“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov Emin Quliyevin Lənkəran klubundan qovulması ilə bağlı Qol.Az-a müsahibə verib
- Ağasəlim müəllim, Eminin “Xəzər-Lənkəran”dan qovulmasına münasibətiniz necədir?
- Mənim bu məsələdə nə münasibətim ola bilər? Bu, “Xəzər-Lənkəran”ın daxili işidir.
- Quliyevin qovulmasına səbəb kimi onun özünü apara bilməməsi, nizam-intizama əməl etməməsi və ən əsası söyüş söyməsi olub. Hər halda uzun müddət sizin rəhbərliyiniz altında oynayıb və psixologiyasına yaxından bələdsiniz.
- Çılğın oyunçudur da. Bu cəhətdən heç cür özünü ələ ala bilmirdi. Son vaxtlar düzəlmişdi. Amma bir şeyi deyə bilərəm ki, çılğınlığına baxmayaraq, oyunda can yandıran futbolçuydu. Yəni komandasının qələbəsi üçün hər şeyini meydanda qoyurdu.
- Sizin “Xəzər-Lənkəran”a rəhbərlik etdiyiniz dönəmdə də tez-tez belə mənfi hərəkətlərə yol versə də, ona toxunan olmurdu.
- Yox, niyə ki? Bu düzgün fikir deyil. Bəli, mənim də Lənkəranda işlədiyim dönəmdə Eminin «qırmızı vərəqə» aldığı vaxtlar olub və buna görə də həmişə onu cəzalandırmışıq. Yəni, etdiyi əmələ görə cəzasız qalmayıb.
- Ümumiyyətlə, Emin futbola başladığı ilk vaxtlarda çox səmimi və sadə oğlan idi. Biz onun “Dinamo”da oynadığı dövrləri nəzərdə tuturuq. Sizcə sonradan onun xarakterində bu kəskin dəyişikliyin yaranmasına səbəb nə oldu?
- Düz deyirsiniz. Mən də 1999-cu ildə onu məhz “Dinamo”kı oyununa görə olimpiya milli komandasına cəlb etmişdim. Sonradan rəhbərliyim altında “Neftçi”də oynadı, Azərbaycan çempionu adını qazandı. Ardından yenə rəhbərliyim altında “Xəzər-Lənkəran”da da analoji uğura imza atdı. Yox, düşünürəm ki, sadə olmağına elə indi də sadədir. Amma dediyim kimi çılğındır. Bir də açığı, son səkkiz ayda heç onu görməmişəm. Yalnız toyda-məclisdə onu görmək imkanım olur.
- Sizcə, Emini pul dəyişə bilər?
- Nə deyim, vallah, insandı da. Hər kəsin bir xarakteri olur. Amma mən deməzdim ki, onun xasiyyətini tam olaraq pul dəyişdi.
- İqor Ponomaryov deyir ki, Emin nəinki rəqib, hətta öz komanda yoldaşlarını da söyürdü. Hətta ana söyüşü söyməkdən belə çəkinmirdi. Son oyunda isə MOİK-dən olan gənc futbolçunu vurmağa cəhd edib.
- Münasibət bildirməkdə çətinlik çəkirəm. Təbii ki, heç bir futbolçunun söyüş söyməyə ixtiyarı yoxdur. Amma yenə də orada nə baş verməsindən təfsilatı ilə xəbərim yoxdur. Emin mənim də vaxtımda çılğın və aqressiv idi. Amma meydana çıxanda komanda üçün oynayırdı. Bu çılğınlığı da məhz buradan irəli gəlirdi.
- Sonda istərdik ki bir məsələyə də münasibət bildirəsiniz. Belə fikirlər də gəzir ki, Emin Quliyev Ağasəlim Mircavadovun adamıdır və “Xəzər-Lənkəran”da etdiyi çılğınlıq, aldığı «qırmızı vərəqələr»lə bir növ Ponomaryova quyu qazırmış.
- (gülür) Mənim adamım bütün Azərbaycandır. Mənim xalqımdır. Bilirsiniz bu, olduqca gülməli bir söhbətdir və heç münasibət bildirməyinə dəyməz.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi