“Millimiz Rusiyaya qarşı normal oynadı. Düzdür, məğlub olduq. Amma nəzərə almaq lazımdır ki, Rusiya Avropa çempionatının gümüş mükafatçısıdır. Həm də millimiz səfərdə oynayırdı. Bununla belə, yenə də Moskvadan xalla qayıda bilərdik. Bunun üçün futbolçuların bir qədər təcrübəsi çatmadı”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Rusiya - Azərbaycan oyununa münasibət bildirərkən, “Inter”in hücumçusu Xaqani Məmmədov deyib. Milli komandamızın sabiq hücumçusu hesab edir ki, millimiz Rusiyayla oyunda qolları öz səhvi ucbatından buraxıb: “Birinci qolda Fərhadın səhvi var idi, ikinci də isə müdafiəçilərin. Amma buna görə onları günahlandırmaq olmaz. Çünki bu futboldur və burada heç kim səhvdən sığortalanmayıb. Həm də onlar bilərəkdən səhv etməyiblər ki?”
Xaqani Məmmədov hesab edir ki, millimizin baş məşqçisi Berti Foqts futbolçuları bir o qədər də yaxşı tanımır: “Foqts milliyə baş məşqçi təyin olunduqdan sonra millidə bir az irəliləyiş var. Həm də mən hesab edirəm ki, Foqts futbolçuları bir o qədər də yaxşı tanımır. Ona görə də belə alınır. Ümumiyətlə, klubların oyunlarına baxmaq lazımdır. Kim daha güclüdürsə, onları cağırmaq lazımdır. Digər tərəfdən də Foqtsu qınamağa dəyməz. Çünki gərək klublarda azərbaycanlı oynasın ki, o da baxıb çağırsın da”.
Sonda isə təcrübəli futbolçu bildirdi ki, millidə ancaq yerli uşaqlar oynamalıdır: “Əcnəbi futbolçu heç vaxt milli komandamız üçün yerli oyunçu qədər can yandıra bilməz. Çünki onu hiss etmək lazımdır. Millidə ancaq azərbaycanlılar oynamalıdır”.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi