Uzun müddət mətbuatda görünməyən Rusiya milli komandasının sabiq azərbaycanlı müdafiəçisi, "Spartak" (Moskva), "Dinamo" (Kiyev) və "Şturm" (Avstriya) klublarının keçmiş futbolçusu Ramiz Məmmədov Avroliqa çərçivəsində keçiriləcək "Metallist" (Ukrayna) - "Zalsburq" (Avstriya) matçını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, Ukrayna mətbuatına müsahibə verən Məmmədov eyni zamanda Ukrayna və Avstriya futbolunu da müqayisə edib:
"Metallist"in oyunlarını televiziya vasitəsilə izləmişəm. Xarkov təmsilçisi yaxşı komandadır və onların hər iki görüşdə "Zalsburq"a qalib gələcəyinə inanıram. Avstriya futboluna gəldikdə isə bu ölkədə son illər çox şey dəyişib. Mənim vaxtımda Avstriyada aparıcı komandalar "Tirol" və "Avstriya" klubları idi.
Hazırda isə "Şturm" klubu qızıl medallara yiyələnir. Bununla belə, "Metallist" Avstriyanın istənilən komandasını məğlub etməyə qadirdir. Ukrayna futbolu da Avstriya çempionatından zirvədə dayanır. Avstriya futbolunda daha çox texniki futbola üstünlük verilir".
Qeyd edək ki, R.Məmmədov hazırda Moskvada yaşayır. Rusiyanın paytaxtında bizneslə məşğul olan həmyerlimiz eyni zamanda Moskva "Spartak"ının veteranlarından ibarət komandasının üzvüdür.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması