Qol.Az saytı bu gün saat 15:00-dan etibarən premyer-liqanın XX turunun ikinci oyun gününün oyunlarından canlı mətn-reportaj yayımladı.
5 aprel
"Neftçi" - MOİK 3:1
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Elçin Səmədli, Qəzənfər Məmmədov, Əliyar Ağayev, Ramil Diniyev
Qollar: Valentin Atem (13,27), Adrian Nyaqa (83) - Fuad Əliyev (64)
Oyun başa çatdı.
83. QOL. Adrian Nyaqa üçüncü qolu MOİK-in qapısından keçirdi. Artıq oyunun taleyi həll olundu.
82. MOİK hesabı bərabərləşdirməyə yaxın idi. İsmayıl Məmmədov əlverişli imkanı dəyərləndirə bilmədi.
70. Atem yenə də MOİK-i məyus etməyə yaxın olsa da, hücumçunun zərbəsində bir qədər dəqiqlik çatmadı.
64. QOL. MOİK hesab arasındakı fərqi minimuma endirdi. Fuad Əliyev fərqləndi.
59. "Neftçi"nin gənc oyunçusu Tural İsgəndərovun zərbəsi təhlükəli alınsa da, top qapıdan aralı keçir.
50. İkinci hissə bir qədər sakit tempdə başlayıb. Qapılar qarşısında real qol epizodu yoxdur.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. MOİK hesabı azaltmağa yaxın idi. Lakin Renat Sultanovun zərbəsi qeyri-dəqiq alındı.
27. QOL. 2:0. Atem özünün və komandasının ikinci qolunu vurdu.
14. QOL. Valentin Atem hesabı açdı. "Neftçi" 1:0 irəlidədir.
12. "Neftçi" oyuna fəal başlayıb. Meydan sahibləri ilk dəqiqələrdən topa daha çox nəzarət etsə də, "hərbçilər"in qapısı qarşısında hələ ki, real qol epizodu yaranmayıb.
Oyun başladı.
"Olimpik" - "Bakı" 2:1
"Şəfa" stadionu
Hakimlər: Zöhrab Qədiyev, Munis Abdullayev, Aydın Ələkbərov, Vüsal Əliyev
Qollar: Əhməd Ticani (12), Junivan Suares (51), Leandro Qomeş (74)
"Bakı" liderliyi əldən verdi.
Oyun başa çatdı.
90. Hakim oyunun sonuna 4 dəqiqə əlavə etdi.
87. Ramimin zərbəsinə Rauf Mehdiyev gözəl reaksiya göstərərək, topu küncə çıxara bildi.
85. Laşenkovun uzaqdan zərbəsini Sissoko çətinliklə də olsa, tuta bildi.
83. "Bakı" meydanda azlıqda qaldı. Amiran Muciri Mahir Şükürova qarşı kobud oyuna görə. ikinci sarı və avtomotik olaraq, qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldı.
74. QOL. "Olimpik" ikinci qolu "Bakı"nın qapısından keçirdi. Leandro Qomeş fərqləndi. Leo keçmiş komandasının qapısına yol tapdı.
71. Muciri və Adamiyanın "Olimpik"in qapısına yol tapmaq cəhdləri bir səmərə vermir.
65. Hakimə etiraz etdiyinə görə Adamiya sarı vərəqəylə cəzalandırıldı.
63. Ramimin zərbəsi təhlükəli alındı.
59. "Bakı"nın baş məşqçisi Coko Haciyevski iki oyunçunu eyni vaxtda dəyişir. Fernando Pereslə Əhməd Ticani meydanı tərk edirlər. Onların əvəzinə Mahmud Qurbanovla Draqan Naçevski oyuna daxil olurlar.
52. Qol çox gözlənilməz alındı. Çünki "Olimpik"in futbolçusu cərimə meydanında uzanaraq ayağa qalxmadı. Buna görə də "Bakı"nın futbolçuları topu yan xəttdən çıxardılar. "Olimpik"in futbolçusu Mahir Şükürov topu autdan Suaresə ünvanladı. Sonuncu isə onu qüvvətli zərbə ilə Sissokonun qoruduğu qapıdan keçirdi. Hamı bu epizodda "Olimpik"in topu "fair-play" qaydasına uyğun olaraq, auta çıxaracağını gözləsə də, bu baş vermədi.
51. QOL. "Olimpik" hesabı bərabərləşdirdi. Junivan Suares Sisokonun qoruduğu qapıya yol tapdı.
46. "Olimpik" ikinci hissəyə əvəzetmələrlə başladı. Samir Musayevlə Aqil Nəbiyev oyunu tərk etdilər. Onların əvəzinə meydana bəşir Müqədi ilə Draqan Mandiç daxil oldular.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
37. Ramimin başla zərbəsi qapı dirəyinə tuş gəldi. "Bakı" ikinci qolu vurmağa çox yaxın idi.
29. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir.
23. "Olimpik" hesabı bərabərləşdirə bilərdi. Lakin Sissoko çətinliklə də olsa, Junivanın yaxın məsafədən endirdiyi zərbəni dəf edə bildi.
18. Mahir Şükürov ("Olimpik") kobud oyuna görə sarı vərəqəylə cəzalandırıldı.
12. QOL. Ticani "Olimpik"in qapısına yol tapdı.
6. Saşa Yunisoğlunun baş zərbəsi alınmadı.
5. Nduka əllə oyuna görə sarı vərəqə ilə cəzalanır
4. Ramimin elə də qüvvətli olmayan zərbəsini Rauf Mehdiyev tuta bildi.
Oyun başladı.
***
Əks düşərgədə isə eks-"Olimpik"li Fabio Luis Ramim start heyətində yer aldığı halda, Elvin Əliyev ehtiyat oyunçular skamyasındadır.
***
Heyətdən də göründüyü kimi, Əsgər Abdullayev sərəncamında olan sabiq "Bakı"lıların əksərinə start heyətində yer verib. Söhbət Ramin Quliyev, Samir Musayev, Leandro Qomeş və Aleksandr Qoqoberişvilidən gedir. Yalnız Elşən Poladov ehtiyatdadır.
***
Komandaların heyətləri artıq məlumdur:
“Olimpik”: 44.Rauf Mehdiyev, 3.Usim Nduka, 4.Tərlan Əhmədov (k), 7.Aqil Nəbiyev, 8.Junivan Suares, 9.Samir Musayev, 14.Aleksandr Qoqobereşvili, 17.Nizami Hacıyev, 25.Mahir Şükürov, 55.Leandro Qomeş, 77.Ramin Quliyev
Ehtiyat oyunçular: 96.Elşən Poladov, 2.Sergey Laşenkov, 5.Marian Çoruzi, 6.K.Alves dos Santos, 10.Bəşir Müqədi, 11.Draqan Mandiç, 19.Revaz Qetsadze
Baş məşqçi: Əsgər Abdullayev
“Bakı”: 23.Xalidu Sissoko, 3.Rafael Əmirbəyov (k), 4.Vadim Borets, 8.Ernad Skuliç, 10.Amiran Muciri, 12.Fernando Peres, 15.Cəmşid Məhərrəmov, 19.Əhməd Ticani, 20.Fabio Luis Ramim, 33.Saşa Yunisoğlu, 55.Georgi Adamiya
Ehtiyat oyunçular: 1.Marko Şarliya, 5.Stanislav Baçev, 7.Mahmud Qurbanov, 11.Draqan Naçevski, 14.Elvin Əliyev, 21.Aleksandar Tomaş, 27.Bəxtiyar Soltanov
Baş məşqçi: Coko Haciyevski
"Qarabağ" - "Turan" 4:2
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu
Hakimlər: Anar Salmanov, İsgəndər Əliyev, Azad.Ə Hüseynov, Əfqan Həmzəyev
Qollar: Artim Şakiri (53, 59), Vaqif Cavadov (61), Nidal Fərhadoviç (67) - Muammer Erdoğdu (71), Nadir Nəbiyev (82)
Oyun başa çatdı.
82. QOL. Nadir Nəbiyev hesab arasındakı fərqi bir qədər azaltdı - 2:4.
71. QOL. "Turan" buraxılmış qollardan birinin əvəzini çıxdı. Muammer Erdoğdu fərqləndi.
67. QOLL. "Qarabağ" daha bir qol vurdu. Bu dəfə də Nidal Fərhapoviç fərqləndi.
65. QOL. Vaqif Cavadov üçüncü qolu "Turan"ın qapısından keçirdi.
59. QOL. Artim Şakiri özünün və komandasının ikinci qolunu vurdu. "Qarabağ" artıq 2:0 irəlidədir.
53. QOL. Artim Şakiri hesabı açdı.
50. Nadir Nəbiyev hesabı aça bilərdi. Lakin onun zərbəsi qeyri-dəqiq alındı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42. Artim Şakirinin zərbəsi təhlükəli alındı.
