Bakının “Neftçi” klubunun hücumçusu Fərid Quliyevin Qol.Az saytına müsahibəsi
- Yəqin ki, özün də qəbul edirsən ki, 2011-ci il sənin üçün uğursuz oldu.
- Doğrudur. Keçən mövsüm “Simurq”un heyətində zədələnəndən sonra xeyli vaxt müalicə prosesi keçməli oldum. və uzun müddət futbolsuz qaldım. Əvvəlki formamı bərpa etmək üçün üzərimdə xeyli çalışırdım.Buna görə meydanda az görünürdüm. İnşallah, gələn ilə qədər öz üzərimdə bir az da çalışaraq klubumun heyətində daha çox oyun keçirmək istəyirəm.
- Amma bu ili hazırkı komandan “Neftçi” üçün uğurlu saymaq olar.
- Bəli. Komanda bir neçə illik fasilədən sonra çempion oldum. Sonradan mən yenidən bu komandaya qayıtdım. Düzü, “Neftçi” bu mövsümün əvvəllərində oqədər də inamlı təsir bağışlamadı. Amma sonradan uğurlu çıxışlar etməyə başladı. Bunun bəhrəsi kimi hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, fasiləyə qış çempionu kimi yollanıb. Bu mövsümün bizim üçün ən çətin oyunu “inter”lə oldu. İnanıram ki, “altılıq” qarşılaşmalarında məğlubiyyətin əvəzini onlardan çıxacağıq.
- Yeri gəlmişkən, “İnter”ə məğlubiyyətdən sonra klub rəhbərliyinin sizə nə kimi iradları oldu?
- Həmin oyunda qələbə qazanmağa borclu idik. Çünki “İnter” üzərindəki qələbə qazansaqdıq, xal fərqimiz xeyli artacaqdı. Lakin təəssüf ki, həmin görüşdə hesabda irəlidə olduğumuz halda qələbəni əldən verdik. Ancaq məğlub olmağımıza baxmayaraq rəhbərlik bunu matəmə çevirmədi. Axı, hələ hər şey qabaqdadır.
- Unibank Premyer Liqasının hazırkı səviyyəsi barədə nə deyərdin?
- Bu mövsüm Unibank Premyer Liqasının səviyyəsində yüksəliş varr. Klubların çəxışına gəldikdə, yalnız maddi büdcəsi zəif olan bir neçə klub güclü mübarizəyə tab gətirə bilmədi və daha tez sıradan çıxaraq axsamağa başladı. Digər klubların çıxışlarını sabit hesab etmək olar.
- “Neftçi” artıq ilk “altılıq”da yerini rəsmiləşdirib. Komandanızın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Ən yaxın izləyicimiz “İnter” bizə daha ciddi rəqibdir. Lakin bununla belə, digər klubların da bizimlə bərabər çempionluq uğrunda ciddi mübarizə aparacaqlarını söyləmək olar. Bir şeyi yaxşı başa düşürük ki, “altılıq” artıq güclü komandaların mübarizə apardığı bir yarışdır. Bir şey də var ki , fasiləsi dönəmində kim uğurlu transferlər həyata keçirsə, bu, həmin komanda üçün çempionluq yarışında kömək edə bilər. Yenə də heç nəyi qabaqcadan bilmək mümkün olmur. Buna misal olaraq deyim ki, “Xəzər Lənkəran” bizdən xeyli irəlidə idi və uzun müddət birinci pillədə qalaraq liderlik edirdi. Lakin sonradan komandanın üçüncü pilləyə enməsinin şahidi olduq.
- “Neftçi”ylə müqavilən gələn yay başa çatır. Başqa təklifləri nəzərdən keçirmək haqda düşünürsən?
- Hələ ki, bütün fikrimi “Neftçi”də oynamaqla çempionluq yaşamağa yönəltmişəm. Digər tərəfdən, klubumda uğurlu çıxışlar edərək milli komandada oynamaq üçün baş məşqçinin diqqətini cəlb etmək istəyirəm. Karyeramı başqa bir klubda davam etdirməyi hələ ki,düşünmək istəmirəm.
- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla hansısa söhbətin olub?
- Bəli, baş məşqçi Berti Foqtsla görüşərək bu haqda söhbət etmişik. O mənə bildirdi ki, neçə vaxdır ki neçə vaxtdır, futboldan uzaq düşmüsən. Mən də bunun səbəblərini ona izah etdim. Foqts bildirdi ki, öz üzərimdə çalışaraq əvvəlki formamı qaytar biləcəyimə inanır və milli komandanın qapılarının üzümə hər zaman açıq olduğunu bildirdi.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat