“Qarabağ” klubunun gürcüstanlı hücumçusu Georgi Adamiyanın Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Komandanız artıq Antalyadadır. Bu hazırlıq prosesindən nə gözləyirsən?
- Təbii ki, yüksək səviyyədə məşqlər edəcəyimizi düşünürəm. Çempionatda bizi ağır oyunlar gözləyir. Buna görə də bütün gücümüzlə çalışmalıyıq.
- “Qarabağ”ın baş məşqçisi və bir sıra aparıcı oyunçuları hesab edir ki, çempion adını qazanmaq bundan sonra çox çətin olacaq. Sən bu fikirlə razısan?
- Şansımız cox azdır. Amma mümkün olmayan bir şey də yoxdur. Şəxsən, mən sona qədər komandamıza kömək edəcəyəm: oynasam da, oynamasam da. Mövsümün sonu isə necə olacağını görəcəyik.
- Yeri gəlmişkən, bu il hesabında çox az qol var. Halbuki sonunçu mövsümdə bombardir olmuşdun.
- Mən qarşıma ən məhsuldar oyunçu olmaq məqsədi qoymamışdım. Bu il də elə fikrim yoxdur. Sadəcə, ötən mövsüm komanda yoldaşlarım kömək etdilər, mən də qol vurdum. Mən birinci növbədə komandanın uğurunu düşünürəm, nəinki fərdi oyunumu.
- Yola saldığımız 2011-ci ili özün üçün necə qiymətləndirirsən?
- Pis olmadı. Amma düşünürəm ki, bundan da yaxşı ola bilərdi. Çempionatda ücüncü yeri tutduq, Avroliqada “pley-off”a yaxınlaşdıq, bayaq qeyd etdiyimiz kimi, Premyer Liqanın bombardiri oldum.
- Amma bütün bunlar ilin birinci yarısında oldu. Hətta Gürcüstan millisinə də dəvət aldın. Sonradan isə oyununda eniş başladı.
- Bəlkə də, bu, çoxlu “yüklənməyimizin” nəticəsiydi. Yayda Avropada oynadıq. 10 gün millinin düşərgəsində oldum. İstirahət etmək imkanım az idi.
- Deməli, tənqidləri qəbul edirsən?
- Düzü, mediada tənqidlərlə çox rastlaşmadım. Bəlkə də olub, amma mənim bundan xəbərim yoxdur. Mən hamıdan yaxşı bilirəm ki, bu mövsüm mənim üçün əvvəlki kimi olmadı.
- Millinin toplanışına çağırılsan da, sonra baş məşqçi səni komandada saxlamadı. Bunun səbəbini öyrənə bildin?
- Buna məşqçi qərar verir. Görünür, mən onun oyun sxeminə uyğun deyildim. Bunu normal qəbul edirəm.
- Bəs, bundan sonra millidən dəvət gözləyirsən?
- Yox. Cünki indi komandada gəncləşdirmə siyasəti gedir.
- Bir halda ki, söhbət Gürcüstan futbolundan düşdü, sənin Azərbaycanda fəaliyyət göstərən həmyerlilərinin də fəaliyyətinə toxunaq. Kaxaber Sxadadzenin “İnter”dəki fəaliyyətini necə qiymətləndirirsən?
- Mən bunu müzakirə edə bilmərəm. Çünki komandanın içində deyiləm. Amma əlbəttə, indi “İnter” yaxşı çıxış edir, çempionatın ən yaxşı komandalarındandır. Mövsümə pis başlasalar da, sonrada işləri yoluna düşdü.
- “İnter”dəki gürcülərlə şəxsi münasibətlərin nə yerdədir?
- Yaxşıdır. Bakıda olanda görüşürük də.
- Kaxaber Sxadazenin oğlu Baçananın oyunu haqda fikirlərin necədir?
- Son oyunlarda vacib qollar vurub və bu, məni sevindirməyə bilməz. İnanıram ki, bundan sonra öz oyununu daha da artıracaq.
- Yeri gəlmişkən, “İnter”də gürcü futbolçular az deyil. Sənə oradan dəvət olub?
- Bilirsiniz, klubuyla müqaviləsi bitən futbolçuya çox yerdən təklif ola bilər. Mənim isə “Qarabağ”la hələ yaya qədər müqaviləm var.
- “Qarabağ”da qalıb-qalmamaqla bağlı fikirlərin necədir?
- Hələ mövsüm başa çatsın... Əlbəttə, komandada qalmaq istəyirəm.
- Azərbaycanda oynadığın bu yeddi ildə məqsədinə nail olmusan?
- Mən yalnız futbolçu karyeramı bitirdikdən sonra bu suala cavab verə bilərəm.
- Yaxşı, onda sualı belə qoyaq: bəs, bundan sonra nəyə nail olmaq istəyirsən?
- İki dəfə çempionluq qazanmışam, kolleksiyamda iki gümüş və bir bürünc medal var. Bombardir olmuşam. Çatışmayan bir şey varsa, o da Azərbaycan kubokudur.
- Dəyəsən, axı, avrokubokların qrup mərhələsinə düşməmək yaddan çıxdı, axı...
- Bəli, bu da var. Hələ ora düşməmişik. Qismət olsa, bəlkə orda da oynadıq. Bundan sonra, əgər ciddi zədələnməsəm, daha iki il futbol oynamaq istəyirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da