Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Dünən Unibank Premyer Liqasının XVIII turunda “Kəpəz”i məğlub edib qış çempionu oldunuz. Yəqin ki, bu sizin üçün gözlənilməz olmadı.
- Əlbəttə. Biz son ölkə çempionu adının daşıdığımızdan bu titulu qorumaq fikrindəyik və bunun üçün səylə mübarizə aparırıq. Ona görə də qış çempionu olmağımızda təəccüblü nəsə yoxdu.
- “Kəpəz”lə oyundan razı qaldın?
- Bütün diqqətlər üzərimizdə olduğu üçün oyuna yaxşı köklənə bilməmişdik. Qarşılaşmaya yaxşı hazırlaşsaq da, digər oyunlardan fərqli olaraq, müəyyən boşluqlara yol verirdik. “Kəpəz”in heyətində yeni futbolçular yer aldığı üçün özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Lakin bütün bunlara baxmayaraq, qələbə qazanmağı bacardıq.
- Komanda yoldaşın İqor Mitreskinin ikinci sarı vərəqə alaraq meydandan qovulmasıyla bağlı qərar doğruydumu?
- Həmin an epizoda ən yaxın futbolçu mən idim. Qonaq komandanın oyunçusu topa çox kobud şəkildə müdaxilə etdi. Baş hakim ilk olaraq cərimə zərbəsini bizim lehimizə verməliydi, amma oyunu saxlamadı. Buna əsəbiləşən Mitreski sərt şəkildə futbolçunun köynəyindən çəkərək yerə yıxdı. Onda bildim ki, hakim ona ikinci sarı, sonra qırmızı vərəqə göstərərək meydandan qovacaq. Mitreski bu kobudluğa çox hirsləndi.
- Ümumilikdə, baş hakim Anar Salmanovun idarəçiliyi haqda nə deyərdin?
- Oyunu pis idarə etmədi. Məncə, Salmanov nə vardısa, ona uyğun qərar verdi. Düşünürəm ki, Mitreski qaydanı pozduğu üçün hakim düzgün qərar qəbul etdi. Bəlkə də, başqa hakim olsaydı, birbaşa qırmızı vərəqə göstərərdi. Ümumiyyətlə, çempionatımızı idarə edən 2-3 yaxşı hakim varsa, biri də FİFA referisi Anar Salmanovdur.
- Dünən bu il üçün son oyununuzu keçirdiniz. “Kəpəz”lə matçdan sonra rəhbərliklə görüşünüz oldu?
- Komanda bazaya qayıtdıqdan sonra klubun Prezidenti Sadıq Sadıqov legionerləri qəbul etdi. Legionerlər vətəninə qayıtdığı üçün birinci onlarla sağollaşdı. İnşallah yəqin ki, bu yaxınlarda bizimlə də görüşəcək. Bir sözlə, kollektivdə hər kəsin əhvalı yaxşı idi.
- Legionerlərin hamısı dünən vətənlərinə getdilər?
- Dünən gedən əcnəbilər Slavço Georqiyevski və İqor Mitreskidir. Qalan legionerlərin çoxu hələ bu gün vətənlərinə yola düşəcəklər.
- Bu ili özün üçün necə qiymətləndirirsən?
- Bir mövsüm bir çox qarşılaşmada meydana çıxdım. Lakin keçən ilə nisbətən bu mövsüm bir qədər az oynadım. Bunu axırıncı dəfə U-21 heyətindən zədəli qayıtmağımla əlaqələndirərdim. Çünki 4-5 tur bərpa prosesi keçdiyimdən oyunlarda iştirak edə bilmədim. Zədəylə bağlı olsa da, bu mövsüm istədiyim kimi olmadı. İnanıram ki, ikinci dövrədə daha çox meydanda olacağam.
- Bəs, ilin yekununu komandan üçün necə dəyərləndirirsən?
- Keçən il “Neftçi”də bir az gərginlik vardı. Axı komandamız uzun müddətdir ki, çempion ola bilmirdi. Lakin bu mövsüm “Neftçi” daha güclü və daha iddialıdır. Hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşmağımız buna sübutdur. Digər klubların çıxışında “İnter”i xüsusi vurğulayardım ki, uzun müddətdir, məğlub olmurlar. Lakin hər şeyə “altılıq” oyunlarında aydınlıq gələcək. Çempionluq uğrunda mücadilə çox gərgin olacaq.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat