"Turan" klubunun baş məşqçisi Əsgər Abdullayevin Qol.Az saytına müsahibəsi
- Bir müddət öncə "Turan"ın prezidenti Musa Süleymanovun komandanı buraxması haqda məlumat yayıldı. Hazırda komandada vəziyyət necədir?
- Həmin qərardan sonra komanda bir yerə yığışaraq məşqlər etmir. Bütün bunlar maliyyə səbəbindən baş verdi. Musa Süleymanov da istəmirdi ki, klubun aqibəti belə olsun. Özümə gəldikdə isə hazırda Bakıdayam.
Musa Süleymanovun klubdan ayrılmasıyla bağlı xəbərlərə gəlincə, bu barədə mən şəxsən onun özü ilə danışmadığıma görə, dəqiq bir söz deyə bilmərəm. Mənə bu barədə klubun rəisi məlumat verib. Həmçinin, Musa müəllimin belə açıqlaması ilə mətbuatdan tanış oldum.
- Yayılan məlumatlara görə, “Turan” klubuna Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov himayədarlıq edəcək...
- Bəli, bu haqda məlumatım var. Ancaq hələlik sizə dəqiq bir söz deyə bilmərəm. Əgər kluba kimsə sponsorluq edəcəksə, onun fikrinin nədən ibarət olduğunu bilmək lazımdır. Ola bilər, yeni rəhbər kubda yerli futbolçuların oynamasını istədi. Yaxud da legionerlərə üstünlük verilə bilər. Bütün bunlara aparılacaq danışıqlardan sonra aydınlıq gələcək.
- “Turan”a icra hakimiyyəti tərəfindən sponsorluq edilməsinin tərəfdarısınız?
- Əsas istəyimiz odur ki, “Turan” Unibank Premyer Liqasını tərk etməyərək, elitada qalsın. Çünki Tovuz Azərbaycanın tarixi futbol ənənəsinə malikdir. Ona görə də klubu kimin saxlamağından asılı olmayaraq, “Turan”ın yaşamalıdır.
- Musa Süleymanov mövsümün sonunadək klubu saxlamaq üçün 800 min dollar lazım olduğunu deyib. Lakin bununla yanaşı, kluba 400 min dollarlıq avtobus gətiriləcəyini söyləyib. Bunu necə qarşıladınız?
- Bu barədə ən düzgün məlumatı sizə Musa müəllim özü verə bilər. Yəni, bu maliyyə məsələlərini prezident daha yaxşı bilir. Həmin məsələ barədə danışmaq mənim səlahiyyətlərimə aid deyil. Ancaq avtobus məsələsinə gəldikdə isə o vaxdan deyirdilər ki, komandaya yeni avtobus gətirilir. Həmin avtobusun qurluşununun necə, hansı formada olduğunu internet vasitəsilə görmüşdüm. Həmin avtobus “Barselona”nın avtobusuna çox bənzəyirdi.
- "Turan"da vəziyyət qeyri-müəyyəndir. Bu mənada, sizə başqa klublardan hansısa təklif gəlibmi?
- Əlbəttə, hər bir insan üçün iş vacibdir. Əgər “Turan”dan ayrılmalı olsam, yəqin ki, mən də özümə yeni klub axtaracağam. Hələ ki, mənə heç bir klubdan təklif gəlməyib. Lakin klubun maliyyə vəziyyəti düzəlsə belə, komandanı toparlamaq üçün çox güc sərf etmək lazım olacaq. Cünki bütün komandalar yaxşı təlim-məşq keçərək, heyətinə yeni səviyyəli futbolçular cəlb edib. Ancaq biz maliyyə problemi üzündən məşqlərimizi vaxtı-vaxtında keçə bilməmişik. Futbolçular yalnız fərdi məşqlər edirlər. Ona görə də qarşımızda çox çətin vəzifə durur.
- “Turan”ın futbolçuları artıq komandadan ayrılacaqlarını bildiriblər. Sizin buna münasibətiniz necə oldu?
- Futbolçularım mənimlə telefon əlaqəsi saxlayaraq məlumatlanırlar. Mən buna görə heç bir futbolçuya irad tutmuram. Maliyyə elə bir şeydir ki, onun aşağısı-yuxarısı olur. Kimin pula ehtiyacı yoxdur ki? Hələ ki, onların da bəziləri mənim kimi dəqiq bir xəbər gözləyirlər.
- Bəlkə, “Turan”ın dağılmasına maliyyə məsələsi ilə yanaşı, digər qüvvələrin də təsiri olub? Siz necə düşünürsünüz?
- Sözün açığı, bu barədə dəqiq bir söz deyə bilmərəm. Hər halda komandanı sevən adam “Turan”ın yaxşı gününü istəyər. Kim qara işlərlə məşğuldursa, zaman gələndə onların da taleləri qara günə qalacaq. Lakin komandanın dağılmasında qara qüvvə olduğunu söyləyə bilmərəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı