AZAL klubunun hücumçusu Elşən Məmmədovun Qol.Az saytına müsahibəsi
- Hazırlıq prosesi necə gedir?
- AZAL-da hər şey planlaşdırılmış şəkildə gedir. Komanda gündə iki dəfə məşq edir. Təlim-məşq müddəti ərzində “Neftçala” komandası ilə iki dəfə yoldaşlıq görüşü keçirmişik. Bəzi zədəli futbolçularımız hələ ki, bizimlə birgə məşq edə bilmir. Yəqin ki, yaxın zamanda komandaya qoşulacaqlar. Ümumilikdə, hər şey normaldır.
- Baş tutan yoldaşlıq görüşlərindən sonra komandanın çıxışı bir futbolçu kimi səni qane etdimi?
- Düzdü, yoldaşlıq görüşü olsa da, komanda hələ də "axsayır". Komandanın çox yüklənməsini nəzərə alsaq, o qədər də pis təsir bağışlamadı. Lakin komanda olaraq oyun baxımından hələ ki, tam hazır deyilik. Ancaq inanıram ki, fevral ayının 10-na kimi AZAL tam hazır olacaq.
- Digər klublardan fərqli olaraq AZAL təlim-məşq toplanışını xaricdə deyil, məhz ölkə daxilində keçir. Səncə, bu, komandanın hazırlığı üçün yetərli olacaq?
- Bilirsiniz necədir, buna biz futbolçular deyil, rəhbərlik qərar verir. Bizim işimiz isə hazırlaşmaqdan ibarətdir. Rəhbərlik hansı qərarı verərsə, onunla da, razılaşmalıyıq.
- Hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmısınız. İlk “altılığ”a düşmək şanslarınızı necə dəyərləndirirsən?
- AZAL-la bərabər digər komandalar “Qəbələ” və Rəvan”nın da ilk “altılığ”a düşmək şansları var. Hər üç komandanı iki çətin səfər qarşılaşmaları gözləyir. Lakin unutmaq lazım deyil ki, AZAL keçən il də ilk “altılığ”a vəsiqəni rahatlıqla təmin etməmişdi. Bununla belə, öz növbəmizdə sona qədər mübarizə aparacağıq ki, “altılığ”a vəsiqəni təmin edək.
- Necə düşünürsən, ilk “altılıq”da mübarizə aparmaq üçün komandanın hər hansı bir transferə ehtiyacı varmı?
- Belə götürəndə oyunçu baxımından bizdə qıtlıq yoxdur. Hər mövqedə iki layiqli oyunçu olduğunu söyləyə bilərəm. Komandamızın heyətinə iki yerli müdafiəçi transfer edilib. Məncə, AZAL-ın heyətində yetərincə güclü legionerlər var. Əlbəttə ki, qarşıdakı oyunlarda komandada zədələnən və cəzalanan futbolçular sarıdan kasadçılıq ola bilər. Belə vəziyyətlə hər bir komanda üzləşə bilər ki, bu da komandaya təsirsiz ötüşmür. Əgər məşqçi və rəhbərlik məsləhət bilərsə, bir-iki legioner alınacaq.
- Əgər AZAL ilk “altılığ”a vəsiqə qazana bilməzsə, bu, komanda üçün faciə sayılmayacaq ki?
- Bizim hələ kubokda irəliləmək şanslarımız qalır. Bilirsiniz ki, Avrokuboklara ən qısa yol kubok oyunlarından keçir. Düzdü, kubok oyununda növbəti rəqibimiz güclü “Bakı” klubudur. Lakin inanıram ki, komandamız kubokda növbəti mərhələyə vəsiqə qazana biləcək.
- Yəni, AZAL bu mövsüm bütün ümidini ölkə kubokuna bağlayıb...
- Yox. Belə olduğunu deməzdim. Kubok oyunları mart ayında start götürəcək. Biz mart ayına kimi, ilk “altılığ”a düşmək məsələsini həll edəcəyik. Komandanın əsas vəzifəsi ilk “altılığ”a vəsiqə qazanmaqdır. Bilirik ki, iki səfər oyunumuz “Xəzər Lənkəran” və “Qarabağ” kimi güclü komandalarla olacaq. Ancaq unutmaq lazım deyil ki, həm “Qarabağ”, həm də “Xəzər Lənkəran” sabit oyun nümayiş etdirmir. Məqsədimiz qarşıdakı 4 oyundan bizə sərf edən nəticəni qazanaraq, ilk “altılığ”a düşməkdir. Buna şansımız da var.
Əli HƏYATİ
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi