Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov Mahaçqalanın “Anji” klubuyla yollarını ayırmasının səbəbləriylə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- “Anji”nin yeni baş məşqçisi Yuri Krasnojanın sizinlə işləməmək qərarını necə qarşıladınız?
- Yanvarın 10-da komanda təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə gedir. Mən yanvarın 7-də klubun düşərgəsində olmalıydım. Bundan bir gün əvvəl isə Yuri Krasnojan şəxsən özü mənə zəng edərək halallaşdı. Dedi ki, səhv edirəm, düz edirəm, bilmirəm, amma özümlə dörd yeni köməkçi gətirirəm.
- Bunu necə qəbul edirsiniz?
- Çox normal. Açığı, bu qərarı gözləyirdim də. Çünki istənilən yeni məşqçinin özüylə tanığıdı köməkçini gətirməsi təbii haldır. Mən Krasnojanın bu qərarından qətiyyən incimirəm. Öz nəvbəmdə Krasnojana və onun köməkçilərinə uğurlar arzuladım. Bundan sonra “Anji”də işləməsəm də, bu komandaya azarkeşlik edəcəyəm. Həmin klubda çox əziyyət çəkmişik. Bunu Krasnojan da etiraf etdi.
Bəlkə də başqaları olsaydı, inciyərdi. Amma komandada yeni məşqçi var, o yeni fikirlərlə gəlib. Məni tanımadığına görə fikirlərini həyata keçirmək onun üçün çətin olardı.
- “Anji”ylə mövsümün sonuna qədər olan müqavilənizi artıq ləğv etmisiniz?
- “Anji”dən ayrılmağımla bağlı qərarı mənə baş məşqçi bildirdi. Təlim-məşq toplanışından sonra klub rəhbərliyi ilə danışıqlar aparacağam. Düşünmürəm ki, “Anji” kimi klub belə məsələlərdə problem yaratsın.
- Rusiya futbolunda işləmək sizə nə verdi?
- Mən ötən ilin yanvarın 8-də “Anji”ylə müqavilə imzalamışdım. Orada həqiqətən çox şey öyrəndim. Mən hər bir məşqçiyə “Anji” kimi komandada işləməyi arzu edirəm. “Anji”də fəaliyyətə başlayanda bu komanda yüksək liqada yerini qorumaq üçün çalışırdı. Yuri Krasnojan özü dı mənimlə telefon söhbətində qeyd etdi ki, Hacı Hacıyevlə birgə “Anji”nin ağır günlərində çox işlər görmüşük. O dedi ki, klubda da sizi yalnız müsbət tərəfdən tanıyırlar. Digər tərəfdən, orada dünya futbolunun ulduzları olan Roberto Karlos, Samuel Eto’o kimi oyunçularla tanış oldum. Onların mənə münasibəti çox yaxşıdır.
- Bundan sonra yenidən Rusiya futbolunda işləməyiniz nə dərəcədə realdır?
- Bu gün həmin ölkənin tanınmış menecerləriylə yaxşı münasibətim var. Mənə tezliklə Pro lisenziyası almaq lazımdı ki, həmin ölkədə işimi davam etdirə bilim.
- Təkliflər varmı?
- Təklif yoxdu, amma Pro lisenziyası aldıqdan sonra iş tapmaq çətin olmaz.
- Azərbaycanda işləmək haqda düşünürsünüz?
- Azərbaycanda çalışmaq, öz ölkəmin futboluna xidmət göstərmək mənim üçün ən böyük xoşbəxtlikdir. Mən futbolumuza sadiq bir insanam. Tələb olarsa, təbii ki, köməyimi əsirgəmərəm.
- Millinin baş məşqçi köməkçisi vəzifəsi boşdur. Sizə AFFA-dan bununla bağlı təklif gəlsə, münasibətiniz necə olacaq?
- Mən bayaqkı suala cavabımda da dedim ki, Azərbaycan futboluna sadiq olmuşam və futbolumuza, milli komandamıza qulluq etməyə hazıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da