«BİZİMLƏ OYUNDAN SONRA ƏSGƏR ABDULLAYEV VƏ NOVRUZ ƏZİMOV «İNTER»İN NÜMAYƏNDƏSİLƏ BİR MAŞINDA GEDİBLƏR»
«ZÖHRAB QƏDİYEVİ HAKİMLİK ETMƏYƏ QOYMAYACAĞAM»
«Olimpik” - “Bakı” matçında baş verənlər gündəmi zəbt edib. Bu qarşılaşmada Mahir Şükürovun Fair-Play qaydalarını kobud surətdə pozmasından əlavə başqa bir məsələ də qabardılır. Söhbət “İnter”in “Olimpik”i pula stimğullaşdırmasından gedir. Yayılan məlumata görə, “bankirlər” “təyyarəçilərə” böyük məbləğdə - 100 min dollar pul təklif edərək əvəzində “Bakı”nın qarşısını kəsməyi tapşırıblar. Qeyd edək ki, bununla bağlı məlumat «Bakı»nın rəsmi saytında da yerləşdirilib.
Məsələ ilə bağlı Qol.Az-a verdiyi eksklüziv açıqlamada “Bakı”nın baş meneceri Zeynal Məmmədov baş verənlərə münasibət bildirib:
- Bu məsələdə üçüncü qüvvənin olduğu şübhəsizdir. «Olimpik» - «Bakı» oyununda baş verənləri anlamaq üçün nə alim olmaq lazımdır, nə də filosof. “Olimpik” üç aydır ki futbolçularına maaş verə bilmir. Nə deyim? Hər şey göz önündə idi. Burada bir məqsəd var idi ki, “Bakı” uduzmalıdır. Ona görə də Azərbaycan futbolu heç vaxt uğur qazana bilməyəcək. Nə qədər ki, belə çirkinliklər və ədalətsizliklər var, Avropada bizi qapazaltı edəcəklər.
Mahir Şükürovun yerinə olsam, futbolu ataram. Mən onun haqqında əlavə nəsə demək istəmirəm. Futbolçularımı da qınamıram. Şükürovun o utancverici hərəkətindən sonra stadionda özümə yer tapa bilmirdim. Elə vəziyyətdə futbolçular necə oynasınlar? Hələ yaxşı ki, özlərində güc tapıb oyunu başa çatdıra bildilər. Bunu da qoyuram bir kənara. Mənə təsir edən həm də hakimliyin səviyyəsi idi. Zöhrab Qədiyev da bir tərəfdən bizi pis günə qoydu. Mahir aşkar şəkildə bizim futbolçunu vurur, referi «sarı vərəqə» göstərir. «Sarı vərəqə» o deməkdir ki, Şükürov həqiqətən də qaydanı pozaraq rəqibini vurub. Rəqibi vurmaq birbaşa «qırmızı vərəqə» olduğu halda, niyə Zöhrab sarı vərəqə göstərir? Bunu da qoyuram bir qırağa. Nduka arxadan bizim futbolçunu kobudluqla vurur. Bu da birbaşa «qırmızı vərəqə» deməkdir. Amma Qədiyev yenə hər şeyə göz yumur. Əvəzində bizim oyunçu Muciri buna oxşa kobudluq edən kimi dərhal meydançadan qovulur. Daha bir epizodda Adamiyanı cərimə meydançası daxilində yıxırlar, amma yenə qayda pozuntusu qeydə alınmır. Tutaq ki, Mahir o hərəkəti elədi, “Olimpik”də qol vurdu. Hakim heç olmasa, fair play qaydalarını pozduğu üçün Mahirə «sarı vərəqə» göstərə bilməzdi? Deməyə sözüm yoxdur. Burada məqsəd birdir: “Bakı”nı çempionluqdan etmək. Dünənki oyunda da bir daha göstərdilər ki, “Bakı”nı yalnız bu cür udmaq olar. İnanın, “Olimpik”in heyətində oynayan “Bakı”nın sabiq futbolçuları matçdan sonra deyirdilər ki, biz “İnter”lə də oynamışıq, digər komandalarla da, amma “Bakı” hamısından güclüdür.
- Dediniz ki, “Bakı”nın çempionluğunu istəməyən qüvvələr var. Bu, AFFA-dakı qüvvələr ola bilərmi? Unutmayaq ki, Batistaya 6 oyunluq diskavlivikasiya cəzasını da məhz federasiya kəsmişdi.
- Yox, mən buna inanmıram. AFFA heç vaxt bunu etməz. Burada yalnız və yalnız üçüncü qüvvənin əli var və bu, gün kimi aydındır. Elə hakimi də təlimatlandırıb oyuna göndərən həmin qüvvədir.
- İctimaiyyət arasında həmin üçüncü qüvvənin “İnter” olduğu deyilir. Məlumata görə, “Olimpik”ə “Bakı”nı məğlub edəcəyi müqabilində böyük məbləğdə mükafatı da “İnter” qoyub. Belə çıxır ki, Qədiyev də məhz “bankirlər”in diqtəsi ilə sizə qarşı qərəzli oyun idarə edib?
- Bir də təkrar edirəm, bunu bilmək üçün filosof olmaq lazım deyil. “Olimpik”in pulu var? 3 aydır maaş almırlar. Demək məsələ aydındır da. Matç başa çatan kimi Əsgər Abdullayevlə Novruz Əzimov “İnter”in nümayəndəsi ilə maşına əyləşib stadiondan gedirlər. Daha hər şey aydındır da, özünüz fikirləşin.
- Qədiyevlə bağlı şikayət edəcəksiniz?
- Bəs necə? Şikayət mütləq olacaq. Bu qədər həngamə olmaz axı. O, artıq harınlayıb. Zöhrabı hakimlik etməyə qoymayacam. Biz bu qədər əziyyət çəkirik, komanda yaradırıq, kimsə gəlib bütün zəhmətimizi yerə vurur. Məsələnin maddi tərəfini qoyuram bir qırağa. İnsan nə qədər stress keçirir. Zöhrab, ümumiyyətlə, hakimlikdən getməlidir. Onun hakimlik etməyə ixtiyarı yoxdur.
"Sabah" - "Zirə" matçında vurulan qollar - Video
"Hakim qərarları qəribə idi" - Berezutski
Rəşad Sadıqov: "Futbolumuz adına sevinirəm"
"Sabah" "Zirə" ilə heç-heçə etdi
Tovuzda qol vurulmadı - Video
"Qurban müəllimin dediyində həqiqət var" - Azər Bağırov
“Kəpəz” “Qarabağ”la bərabərə qaldı
Millimiz Bolqarıstana qalib gəldi
"Sabah" - "Zirə" matçı üçün - Heyətlər
Levandovski: "Hələ son sözümü deməmişəm"
Flik Alvaresin sayılmayan penaltisindən danışdı
Osimhen "Yuventus"la razılaşdı
"Kəpəz" - "Qarabağ": Heyətlər
Levandovski: "Yaşımdan utanmıram"
İtaliya millisinin Almaniya ilə matçlar üçün tərkibi
“Son 12 ildə çoxlu axmaq qərar veriblər”
Ayxan Abbasov milliyə bu futbolçuları çağırdı
Anandla Məmmədov Bakıda qarşılaşacaq
FİFA referisi Əvəzedicilər liqasının oyununda
Niderland millisinin İspaniya ilə oyunlar üçün heyəti
"Barselona"dan Torres qərarı
Azərbaycan yığmasının heyəti açıqlandı
Neymar Braziliya millisinə qoşulmayacaq
Ronaldo qollarının sayını 928-ə çatdırdı
Renat oynadı, komandası qalib gəldi
“Qalatasaray”dan darmadağın
Güləşçimiz Avropa çempionu oldu
"Çox istəyirəm ki, Santuşla əlaqəmiz olsun" - Ayxan Abbasov
Mərdəkanda vurulan qollar - Video
"Araz-Naxçıvan" "Şamaxı" ilə bərabərə qaldı
Slot və Postekoqlunu qabaqladı, ən yaxşısı seçildi
Kamal Umudlu Avropa çempionatında
"Mingəçevir"in qələbəsindən - Video
Azərbaycan millisinin Moldova ilə oyun üçün heyəti
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
“Real”ın futbolçusu 3-4 həftə oynamayacaq
"Mingəçevir"dən ardıcıl 4-cü qələbə
"Real" 100 milyonluq transferə hazırdır
Tuhelin millidə ilk seçimi - 26 futbolçu
Salah Premyer Liqanın ən yaxşısı seçildi
Ayxan Abbasovdan təyinatı ilə bağlı - Açıqlama
Qurban Qurbanov bugünkü toplantıya niyə qatılmadı?
AFFA İntizam Komitəsindən ayrıldı
AFFA-nın İcraiyyə Komitəsinin bugünkü qərarları - Şəkillər