“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Yeni ili harada keçirdim?
- Bu dəfə bayramı doğma rayonumda qeyd etdim. Çünki Tovuza çox nadir hallarda gedirəm. Buna görə də, ələ düşən fürsətdən istifadə edərək, bir həftəlik dincəlmək qərarına gəldim.
- “Bakı” hazırda turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Səncə, bu, qanunauyğundur?
- “Bakı” layiq olmadığı bir pillədə qərarlaşıb. Heyətdə xeyli sayda səviyyəli futbolçu var. Sadəcə olaraq, 1-2 uğurlu qarşılaşmalardan sonra komandada “qırılma” baş verir. Lakin bu ay təlim-məşq toplantısı komandanın çox xeyirinə olacağını düşünürəm. Özümüzü toparlayaraq ilk “altılıq”da yerimizi rəsmilşdirməliyik. Nəzərə almaq lazımdır ki, “altılıq”a qədər bizi dörd çətin oyun gözləyir. İnşallah, yaxşı başlanğıc olsa, qələbələri sıralayacağımıza inanıram.
- Qış fasiləsinə yollanar-yollanmaz “Bakı”dan bir neçə oyunçu yola salındı. Səncə, bu oyunçularla vidalaşmaq düzgün addım idi?
- Əvvəla, futbolda belə şeylər olur. Düzdü, uzun müddət bir komandanın şərəfini qorumuş futbolçu üçün bu çox çətindir. Elə Ramim və Skuliç artıq 4 ilə yaxındır ki, “Bakı”nın heyətində çıxış edirdilər. Mən sadəcə onlara uğurlar arzulaya bilərəm.
- Onların gedişi komandanın çıxışlarına nə kimi mənfi təsir edə bilər?
- Bu haqda nəsə deyə bilmərəm.Bu qərarı məşqçi çıxarıb. Kimin gedəcəyini o müəyyənləşdirir. Məndən olsa, kaş qalardılar. Onların hər biriylə yaxşı münasibətim var. Ancaq neyləmək olar ki, futbolçunun həyatında belə şeylər baş verir.
- Bir çoxları getsə də, sən bu mövsüm meydanda az olmağına rəğmən komandada qaldın. Bu barədə baş məşqçiniz Aleksandr Starkovla söhbətiniz olub?
- Mənim üçün “Bakı”dakı bu altı ay çox sıxıcı oldu. Bir zədə qurtarmamış digəri başladı. Baş məşqçimiz mənə güvəndiyindən komandasında görmək istədi. Lakin heç kəs zədədən sığortalanmayıb. Meydana çıxdığım qarşılaşmalarda da özümü maksimum sərf edirdim. Baş məşqçimizə Starkovla bu barədə danışığımız olub. O, mənə güvəndiyini və həvəsdən düşməməyimi söylədi. Çünki mənim gənc və gələcəyimin qabaqda olduğunu dedi. Futbolçu üçün bu sözlər böyük stimuldur. Onun məşqlər zamanı bizimlə zarafat etməsi, əlini kürəyimizə vuraraq bizə dəstək olması çox xoşdur. Həmçinin də, bu dəstəyi klubunn rəhbərliyi tərəfindən də hiss edirik.
- Bir çox mütəxəssis “Bakı”nın zəif çıxış etməsində Starkovu günahkar hesab edir. Sən necə düşünürsən?
- Starkov oyundan keçirilən toplantılarda məsuliyyəti öz üzərinə götürür. Ancaq futbolçu oynamırsa, içi mən qarışıq, məşqçi neyləməlidir? Komanda uduzursa, nəticə yoxdursa, baş məşqçiylə bərabər hər kəs günahkardı.
- Hərbi xidmət məsələnə görə yeni pasport ala bilmirdin. Bu məsələ nə yerdə qalıb?
- Bu barədə o qədər danışıldı ki, bir də gördün, məni tutub əsgərliyə apardılar (gülür). Mənə bildirdilər ki, hər şey düzələcək. Sən get, öz işinlə məşğul ol.
- Milliyə dəvət olunmamağınla bağlı Berti Foqtsla söhbətin olub?
- Axırıncı dəfə tədbirlərin birində onunla söhbət etdik. Məndən soruşanda ki, niyə oynamırsan,bildirdim ki, zədəliydim. O mənə bildirdi ki, milli komandanın qapıları sənin üzünə açıqdır. Sadəcə, öz üzərimdə çalışaraq, formamı bərpa etməyimi istədi. Bu sözlər mənə çox xoş təsir etdi. Bildim ki, milliyə çağırılmaq ehtimalım var.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat