“Kəpəz” klubunun qapıçısı Elşən Poladovun Qol.Az saytına müsahibəsi
- Elşən, hazırda “Kəpəz”də vəziyyət necədir?
- Komandada ab-hava yüksək səviyyədədir. İlkin olaraq məşqlərimizi fiziki hazırlıq üzrə davam etdiririk. Yəqin ki, bu həftənin sonuna qədər fiziki hazırlıqlara üstünlük veriləcək. Gələn həftədən etibarən isə komanda topla çalışmalara başlayacaq.
- “Kəpəz”in təlim-məşq toplanışının qalan hissəsini Antalyada davam etdirəcəyi haqda xəbərlər yayılıb...
- İlk öncə toplanışı Gürcüstanda keçmək barədə söhbət gedirdi. Mətbuatdan oxudum ki, komanda hazırlığı Antalyada davam etdirəcək. Hələlik bu barədə bizə dəqiq məlumat verilməyib. Hazırda Gəncədəyik və məşqlərimizi davam etdiririk.
- Unibank Premyer Liqasının oyunları zamanı ağır zədə almışdın. Hazırda özünü necə hiss edirsən?
- Demək olar ki, tam sağalmışam. Artıq komandayla birgə məşqlərdə iştirak edirəm. İnşallah, çempionatın növbəti qarşılaşmalarında meydana çıxa biləcəyəm.
- Bir müddət öncə “Kəpəz” klubu çempionatda çıxışını dayandıracağı haqda bəyanat verdi. Həmin vaxt komandanı tərk etmək barədə düşünmüşdün?
- Komandanın ətrafında baş verənlər rəhbərlik səviyyəsində müzakirə olunurdu. Bu səbəbdən də biz futbolçular çox şeydən xəbərsiz idik. “Kəpəz”də baş verənlərdən yalnız mətbuatdan xəbər tuta bilirdik. Əlbəttə, əgər klub dağılsaydı, başqa komandaya keçmək məcburiyyətində qalacaqdıq. Lakin səbirli olduq və gözlədik. Rəhbərlikdən futbolçulara yanvarın 10-na kimi gözləməyi tapşırmışdılar. Daha sonra gördük ki, klub yenidən fəaliyyətini davam etdirir. Buna görə də “Kəpəz”də qalmalı olduq.
- Qış fasiləsi dönəmində digər yerli klublardan təkliflər almısanmı?
- Bir neçə klubla danışıqlar aparırdım. Konkret hansısa bir komandanın adını çəkmək istəmirəm. “Kəpəz” çempionatda çıxışını dayandıracağı təqdirdə, həmin klubların birində oynamaq variantım var idi.
- “Kəpəz”də maliyyə problemlərinin yaranması sizi qorxutmadı ki?
- Futbolçuların taleyi belədir ki, bu gün burda, sabah başqa yerdə ola bilər. “Kəpəz” çempionatda oynamasaydı, məcbur özümüzə yeni klub axtarmalı olacaqdıq. Sağ olsun, klub rəhbərliyi və sponsorlar ki, bir araya gəldilər və “Kəpəz”in dağılmasına imkan vermədilər. Gəncədə futbol olmasa, heç bir inkişafdan söz gedə bilməz.
- Komandan hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Unibank Premyer Liqasında qalmaq şanslarınızı necə dəyərləndirirsən?
- Vəziyyət o qədər də ürəkaçan deyil. Çalışmalıyıq ki, qarşıdakı dörd oyunda yaxşı nəticələr əldə edək. Belə olan halda xal ehtiyatımızı daha da artıraraq çempionatda qalmaq şanslarımızı saxlaya bilərik. Bunun üçün meydanda əlimizdən gələni etməliyik.
- Yeni baş məşqçiniz Fuad İsmayılov haqda nə deyə bilərsən?
- Mən ilk dəfədir ki, Gəncəni təmsil edən klubda çıxış edirəm. İndiyədək Fuad İsmayılovla iş birliyimiz olmayıb. Deyə bilmərəm ki, onun çempionata baxışı necədir. Hər bir məşqçinin özünə məxsus taktikası və planları var.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da