Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- İlk olaraq ilin yeku ilə fikirlərini bilmək istərdik. Çempionatımız necə keçdi?
- Bu il daxili çempionatda klublar yaxşı təsir bağışladı. Yəni zəif komandalar belə gözlənilməz nəticələrə imza atdılar. Çempionatımız maraqlı və gərgin keçdi. Bu ilin ən uğurlu çıxış edən komandası “İnter”dir. “Turan” isə gözlənilənlərin əksinə, uğursuz çıxışı ilə yadda qaldı. Mövsümün əvvəlində heyətinə yaxşı futbolçularla gücləndirsə də,uğursuzluqla üzləşdi. Məncə, ən əsas mübarizə hələ qabaqdadır. Fevral ayında daha maraqlı və çətin qarşılaşmaların olacağını düşünürəm.
- Bəs kapitanı olduğun “Qəbələ” klubunun çıxışını necə dəyərləndirirsən?
- Unibank Premyer Liqasında zəif komanda anlayışı yoxdur. Bu üzdən hər bir klub meydana maksimum xal qazanmaq üçün çıxır. Güclü komandaların gözlənilmədən autsayderlərə məğlub olmasını buna misal kimi göstərmək olar. Məlum səbəbdən xeyli vaxtdı oynamıram. Ancaq şükürlər olsun ki, hər şey mənim üçün yaxşı qurtardı. Fevral ayından komandama kömək edə biləcəyəm. Oynamadığım dövrlərdə də hər zaman “Qəbələ”yə dəstək olmağa çalışmışam. Artıq növbəti qarşılaşmalarda komandama köməkliyimi meydanda göstərəcəyəm. Düzdü, altıncı pillədə qərarlaşmağımızı bizim üçün uğurlu hesab etmək olmaz. Məqsədimiz daha böyükdür. Məncə, uğursuzluğa komandanın bir çox əsas futbolçusunun xeyli vaxt zədə üzündən çıxış edə bilməməsi səbəb oldu. Lakin inanıram ki, qış fasiləsindən sonra “Qəbələ” daha uğurlu çıxış edəcək. Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır ki, inşallah, bunun da öhdəsindən gələcəyik.
- Yeni baş məşqçiniz Fatih Kavlakla münasibətlərin necədir?
- Çox yaxşı. Fatih Kavlak tezliklə mənim əsas heyətə qayıtmağımı istəyir. UEFA-nın mənə cəmi iki ay cəza verməsinə o da çox evindi. Futbolsuz qalsam da, daim üzərimdə çalışaraq məşqlərimi davam etdirirdim. Düşünürəm ki, baş məşqçimiz Fatih Kavlakın ehtimadını doğruldacağam.
- Yeri gəlmişkən, UEFA-nın sənin cəzanı yüngülləşdirəcəyini gözləyirdin?
- Mən əvvəlcədən də demişdim ki, dopinq qəbul etməmişəm. Çox güman ki, onlar da araşdırma zamanı bunun şahidi oldular. Allahın məni sınağa çəkdiyini söyləmişdim. Ancaq özümə əmin olduğum üçün hardasa ədalətin öz yerini tapacağına inanırdım. Lakin cəzamın belə yüngül olmasına sevinməyənlər də oldu. Həm futbol içtimaiyyəti, həm də ondan kənardakı bəzi insanlar tərəfindən.
- Bəziləri UEFA tərəfindən sənə 2 aylıq cəza kəsilməsində şübhəli məqamlar axtarır...
- UEFA-da mənim qohumum var. Ona görə mənə iki aylıq cəza kəsiblər (gülür).
- AFFA-nın sabiq baş katibi deyir ki, Sokolova 1,6 il cəza kəsdikləri halda Mahirə niyə 2 ay versinlər ki...
- Əvvəla Sokolov dopinqdən istifadə etdiyi üçün ona ağır cəza kəsdilər. Mən isə heç bir dopinq qəbul etməmişdim. Sadəcə, qidalanmada nəsə ola bilərdi ki. İkincisi də, Fuad Əsədova deyən lazımdır ki, sən baş katib işlədiyin zaman niyə futbolçuya köməklik etmədin. Sən Fuad Əsadov bacara bilməsən də, Elxan Məmmədov, sağ olsun, bunun öhdəsindən gəldi. Belə yaxşı bilənsənsə, niyə gedib UEFA-da futbolçuları dopinq testindən keçirmirsən? Mənim belə dərmanlar qəbul etməyə ehtiyacım yoxdur. Mən hər zaman öz gücümlə oynamışam.
- Fuad Əsadov qərarın surəti olmadığını deyərək həmin cəzanın 2 ay olmasına şübhəylə yanaşdığı bildirib.
- Belə çox maraqlanırsa, gedib sürətinə baxa bilər. Görər ki, hər şey qaydalar çərçivəsidədir. UEFA həkimlərində işləyən insanlar öz işinin peşakarıdır. Onlar ikinci dəfə yoxlamadan keçirdikdən sonra hər şeyi düzgün qiymətləndiriblər.
- Nəhayət, bu ilin yekunlarına görə Rauf Əliyev ilin futbolçusu adını qazanır. Sən bununla razısan?
- Bu barədə heç bir şey demək istəmirəm. Faktiki olaraq, hər şey göz qabagındadır. Bir şey deyə bilərəm, yaxşı ki, Mahir Şükürovun qol ötürmələri var idi. Yoxsa Qazaxıstan və Belçika milliləriylə oyunda neyləyərdilər?
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı