“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- “Qarabağ”ın bu mövsüm üçün çıxışlarını necə dəyərləndirirsən?
- Yüksək səviyyədə çıxış etdiyimizi söyləmək olmaz. Məncə, hər şeyə rəğmən pis təsir bağışlamadıq. Ümumilikdə komandanın sərgilədiyi oyunu normal hesab edirəm. Lakin “altılıq” oyunlarında hələ gərgin mübarizələr olacaq. Çalışacağıq ki, bu il özümüzü yaxşı tərəfdən göstərərək, daha yüksək pillələrdə qərarlaşaq.
- “Qarabağ” qış fasiləsinə Premyer Liqanın dördüncüşü kimi yollandı. Bir təcrübəli qapıçı kimi həmkarın Boyan Pavloviçin çıxışlarını qənaətbəxş hesab edirsən?
- Pavloviç pis qapıçı deyil, komandaya gəlişindən sonra normal oyun nümayiş etdirir. Bütün qapıçılarda olduğu kimi, Pavloviçin də səhvləri oldu. Deməzdim ki, yüksək səviyyədə çıxış etdi. Ümumi götürəndə pis təsir bağışlamadı.
- “Altılıq” oyunlarında hər qazanılan xal qızıla bərabər olur. Baş məşqçiniz Qurban Qurbanov “altılıq”dakı qarşılaşmalarda sənə şans verəcəyini düşünürsən?
- Meydanda olmağım üçün əlimdən gələni edirəm. Məşqlərdə böyük səylə çalışıram. Ümüdimi itirməmişəm. Mən də özümü komandanın bir hissəsi oyunçusu sayıram. Peşakar futbolçu rəqabətə tap gətirməyi bacarmalıdır. İnanıram ki, baş məşqçimiz mənə şans verəcək. Birdə ki, futbolda hər şey olur. Allah eləməsin, sabah Pavloviç zədələnə bilər. Ona görə də, hər zaman meydana çıxmağa hazır olmalıyam. Heç bir futbolçu zədədən sığortalanmayıb. Məşqlərimi davam etdirərək ruhdan düşmürəm. İnşallah, Qurban müəllim mənə nə vaxt qapını qorumağı həvalə etsə, ehtimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
- “Qarabağ”la müqavilənin müddəti mövsümün sonunda başa çatacaq. Başqa klubda oynamaq haqda düşünürsən?
- Əgər belə bir təklif olarsa, ilk əvvəl “Qarabağ” rəhbərliyi ilə danışıqlar aparacağam. Çünki neçə ildi, bu komandanın şərəfini qoruyuram. Digər tərəfdən,mənə təklif göndərən yerli iddialı və əcnəbi klublardan olarsa, masa arxasına oturub danışıqlar aparacam. Lakin bu, hələ gələcəyin planlarıdır. Hələ ki, məni “Qarabağ” düşündürür.
- Mətbuatda “Kəpəz” klubuna kecəcəyinlə bağlı xəbər yer almışdı. Bu, doğru idi?
- Bəli, “Kəpəz”lə danışıqlar aparmağım düz məlumat idi. Mirbağır İsayevin baş məşqçi təyin edildiyindən sonra Faiq Əzizov mənimlə əlaqə yaratdı. Faiq Əzizov “Kəpəz”in qapçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirirdi. Onunla danışığımızı normal qəbul etdim. Və bildirdim ki, “Qarabağ”ın rəhbərliyi ilə məsləhətləşdikdən sonra sizə son qərarımı deyəcəm. Elə oldu ki, Premyer Liqanın son turundan sonra ailəmlə birgə istirahət etmək üçün xarici ölkəyə yollandım. Qayıtdıqdan sonra eşitdim ki, “Kəpəz” çempionatda çıxışını dayandırıb.
- Ötən il sənin üçün uğursuz oldu. “Qarabağ”da və millidəki yerini itirdin. Nəticədə milliyə sən yox, “Sumqayıt Şəhər”in qapıçısı Popoviç dəvət aldı
- Bu mövsüm meydanda çox nadir hallarda görsəndim. Ancaq bu il çalışacağam ki, “Qarabağ”ın əsas heyətində çıxış edərək, milliyə dəvət alım. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla milli barədə söhbətimiz olmuşdu. O, da mənim oynamağımı istəyirdi. Papoviçə gəlincə isə, daha gənc qapıçı olduğuna görə ona şans verildiyini düşünürəm. Millinin son iki yoldaşlıq oyunlarında əsas heyətdə yer alması,onun gələcək üçün hazırlandığını düşünməyə əsas verir. Lakin milli komandanın hazırda birnömrəli qapıçısı Kamran Ağayevi hesab edirəm. İndidən söhbət gedəndə Kamranı Popoviçdən çox üstün hesab edirəm.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat