Bu gün Türkiyənin Antalya şəhərində “Qarabağ”la Avstriyanın “Rid” klubu arasında keçirilmiş oyunun ikinci hissəsində yenidən Ağdam komandasına qayıdan Vaqif Cavadov meydana daxil oldu. Bu, Vaqifin iki illik fasilədən sonra “Qarabağ”da ilk oyun idi. Matç başa çatdıqdan sonra Cavadov Qol.Az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinin suallarına cavab verib.
- “Qarabağ”a qayıtdıqdan sonra ilk matçına çıxdın. Matç və öz oyunun barəsində fikirlərin necədir?
- Əvvəlcə deyim ki, “Qarabağ”a qayıtdığıma görə çox sevinirəm. Bu il doğma komandamda ilk oyunum idi. Heyf ki, uduzduq. Hazırlıq görüşlərində belə hallar olur. Birinci hissədə hesabda irəlidə idik. Fasilədən sonra isə baş məşqçimiz əsasən gənc və yeni futbolçuları meydana buraxdı. Hardasa təcrübə öz sözünü dedi və rəqib qalib gəldi.
Öz oyunuma gəlincə, məncə, bu haqda ən doğru fikri siz jurnalistlər deyə bilərsiniz. Mən heç vaxt oyunum barəsində fikir yürütməyi sevməmişəm.
- AFFA İntizam Komitəsinin səninlə bağlı qərarına görə, Unibank Premyer Liqasının beş oyununda iştirak edə bilmərsən. Bununla bağlı özün və ya klub tərəfdən federasiyaya müraciət olunubmu?
- Klubumuz AFFA-ya müraciət etmək fikrindədir. Millidəki məlum məsələyə görə, mənim barəmdə çıxarılan qərarın kluba heç bir aidiyyatı yoxdur və “Qarabağ” mənə verilən cəzadan zərər çəkməməlidir. O ki qaldı milli komandaya, baş məşqçi özü komandaya qayıtmağımla bağlı qərar verməlidir. Əlbəttə, yenidən millidə oynamaq istəyirəm. Beş min manatlıq maliyyə cəriməsini demirəm, amma AFFA mənimlə bağlı beş oyunluq cəzanı ləğv etməlidir. Çünki komandamıza can yandıran futbolçulardan olmuşam.
- Ümumiyyətlə, şəxsən özün AFFA Apelyasiya Komitəsindən nə kimi qərar gözləyirsən?
- Qərarı kim çıxarıbsa, yenidən bu məsələyə baxmalıdır. Ləğv etsələr də sağ olsunlar, etməsələr də.
- “Qarabağ”a böyük ümidlərlə transfer olunmusan. Azarkeşləriniz şəxsən səndən və komandanızdan daha yaxşı nəticələr gözləyirlər.
- “Qarabağ”da oynayanda komandamız yaxşı nəticələr qazanmışdı. İndi də istəyirəm ki, həm öz oyunum, həm də komandamız yenə eyni uğurları təkrarlasın. Təbii ki, çempion adını qazanmaq istəyirik. Bu olmasa da, Avroliqaya vəsiqə qazanmaq və qrup mərhələsinə düşməyə çalışacağıq. Bunu komanda yoldaşlarım da, baş məşqçi də, azarkeşlərimiz də, klub rəhbərliyi də çox istəyir.
- Futbolçu karyeranda ən yaxşı dövrünü “Qarabağ”da keçirmisən. “Tvente”də zədə üzündən möhkəmlənə bilmədin. Sonra isə “Bakı” və “Volqa”da oynasan da, istəyinə nail ola bilmədin. İndi yenidən sənə doğma olan “Qarabağ”dasan. Səncə, burada yenidən ən yaxşı dövrünü keçirə biləcəksən?
- Bayaq da dedim ki, “Qarabağ”da çox gözəl bir dövr keçirmişəm. O vaxt heyət də indikindən fərqli idi. Mən inanıram ki, dönüşüm həm özüm, həm də komanda üçün xeyirli olacaq. Bu yeni ildə çox yaxşı çıxış etməyə çalışacağam.
- Bəlkə də bu sual yerinə düşmür. Amma maraqlıdır, nə vaxtsa yenidən “Qarabağ”ı tərk edərsən?
- Mən bir daha heç vaxt Azərbaycanda “Qarabağ”dan başqa komandada oynamayacağam. Xarici klublara gəlincə isə, peşəkar baxımdan yanaşsaq, gələcəkdə hər şey mümkündür.
- Və sonda. “Qarabağ”da hansı nömrə altında oynayacaqsan.
- Bildiyiniz kimi, ilk dəfə Ağdam klubunda 20 nömrəli formanı geyinirdim. Amma indi bu nömrə tutulduğundan 70 nömrəni seçmişəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da