30. Tərəflər hərəyə bir imkanı boşa verdilər. "Turan"dan Nadir Nəbiyev, "Qarabağ"dan isə Vaqif Cavadov hesabı aça bilərdilər.
20. Mübarizə əsasən meydanın mərkəzində keçir. Qapılar qarşısında real qol epizodu yoxdur.
5. "Qarabağ" ilk dəqiqələrdən bir qədər fəal görünür.
Oyun başladı.
"Xəzər-Lənkəran" - "Standard" 4:0
Lənkəran şəhər stadionu
Hakimlər: İmanxan Sultani, Mübariz Haşımov, Azər Məmmədov, Azad Mütəllimov
Qollar: Juninyo (11), İvan Svetkov (53), Rahid Əmirquliyev (78), Mario Souza (90)
Oyun başa çatdı.
90. QOL. Mario Souza dördüncü qolu qonaqların qapısından keçirdi.
78. QOLL. 3:0. Rahid Əmirquliyev hesab arasındakı fərqi bir qədər də artırdı.
72. Dan Pisla hesab arasındakı fərqi azalda bilərdi. Lakin zərbəsi dəqiq alınmadı.
66. "Standard"ın hücumçusu Rodriqo Silva daha bir imkanı boşa verdi.
53. QOLL. Svetkov ikinci qolu "Standard"ın qapısından keçirdi. "Vurmayana-vurarlar" prinsipi bu dəfə də özünü göstərdi.
52. "Standard"dan Rodriqo Silva Kramarenkoyla təkbətəkdən yararlana bilmədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı
40. Ahmet Dursun daha bir qol şansını boşa verdi. Bu dəfə də Hüseyn Məhəmmədov türkiyəli forvardın sevinməsinə imkan vermədi.
29. "Standard" hesabı bərabərləşdirmək üçün əlverişli şans yaxalamışdı. Osmar Siqueyra Ruslan Poladovu məharətlə aldadaraq, qapıya zərbə endirsə də. "Xəzər-Lənkəran"ı bu oyuna kapitan qismində çıxaran Dmitri Kramarenko Osmarın sevinməsinə mane oldu.
22. Ahmet Dursun hesab arasındakı fərqi artıra bilərdi. Lakin bu epizodda "Standard"ın qapıçısı Hüseyn Məhəmmədov səhvsiz oynadı.
11. QOLL. "Xəzər-Lənkəran" hesabı açdı. Juninyo qüvvətli zərbəylə topu qapıdan keçirdi.
3. Qonaqlar oyuna fəal başlayıblar. "Standard" ilk hücumdaca hesabı aça bilərdi. Osmar Siqueyra cərimə meydançasında qapıçıyla təkbətək qaldı. Müdafiəçilərin müdaxiləsindən sonra braziliyalı hücumçu yerdə qalsa da, hakim davam işarəsi verdi.
Oyun başladı.
4 aprel
"Bakılı" - "Qəbələ" 0:1
Zabrat qəsəbə stadionu
Hakimlər: Əmrah İbrahimov, Akif Adıgözəlov, Elşən Durmuşov, Elnur Muradov
Qol: Fərzad Hatəmi (67)
Oyun başa çatdı.
75. "Qəbələ" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Kənan Kərimov penaltini dəqiq yerinə yetirə bilmədi.
72. Qoldan sonra "Bakılı" bir qədər fəallaşıb. Lakin rəqib müdafiəsini yarmaq hələ ki onlara müəssər olmur.
68. Hatəmi axır ki, istəyinə çatdı.
67. QOL. "Qəbələ" hesabı açdı.
66. Vasif Əliyev "Bakılı"nın nadir hücumlarından birində hesabı açmağa yaxın idi.
51. "Qəbələ" ikinci hissəyə də hücumlarla başlayıb. Komandanın xüsusən də cənubi azərbaycanlı hücumçusu Fərzad Hatəmi fəaldır. O artıq 3-4 real qol epizodunu boşa verib.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
35. Fərzad Hatəmi daha bir şansı boşa verdi. "Bakılı" bütün komandayla geri çəkilərək, rəqib hücumların qarşısını almağa çalışır.
25. Hatəmi "Bakılı"nın qapıçısıyla təkbətək çıxsa da, əlverişli imkanı boşa verdi.
20. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında real qol epizodu yoxdur.
5. Oyuna qonaqlar fəal başlayıblar. Kənan Kərimov hesabı aça bilərdi. Lakin Kənan Kərimovun zərbəsi qeyri-dəqiq alındı.
Oyun başladı.
"Karvan" - "Simurq" 1:3
Yevlax şəhər stadionu
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, İlham Əliyev, Rövşən Əhmədov
Qollar: Murad Ağakişiyev (34) - Vladimir Mazyar (59,85), Tural Cəlilov (90)
Oyun başa çatdı.
90+4. "Karvan"dan Namiq Əliyev qırmızı vərəqə aldı.
90. QOL. Tural Cəlilov üçüncü qolu "Karvan"ın qapısından keçirdi.
85. QOLL. Mazyar özünün və komandasının ikinci qolunu vurdu. "Simurq" artıq 2:1 irəlidədir.
82. "Karvan"ın hücumçusu Vüqar Nadirovun sevinməsinə son anda Kovalyov mane oldu.
76. "Simurq" ikinci qolu vurmağa yaxın idi. Lakin Volkadzenin zərbəsi qapı dirəyinə tuş gəldi.
72. "Karvan"ın kapitanı Aqil Məmmədov komandasını hesabda irəli çıxarmağa çox yaxın idi. Lakin Aqilin zərbəsi az fərqlə dirəyin yanından keçdi.
69. "Simurq"dan Ramil Sayadov qeyri-dəqiq oynadı.
66. Qoldan sonra "Simurq" hücumlarını davam etdirir. Mazyar ın daha bir zərbəsi təhlükəli alınsa da, ukraynalı forvard qeyri-dəqiq oynadı.
59. QOLL. Vladimir Mazyar hesabı bərabərləşdirdi.
50. Hesabı bərabərləşdirmək üçün "Simurq" irəli atılıb. Elşən Məmmədov və Volkadze əlveişli imkandan yararlana bilmədilər.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
37. "Simurq" hesabı bərabərləşdirə bilərdi. Lakin Kovalyov Elşən Məmmədovun zərbəsi zamanı səhvsiz oynadı.
34. QOL. "Karvan" hesabı açdı. Murad Ağakişiyev fərqləndi.
26. "Karvan" hesabı açmağa yaxın idi. Lakin Namiq Əliyev təhlükəli cinah ötürməsinə toxuna bilmədi.
21. "Simurq" hesabı açmağa çox yaxın idi. Lakin Vitali Kovalyov komandasını real qoldan xilas etdi.
7. İlk dəqiqələrdən mübarizə əsasən meydanın mərkəzində gedir.
Oyun başladı.
"İnter" - "Muğan" 2:0
"Şəfa" stadionu
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Vaqif Ayvazov, Ceyhun Haşımov
Qollar: Xaqani Məmmədov (17), Andrey Rubins (63)
Oyun başa çatdı
80. "İnter" üçüncü qolu vurmağa yaxın olsa da, Auqustonun zərbəsi dirəyə dəydi.
74. "İnter" tamamiylə oyuna nəzarət edir.
63. QOL. Rubins ikinci qolu "Muğan"ın qapısından keçirdi.
60. "İnter" hesab arasındakı fərqi artıra bilərdi. Lakin oyunun ən yaxşılarından olan Kleyton boş qapını dəqiq nişan ala bilmədi. Onun zərbəsi dirəyə tuş gəldi.
53. "Muğan" ikinci hissənini startında "status-kvo"nu bərpa edə bilərdi. Əgər Çxetiani dəqiq oynasaydı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
36. Kleyton hesab arasındakı fərqi artırmağa yaxın olsa da, zərbəsi qeyri-dəqiq oldu.
27. Qoldan sonra da "bankirlər" hücumlarını davam etdirirlər.
17. QOLL. Xaqani Məmmədov "İnter"i hesabda önə keçirdi.
8. Oyuna "İnter" fəal başlayıb. "Bankirlər" ilk dəqiqələrdən autsayderi qapısına doğru sıxışdırıb.
Oyun başladı.
TURNIR CƏDVƏLİ
KOMANDALAR | O | Q | H | M | T-F | Xal |
1. "İnter" | 20 | 15 | 4 | 1 | 37-10 | 49 |
2. "Bakı" | 20 | 15 | 2 | 3 | 44-9 | 47 |
3. "Xəzər-Lənkəran" | 20 | 13 | 4 | 3 | 39-13 | 43 |
4. "Simurq" | 20 | 12 | 5 | 3 | 29-15 | 41 |
5. "Olimpik" | 20 | 10 | 6 | 4 | 24-13 | 36 |
6. "Qarabağ" | 20 | 10 | 5 | 5 | 27-20 | 35 |
7. "Standard" | 20 | 9 | 3 | 8 | 18-21 | 30 |
8. "Neftçi" | 20 | 7 | 6 | 7 | 22-15 | 27 |
9. "Karvan" | 20 | 8 | 2 | 10 | 21-23 | 26 |
10. "Qəbələ" | 20 | 7 | 5 | 8 | 23-15 | 26 |
11."Muğan" | 20 | 3 | 2 | 15 | 15-40 | 11 |
12. "Bakılı" | 20 | 2 | 3 | 15 | 12-49 | 9 |
13. "Turan" | 20 | 1 | 5 | 14 | 10-37 | 8 |
14. MOİK | 20 | 1 | 2 | 17 | 10-46 | 5 |
"Sabah" - "Zirə" matçında vurulan qollar - Video
"Hakim qərarları qəribə idi" - Berezutski
Rəşad Sadıqov: "Futbolumuz adına sevinirəm"
"Sabah" "Zirə" ilə heç-heçə etdi
Tovuzda qol vurulmadı - Video
"Qurban müəllimin dediyində həqiqət var" - Azər Bağırov
“Kəpəz” “Qarabağ”la bərabərə qaldı
Millimiz Bolqarıstana qalib gəldi
"Sabah" - "Zirə" matçı üçün - Heyətlər
Levandovski: "Hələ son sözümü deməmişəm"
Flik Alvaresin sayılmayan penaltisindən danışdı
Osimhen "Yuventus"la razılaşdı
"Kəpəz" - "Qarabağ": Heyətlər
Levandovski: "Yaşımdan utanmıram"
İtaliya millisinin Almaniya ilə matçlar üçün tərkibi
“Son 12 ildə çoxlu axmaq qərar veriblər”
Ayxan Abbasov milliyə bu futbolçuları çağırdı
Anandla Məmmədov Bakıda qarşılaşacaq
FİFA referisi Əvəzedicilər liqasının oyununda
Niderland millisinin İspaniya ilə oyunlar üçün heyəti
"Barselona"dan Torres qərarı
Azərbaycan yığmasının heyəti açıqlandı
Neymar Braziliya millisinə qoşulmayacaq
Ronaldo qollarının sayını 928-ə çatdırdı
Renat oynadı, komandası qalib gəldi
“Qalatasaray”dan darmadağın
Güləşçimiz Avropa çempionu oldu
"Çox istəyirəm ki, Santuşla əlaqəmiz olsun" - Ayxan Abbasov
Mərdəkanda vurulan qollar - Video
"Araz-Naxçıvan" "Şamaxı" ilə bərabərə qaldı
Slot və Postekoqlunu qabaqladı, ən yaxşısı seçildi
Kamal Umudlu Avropa çempionatında
"Mingəçevir"in qələbəsindən - Video
Azərbaycan millisinin Moldova ilə oyun üçün heyəti
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
“Real”ın futbolçusu 3-4 həftə oynamayacaq
"Mingəçevir"dən ardıcıl 4-cü qələbə
"Real" 100 milyonluq transferə hazırdır
Tuhelin millidə ilk seçimi - 26 futbolçu
Salah Premyer Liqanın ən yaxşısı seçildi
Ayxan Abbasovdan təyinatı ilə bağlı - Açıqlama
Qurban Qurbanov bugünkü toplantıya niyə qatılmadı?
AFFA İntizam Komitəsindən ayrıldı
AFFA-nın İcraiyyə Komitəsinin bugünkü qərarları - Şəkillər