğunu söyləyir. Pitanın komandaya gətirilməsini mənimlə bərabər rəhbərlik də müsbət qarşıladı.
- Davud Kəriminin “Rəvan”dan gedişindən sonra yəqin ki, yeni qolkiper transfer edəcəksiniz...
- Artıq AZAL klubunun qapıçısı Amil Ağacanov ilə ilkin razılığa gəlmişik. Yaxın günlərdə onunla müqavilə bağlayacağıq.
- “Rəvan”ın əsas futbolçularından biri hesab edilən Reis Klaudineinin komandanın düşərgəsinə qoşulması niyə gecikir?
- Klaudineinin viza problemi yaranıb. Futbolçu ilə tez-tez əlaqə saxlayırıq. Yaxın günlərdə braziliyalının komandaya qoşulacağı gözlənilir.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı