“Kəpəz” klubunun baş məşqçisi Mirbağır İsayevin Qol.Az saytına müsahibəsi
- Komandanız 11 futbolçu ilə yollarını ayırdı. İlk öncə bunun səbəbini sizdən öyrənmək istərdik...
- Belə məsləhət olduğu üçün bu addımı atmaq qərarına gəldik. Bunun başqa bir səbəbi yoxdur. Komandada hər şey qaydasındadır.
- Nəzəri cəhətdən olsa da, “Kəpəz” ilk “altılıq”da yer ala bilər. Bu istiqamətdə şanslarınızı necə qiymətləndirirsiniz?
- “Altılığ”a düşməkdən öncə komandanı komplektləşdirmək lazımdır. Sonra isə təlim-məşqlərini yüksək səviyyədə keçərək növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda olan dörd matçda qələbə qazanmağımız gərəkir. Əgər həmin oyunlarda komanda qələbə qazansa, o zaman ilk “altlıq”da yer ala bilərik.
- Qış transfer pəncərəsi dönəmində əcnəbi, yoxsa yerli futbolçulara üstünlük verəcəksiniz?
- Daha çox yerli futbolçulara üstünlük veriləcək. Doğrudur, mənim əcnəbi futbolçuların transfer edilməsinə heç bir etirazım yoxdur. Ancaq hər kəsin öz yolu var. Əgər hansısa bir mövqedə əcnəbi futbolçu oynadacağamsa, bu, qat-qat səviyyəli oyunçu olmalıdır.
- Bəs bu transferləri həyata keçirməyinizə klubun maddi durumu imkan verəcəkmi?
- Siz bunu klubun rəhbərliyindən soruşsanız daha yaxşı olar. Mənə lazım olan futbolçuların siyahısını rəhbərliyə vermişəm. Bu, o demək deyil ki, mən yalnız bahalı oyunçuları heyətə qatmaq istəyirəm. Ən önəmlisi istedadlı gənclərdən ibarət döyüşkən komanda yaratmaq lazımdır. Əgər futbolçu meydançada heç bir hərəkət etmirsə, belə futbolçuya nə ehtiyac var? Mənim yaradacağım komandada bütün futbolçular daima hərəkətdə olmalıdır. Elə komanda qurmaq lazımdır ki, bir-iki oyunçudan asılı olmasın.
- Belə başa düşdüm ki, komandada gəncləşdirmə siyasəti aparacaqsınız?
- Bəli, gənclərə şans yaradacağıq ki, təlim-məşq toplanışında özlərini göstərsinlər. İstər gənc, istərsə də, təcrübəli oyunçulardan kimsə təlim-məşq toplanışını keçə bilməsə, klubda qalmayacaq.
- “Kəpəz” təlim-məşq toplanışını harada keçirməyi planlaşdırır?
- Yanvar ayının 5-dən 20-dək məşqlərimiz Mərdəkanda olacaq. Hansı meydançada məşq edəcəyimiz isə hələlik bilinmir. Məşqlərimiz ya “Dalğa Arena”da, ya da Şağan Olimpiya Kompleksinin stadionunda olacaq. Komanda gündə iki dəfə məşq keçəcək. Bundan sonra yanvarın 21-dən fevralın 3-nə kimi Antalyada olacağıq. Biz təlim-məşq toplanışını iki mərhələyə bölmüşük. Birinci mərhələdə məşqlərimiz hazırlıq xarakteri daşıyacaq. İkinci mərhələdə isə digər klublarla yoldaşlıq görüşləri keçirməyi nəzərdə tutmuşuq.
- Komandanın yoldaşlıq görüşlərindəki rəqibləri hansı klublar olacaq?
- İlk öncə Bakıda iki oyun keçirməyi planlaşdırmışıq. Bunlardan biri komanda arasında baş tutacaq ikitərəfli oyun olacaq. Digər matç isə hələ bəlli deyil. Türkiyədə keçirəcəyimiz yoldaşlıq görüşlərinə gəldikdə isə bu rəqiblərin kimliyinə böyük önəm verəcəyik. Aşağı liqa təmsilçiləri ilə yoldaşlıq görüşləri keçirməyəcəyik. Çalışacağıq ki, daha səviyyəli klublarla qarşılaşaq. Futbolçularımızı daha güclü komandalarla oyunlarda sınaqdan keçirmək istəyirik.
- Qış fasiləsində Fərhad Vəliyev, Elmar Baxşıyev və Eşqin Quliyevin komandanıza transfer olunacağı barədə mətbuatda xəbərlər yayılıb...
- “Qarabağ”ın üzvü Fərhad Vəliyevlə bizim qapıçılarla işləyən məşqçimiz Faiq Əzizovun söhbəti olub. Bu məsələylə Faiq müəllim özü məşğul olur. Digər futbolçuların heç biri ilə danışıqlar aparmamışıq.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat