Con Toşak: “Azərbaycana da məğlub olsaq...”

Con Toşak: “Azərbaycana da məğlub olsaq...”
ÖLKƏ FUTBOLU 6 Aprel 2009 / 12:12 2684
-  A +

Seçmə mərhələ çərçivəsində ardıcıl iki oyunda məğlub olaraq, dünya çempionatına yollanmaq şansını xeyli çətinə salan Uels millisinin baş məşqçisi Con Toşak hələ də nikbinliyini itirmir. Qol.Az-ın “Galler” nəşrinə istinadən verdiyi məlumata görə, Toşak yerli jurnalistlərə bir qədər tələsməməyi məsləhət görüb: “Bəli, Finlandiya və Almaniyaya məğlubiyyətlərdən sonra CAR-a getmək şanslarımız çoxları üçün mümkünsüz görünür. Amma mən bir qədər də səbirli olmağı məsləhət görürəm. Əgər iyunun 6-da səfərdə Azərbaycana da məğlub olsaq, o zaman hər şeyin əldən çıxdığını demək olar. Azərbaycanlılarla oyuna qədər isə az da olsa, ümid yerimiz var”.

Daha çox


Son xəbərlər