Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi
- Samir, səninlə bərabər bir neçə yoldaşın sonuncu klubun olan “Turan”dan ayrılsa da, sonradan geri qayıtdı. Bəs, sənin kluba dönüşün niyə alınmadı?
- Mən “Turan” dan beş aydan çoxdur ki, ayrılmışam. Digər futbolçulara gəldikdə isə kimin hara getdiyindən, niyə qayıtdığından xəbərim yoxdur. Çünki xeyli vaxtdır ki, mətbuatı izləmirəm.
- “Turan”dan ayrıldıqdan sonra hansısa klubdan təklif almısan?
- Heç bir klubdan təklif irəli sürülməyib. Əgər təklif gəlsə belə, daha oynamaq istəmirəm. Artıq futbolçu karyeramı başa vurmağı düşünürəm. Çünki indi 33 yaşım var. Ayağımda və bədənimdə keçmişdən qalan zədələr də oynamağıma imkan vermir. Zədələrim olmasaydı, niyə də oynamayım? Güya Azərbaycan çempionatında oynayanlar kimlərdi ki? Onlar ancaq meydançada yeriməklə məşğuldurlar.
- “Turan”dan maaşını ala bildinmi?
- Mən klubda cəmi iki aya yaxın çıxış etdim. Gördüm ki, pulumu vermirlər, hamıdan öncə mən “Turan”dan çıxıb getdim. Heç nə demədən əşyalarımı yığıb komandadan ayrıldım. Nə etməliydim? Dava-dalaş salmayacaqdım ki.
- Futbolçu karyeranı bitirmək istədiyini dedin. Məşqçilik fəaliyyətinə başlamaq haqda düşünmürsən?
- Məşqçilik kursları aprel ayında olacaq. Bu haqda düşünürəm. Qismət olsa, bunu həyata keçirmək istərdim. Yəni məşqçilik kurslarında iştirak etmək fikrim var. Ancaq gələcəkdə bizdən məşqçi çıxacaq, ya yox, onu deyə bilmərəm. Kurslara gedib lisenziya almaqla deyil. İndi kimə baxırsan, hamı məşqçi olmaq istəyir.
- Bu mövsüm üçün Unibank Premyer Liqasının səviyyəsini necə dəyərləndirərdin?
- Sizə tam səmimi deyirəm ki, “Turan”dan gedəndən sonra futboldan iyrənmişəm. Əvvəllər digər komandaların oyunlarını da izləməklə zövq alırdım. Tovuzdakı məsələdən sonra nə futbolla maraqlanıram, nə də mətbuatda yazılanlarla. Heç bir klubumuzun oyununa da baxmaq istəmirəm. Ancaq dost-tanışdan eşidirəm ki, futbolumuzda nələr baş verir.
- Futboldan iyrəndiyini dedin. Bunun səbəbi təkcə “Turan”da çıxış etməyin oldu?
- “Turan”dakı məsələdən sonra lap pis oldum. Futboldan anlayışı olmayan çox adam var. Başı çıxan da, çıxmayan da futboldan danışır. Söhbət təkcə “Turan” dan getmir. Mən bu sözü ümumilikdə futbolda olan şəxslərə aid edirəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı