“Olimpik” - “Bakı” oyununda yaşananlar “zolaqlılar”ın düşərgəsində böyük narazılıq doğurub. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, klub bu oyunla bağlı bəyanat yayıb. “Mahir Şükürov və Junivan Suares “fair play” prinsiplərinə tüpürdülər” başlıqlı yazıda qeyd olunur:
20-ci tur çərçivəsində keçirilən “Olimpik”-"Bakı" matçının 50-ci dəqiqəsində top Sissokonun qoruduğu qapının qarşısına göndərildi. Qapıçı irəli çıxaraq topa yiyələndi. Epizod başa çatdıqdan sonra top uğrunda mübarizə aparan "Olimpik"li Junivan Suares cərimə meydanında uzanaraq ayağa qalxmadı. Bu zaman artıq "Bakı"nın hücumu başlanmışdı. Rəqibin yerdə qaldığını görən bakililar topla hərəkət edən Peresə işarə etdilər və sonuncu topu "fair play" qaydalarına uyğun olaraq yan xəttdən çıxardaraq Suaresə yardım göstərilməsi üçün şərait yaratdı. Ancaq həkim müdaxiləsinə ehtiyac qalmadı, belə ki Suares az sonra ayağa qalxaraq oyunu davam etdirəcəyini bildirdi. "Olimpik"in 25 nömrəli futbolçusu Mahir Şükürov 51-ci dəqiqədə topu autdan Suaresə ünvanladı. Sonuncu isə onu qüvvətli zərbə ilə Sissokonun qoruduğu qapıdan keçirdi. Bu o qədər gözlənilməz baş verdi ki, hətta matçın hakimi bir an mərkəzi göstərməkdə tərəddüd etdi.
Mahir Şükürov və Junivan Suaresin matçı "Şəfa stadionunun tribunalarında və AZTV vasitəsi ilə izləyən azarkeşlərin gözü qarşısında "fair play" prinsiplərinin ziddinə gedərək Azərbaycan futbolu tarixində görünməyən bir hərəkətlə "tarixə düşdülər". Bu hərəkətin adı bütün dünya ölkələrində eynidir və futbolsevərlər onu bizdən yaxşı bilirlər.
Təəssüf doğuran budur ki, Azərbaycan milli komandasının oyunçusu Mahir Şükürov idmançıya, Azərbaycanlıya və peşəkarlığa yadd olan, bununla bərabər "Olimpik" klubunun adına ləkə gətirən hərəkəti ilə ləyaqət anlayışının üstündən xətt çəkdi. Bu oyunun "Olimpik" üçün həyati məna daşıdığıını yazmışdıq, onu da qeyd etmişdik ki, qarşılaşma çətin keçəcək. "Olimpik"in qarşısında "Bakı"dan xal almaq vəzifəsi qoyulmuşdu. Ancaq bu, o demək deyildi ki, "Olimpik" oyun etikası və "fair play" normalarına tüpürməklə "Bakı"nı büdrətməlidir.
Haşiyə: "Fair play" prinsiplərinə uyğun olaraq top yenidən onu meydandan çıxaran tərəfə qaytarılmalı idi.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi