Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Şahin müəllim, hazırda nə işlə məşğulsunuz?
- İndi başım bir az ailə işlərinə qarışıb. Hələ ki, dincəlməklə məşğulam.
- Hansısa klublardan təklif almısınız?
- İstəməzdim ki, həll olunmamış məsələlər barədə danışım. Hələ ki, bu barədə işlər yolunda gedir. Lakin danışıq apardığımız klubla müqavilə bağlamadığıma görə bu haqda danışmaq istəməzdim. Çünki mən piar xarakterli açıqlamaları sevmirəm.
- Danışıq apardığınız yerli klubdur, yoxsa əcnəbi?
- Hazırki durumda yerli klublara məşqçi lazım deyil. Yəqin ki, əcnəbi klubdur.
- Bir vaxtlar İran klublarının biriylə danışıqlar aparırdınız. Növbəti iş yeriniz məhz İran klubu ola bilərmi?
- Bu məsələ ötən il olmuşdu. Lakin həmin klubla danışığa xitam verildi. Hazırda isə İran çempionatının ikinci dövrəsi gedir. Çempionatları başa çatdıqdan sonra təklif gələrsə, nəzərdən keçirmək olar. Hələ ki, konkret bir söz deyə bilmərəm.
- Vəli Qasımovun rəhbərliyi altında U-19 millimiz Sankt-Peterburqda keçirilən turnirdə fiaskoya uğradı. Buna münasibətiniz necədir?
- Düzdü, U-19 millisinin uduzmağı yaxşı nəticə deyil. Bir şey yaxşıdır ki, bu məğlubiyyət Avropa çempionatına yetərli qədər vaxt qaldığı bir zamanda baş verdi. Ona görə ki, komandada çatışmayan cəhətlər üzərində işləyərək, onları aradan qaldırmaq olar. Yəni, baş məşqçi Vəli Qasımovun əlində şans var ki, 8-9 ay ərzində U-19 millisini formalaşdırsın. Sadəcə bundan səmərəli və ağıllı istifadə edərək, problemləri aradan qaldırmaq lazımdır.
- Sizcə, gənc milli üzvlərinin indidən belə böyükhesablı məğlubiyyət alması onların psixologiyasına necə təsir göstərəcək?
- İnamsızlıq olub və olacaq da. Bu amil bizdə qaçılmazdı. Bunların aradan qaldırması üçün vaxt var. Bəzi fiziki və psixoloji təzyiqlərə tab gətirə bilməyən futbolçuları əvəz etmək olar. Bu futbolçulardan neçəsinin millidə qalacağı isə artıq baş məşqçinin işidir. Çatışmazlıqları aradan qaldırmaq üçün hələ ki, imkan var. Bəlkə də, aldığımız bu böyükhesablı məğlubiyyət bizə dərs oldu. Bundan nəticə çıxarmaq lazımdır.
- Bəs, Vəli Qasımovun "7 dəfə 0:1 uduzmaqdansa, bir dəfə 0:7 uduzmaq lazımdır" fikirləri haqda nə deyə bilərsiniz?
- Adətən, hər hansı qələbə və ya məğlubiyyətdən sonra baş məşqçilər emosional ifadələr işlədir. Hər bir yerdə ağıllı mətbuat işçiləri olanda, məşqçini həmin media ilə ünsiyyətə buraxmırlar. Həmin məşqçini hirsi soyuduqdan, təxminən 10-15 dəqiqə sonra mətbuat konfransına buraxırlar. Çünki məşqçilər məğlubiyyət aldıqda və ya qələbə sevinci yaşadıqda emosional ifadələr işlədə bilərlər. Ona görə də bu sözün arxasınca qaçmaq düzgün olmazdı. Məşqçi də insan olduğu üçün onu başa düşmək lazımdır. Bu sözü qabartmaq lazım deyil.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı