“Qarabağ” klubunun müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə ondan başlayaq ki, Yeni ili necə və kimlərlə qeyd etdin?
- Yeni ili ailəmlə birgə keçirdim. Çoxdandı bayramda bir yerdə olmamışdıq.
- Yola saldığımız 2011-ci il sənin üçün ən çox nə ilə yadda qaldı?
- 2011 mənim karyeramın başlanğıc mərhələsi kimi oldu. Çünki bu il daha çox oyun keçirdim. Ən əsası Avroliqada sabit çıxış etdim, həm də milli komandaya dəvət olundum.
- Amma qismətdən millinin hər iki toplanışında iştirak edə bilmədin. İlk toplanış ləğv olundu, sonrakı hazırlıq prosesinə isə klubun tərəfindən buraxılmadın.
- Önəmli olan mənə olan diqqət idi. Yenə də dəvət gəzləyirəm. İnşallah, bu dəfə toplanış təxirə salınmaz (gülür).
- Ümumilikdə 2011-i özün üçün uğurlu sayırsan?
- Əlbəttə. Ötən il mənim üçün çox yaxşı oldu.
- Bizim futbolçuların böyük bir qismi yeni ili xaricdə keçirdi. Bəs, sən nə yaxşı Azərbaycandan bir kənara çıxmadın?
- Onsuz da bütün mövsümü orda-burda olmuşuq. Məncə, ən yaxşısı bayramı evində, vətənində keçirməkdi. Yeri gəmişkən, bayram ərəfəsində doğma vətənim Füzuliyə getmişdim. Mən Qarabağ problemi başlayandan sonra ilk dəfə idi ora gedirdim. Düzü, orada çox təsirləndim. Dağları gördüm, təmas xəttinə yaxınlaşdım. Mən elə təsəvvür edirdim ki, Horadiz qəsəbəsini dağılmış halda görəcəyəm. Amma yox, çox gözəl idi. Hər yer bərpa olunub. Orada yaxşı işlər görülüb. Hətta Olimpiya kompleksi də tikilib.
- 2011-ci ili “Qarabağ” üçün necə dəyərləndirirsən?
- Avroliqada pis nəticə qazanmadıq. Amma ölkə çempionatında bəzi oyunlarda yaxşı çıxış etmədik, önəmli xallar itirdik. Ümümilikdə, normal oldu.
- Səni 2011-ci ilin kəşfi adlandırırlar.
- Görünür, məndə nəsə gördükləri üçün belə deyirlər. Amma düşünürəm ki, bu fikri doğrultmaq üçün öz üzərimdə hələ çox işləməliyəm.
- Bəs, sənin özün kimi 2011-ci ilin kəşfi adlandırardın?
- Düzü, gərək fikirləşəm...
- Komanda yoldaşın Rauf Əliyevin ilin futbolçusu olması haqda nə deyərdin?
- Həqiqətən də Rauf millidə çox yaxşı oyunlar keçirdi, vacib qollar vurdu. Rauf bu ada layiq idi.
- 2012-ci ildən gözləntilərin nədir?
- 2011-ci ildə özünü doğrultmayan bəzi istəklərimizi bu dəfə gerçəkləşdirmək və daha yaxşı çıxış eləmək. Komandamla birgə çempion adını qazanmaq istəyirəm. Çempion olmaq mənim üçün şərəfdir.
- Amma baş məşqçiniz Qurban Qurbanov deyir ki, bu mövsüm çempionluq çətin görünür.
- Doğrudan da, çətindir. Özünüz də çempionatdakı intiriqanı görürsünüz. Amma qarşıda hələ 14 tur var. Bu oyunlarda istədiyimiz nəticəni qazansaq, çempion olmaq mümkündür.
- 2011-ci ildə sənə nə kimi təkliflər oldu?
- Rəsmi təklif olmayıb. Amma bu il olsa, dəyərləndirəcəyəm. Artıq elə yaşdayam ki, xaricdə oynamağın vaxtıdır. Amma birinci məqsədim milliyə dəvət almaq və “Qarabağ”da əsas heyətdə mövqeyimi qorumaqdır.
- Hansı ölkədə legioner həyatı yaşamağı arzulayırsan?
- Arzum İspaniyada oynamaqdır. Amma reallıqdan danışmaq lazımdır.
- Rusiya və Türkiyə variantı sənin üçün necədir?
- Harda olur-olsun, builki məqsədlərimdən biri də əcnəbi kluba keçməkdir.
- Yeri gəlmişkən, Türkiyə “Bank Asya” liqasında oynamağa necə baxırsan?
- Problem yoxdu, oynayaram. Mənə orada rahat olar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat