Milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Vaqif müəllim, “Anji”dən ayrıldıqdan sonra nə işlə məşğulsunuz?
- Başım bir az ev işlərinə qarışıb. Hələ ki, vaxtımı ailəmlə keçirirəm.
- Klublarımızdan təkliflər almısınız?
- Heç bir klubla danışıqlar aparmıram. Bu haqda hələ ki, bir şey söyləyə bilmərəm. Əgər nəsə olacaqsa, yəqin ki, xəbəriniz olacaq.
- Yayılan xəbərlərə görə, “Neftçi” klubundan baş məşqçi köməkçisi vəzifəsində işləməyiniz üçün sizə təklif göndərilib. Bu, nə dərəcədə doğrudur?
- Heç bir klubdan, həmçinin “Neftçi”dən mənimlə əlaqə yaradan olmayıb. Bu xəbərlər şayiədən başqa bir şey deyil.
- Bəs, bəs təklif olsa, qəbul edərsinizmi?
- Real olmayan bir şey haqda müzakirə etmək düzgün olmaz.
- Bir müddət öncə ayrıldığınız “Anji” klubu ilə əlaqələriniz varmı?
- Komandadan ayrılmağıma baxmayaraq, hələ də münasibət saxlayırıq. Bir neçə gün öncə özləri də mənə zəng etmişdilər.
- “Anji”nin məhşur futbolçuları Samuel Eto’o və Roberto Karlosla şəkil çəkdirməyiniz birmənalı qarşılanmadı. Dedilər ki, Vaqif Sadıqov özünü reklam edir.
- Birincisi tək mən yox, hər kəs onlarla şəkil çəkdirirdi. Təkcə Roberto Karlos və Samuel Eto’o ilə deyil, bütün komandayla şəkil cəkdirmişik. Mən heç vaxt özüm mətbuata şəkil ötürməmişəm. Vaqif Sadıqovun özünü reklam etdirməyə ehtiyacı yoxdur.
- “Anji”yə Hacı Hacıyev tərəfindən dəvət edildiniz. Onun istefasından sonra Hacıyevlə bərabər komandanı tərk etmək barəsində düşünmədiniz?
- Hacı Hacıyevin istefasından sonra “Anji” dən ayrılmaq istəyirdim. Lakin o bizə komandanın ağır dönəmində qalaraq işimizi davam etdirməyi məsləhət gördü. Dedi ki, “Anji”yə yeni baş məşqçi təyin olunana qədər komandanın uğur qazanması üçün əlinizdən gələni edin.
- Yeni baş məşqçi Yuri Krosnajan komandadan getməyinizi sizə hansı formada bildirdi?
- Yanvar ayının 6-da Yuri Krosnajan mənə zəng etdi. Dedi ki, mən öz məşqçi korpusumla işləməyə alışmışam. Öz heyətini “Anji”yə gətirəcəyini bildirdi. Eyni zamanda mənə klubda çalışdığım vaxt ərzində gördüyüm işlərə görə öz minnətdarlığını bildirdi. Məndən halallıq istədi. Mən də bir peşəkar insan kimi bunları başa düşərək öz halallığımı verdim. “Anji”də ilk dəfə 1999-cu ildə çalışmışam. “Anji” mənim üçün təkcə Krosnajandan ibarət deyil. Bu səbəbdən komandanın uğur qazanmasını çox istəyirəm.
- “Anji”nin sizə borcu qalmayıb?
- Mənim hələ “Anji” ilə 6 aylıq müqaviləm var. Mənə bu barədə heç bir problemin yaranmayacağını deyiblər. Bir neçə gün sonra rəhbərliklə əlaqə saxlayacam. Bundan sonra məsələyə tam aydınlıq gələcək.
- Cari mövsüm Unibank Premyer Liqasının səviyyəsi sizi qane edirmi?
- Mən bütün çempionatın oyunlarını izləməmişəm. Əlbəttə ki, çempionatımızın səviyyəsinin Rusiya Premyer Liqasının səviyyəsinə qalxmasını çox istəyərdim. Klublarımızın öz səviyyələrini artırması lazımdı.
- Necə düşünürsünüz, yerli futbolçularımızdan kim Rusiya Premyer Liqasında çıxış etməyə layiqdir?
- Həmişə demişəm ki, Kamran Ağayev, Ruslan Abışov, Rauf Əliyev və Vaqif Cavadov kimi futbolçular orda oynaya bilərlər. Fikrimcə, onlar Rusiya çempionatında çıxış etmək gücündədirlər.
- AFFA-nın Vaqif Cavadova tətbiq etdiyi cəzanın ləğv edəcəyi barədə müzakirələr gedir. Siz bu barədə nə fikirləşirsiniz?
- Məncə, gec-tez bu, baş tutmalıdır. Düşünürəm ki, Vaqifi
bağışlayacaqlar. Önəmli olan odur ki, Vaqif öz səhvini dərk etsin. Məncə, Berti Foqts və AFFA rəhbərliyi bir böyüklük edərək ona daha bir şans verəcəklər. Çünki Vaqif istedadlı futbolçudur.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı