“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər bu gün Almaniyanın “Volfsburq-2” komandasıyla Antalyada keçirilən yoxlama oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb
- İlk olaraq, qarşılaşmayla bağlı fikirlərinizi öyrənmək istərdik.
- Fərqli iki komanda oynadı. Bu gün matçın birinci hissəsində ilk yoxlama oyunumuzda meydana çıxmayan futbolçuların bəzilərinə şans verdim. Komandamızda yorğunluq var ki, bu da təbiidir. Ən çox məni məmnun edən futbolçularımızın qələbə qazanmaq istəyidir. Bu gün bir qədər sərt oyun oldu. Mən hakimlər haqda danışmaq istəməzdim. Amma burdakı hazırlıq oyunlarında onlar ozlərini göstərmək istəyirlər. Matçın gedişatında 10 nəfərlə qaldıq. Sonra qol buraxdıq. Lakin daha bir qol vurub qələbə qazandıq. Bəlkə də bu gün azlıqda qalmağımız yaxşı oldu. Çünki artıq rəsmi oyunlarda futbolçular daha diqqətlə hərəkət etməlidilər.
- Konkret olaraq, hansı futbolçunuzun oyununu bəyəndiniz?
- Fərdi olaraq kimisə fərqləndirmək istəmirəm. Bizim üçün önəmli olan qələbəydi. Futbolçuların hamısı səylə çalışırdı.
- Yarımmüdafiənin orta xəttində problem vardı. Bunun səbəbi nədir?
- Dediyim kimi, komandada yorğunluq var. Hazırlıq prosesində bu kimi halların olması təbiidir. Yoxlama oyunları həm də ona görə keçirilir ki, belə çatımazlıqları görəsən və sonradan aradan qaldırasan. Bir daha vurğulamaq istəyirəm ki, məni oyunun nəticəsindən daha çox, futbolçularımızın qazanmaq istəyi razı saldı.
- Malidən transfer etdiyiniz üç futbolçu bu gün komandanızın düşərgəsində olmalıydı. Amma nədənsə, onlara rast gəlmədik.
- Bu futbolçular indilərdə Antalyaya gəliblər və bu gün komandamıza qoşulacaqlar.
- Klubunuzun rəisi Səməd Mustafayev bildirib ki, sizin bəyəndiyiniz üç futbolçu – müdafiəçi, yarımmüdafiəçi və hücumçu olsa, onlarla birbaşa müqavilə imzalanacaq. Artıq müəyyənləşdirdiyiniz futbolçular varmı?
- Bəli. Amma adlarını açıqlamaq istəməzdim. Bilirsiniz, dövrələrarası fasilədə oyunçu almaq asan deyil. Kimisinin klubuyla müqaviləsi olur. Müəyyənləşdirdiyim oyunçuları alacağıq.
- Onlar hansı ölkədəndilər?
- Ölkə adı çəkmək istəməzdim. Amma onlar Afrikadan deyillər, Avropada oynayan futbolçulardır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da