“Mən heç kimlə görüşməmişəm, heç kimə də pul verməmişəm. Bu deyilənlərin heç biri həqiqəti əks etdirmir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın baş meneceri Zeynal Məmmədovun “İnter”in ünvanına səsləndirdiyi ittihamlara cavab verən klubun prezidenti Georgi Nikolov deyib. “İnter”in bolqar prezidenti bildirib ki, 2 il əvvəl o Zeynal Məmmədovla görüşərkən, hər ikisi bir-birilərinə qarşı qərəzli mövqe tutmamaqla bağlı söz veriblər və o, hələ də öz sözünün üstündə durur: “Olimpik” - “Bakı” oyunundan sonra Əsgər Abdullayevlə Novruz Əzimovun “İnter”in nümayəndəsinin maşınına əyləşərək, stadionu tərk etməsi də düzgün informasiya deyil. Mən bir daha bildirəm ki, heç kimlə görüşməmişəm, heç kimə də pul verməmişəm. Heç belə fikrim də olmayıb. Özünüz də yaxşı bilirsiniz ki, hazırda bütün dünyada maliyyə böhranıdır. Bu cür çətin vəziyyətdə məni ancaq öz klubum maraqlandırır. Artıq pul tapmışam ki, 100 min dolları aparıb “Olimpik”ə verim? Mən öz xöşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlar insanlardan deyiləm. Məni ancaq “İnter” maraqlandırır. Digər klublardan hansınınsa udub-uduzmamağı məni qətiyyən maraqlandırmır. Özü də xatırlatmaq istəyirəm ki, 2 il əvvəl mən Bakıya ilk dəfə gələndə “Bakı”nın baş menecri Zeynal Məmmədovla görüşüm olmuşdu. O zaman biz hər ikimiz bir-birimizə söz vermişdik ki, “İnter” “Bakı”ya, “Bakı”da “İnter”ə qarşı ancaq “fair-play” qaydaları çərçivəsində, kişi kimi mübarizə aparacaq. Hər hansı bir digər vasitələrdən istifadə olunmayacaq. Mən də geridə qalan iki il ərzində bu sözümün üstündə durmuşam. Çünki mən centlmənəm. Burada olduğum müddətdə də hər zaman öz sözümün üstündə duracağam. “İnter” nə qazanıbsa, hamısını öz alın təriylə, öz zəhməti hesabına əldə edib. Heç kim bizi uğurlarımıza kölgə sala bilməz”.
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
"Komandamla qürur duyuram" - "İmişli"nin baş məşqçisi
“İmişli”yə texniki məğlubiyyət veriləcək
“Qarabağ”ın 4 oyunu İTV-də
"Turan Tovuz" - "Qəbələ": Heyətlər
Flik İspaniya millisinə gileyləndi
“Fənərbaxça” - “Trabzonspor” oyununun vaxtı dəyişdirildi
"İmişli" - "Sumqayıt": Heyətlər
Millimiz Monteneqro ilə qarşılaşacaq
"Mançester Siti"nin futbolçusu 7 oyunu buraxacaq
“Qarabağ”ın qapıçısı mükəmməl oynadı” - Ruan Renato
Nuri Şahin Superliqa klubunda
"Elə şeylər var ki, puldan üstündür" - Elvin Məmmədov
1-ci liqada 5 oyunun vaxtı açıqlandı
"Qarabağ"a qalib gəlməliyik" - "Benfika"nın baş məşqçisi
Antoni Marsial bu klubda
Azərbaycan boksçuları dünya çempionatında 2 medal qazandılar
"Benfika"dan heç-heçə
"Bayer" "Ayntraxt"a qalib gəldi
"Qarabağ" - "Zirə" matçında vurulan qollar - Video