Bakının “İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərovun Qol.Az saytına müsahibəsi
- Dünən Unibank Premyer Liqasında keçirdiyiniz oyunda səfərdə
“Simurq”u 2:0 hesabıyla məğlub etdiniz. Lakin penaltidən vurduğunuz ilk qol əlavə söhbətlərə yol açdı.
- Həmin anda açıq-aşkar görünürdü ki, rəqib futbolçu kobud oynayaraq əl hərəkətiylə qaydanı pozdu. Hakimin qəbul etdiyi qərar haqlı idi.
- AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Simurq”lu futbolçunun hərəkətinə şübhə ilə yanaşdığını bildirib. Onun fikrincə, meydan sahiblərinin futbolçusu bilərəkdən kobud oynayıb ki, qapılarına penalti təyin edilsin.
- Bu, Xaqani Məmmədovun öz fikridir. Mən bu haqda heç bir şey deyə bilmərəm. Bir şey dəqiqdir ki, həmin epizodda penalti vardı. Bilmirəm, “Simurq”lu futbolçu bunu qəsdən etmişdi, ya yox... Bir daha deyirəm, futbolçu nə edir özü bilər. Xaqani Məmmədovun dediklərinə isə şərh vermək istəmirəm.
- “Simurq”un bilərəkdən “İnter”ə xal verdiyi iddia olunur. Rəqibin bilərəkdən qaydanı pozması bu şübhələrə yol açıb.
- Səmimi deyirəm ki, danışılmış oyundan söhbət gedə bilməz. Siz mənim ayağımı görsəniz, dəhşətə gələrsiniz. Ayağımın bütün yeri göm-göydür. Tək mən yox, komandamın 6-7 futbolçusu ağır zədə almaqdan canını güclə qurtardı. Yəni, onlar qarşılaşmaya belə ciddi hazırlaşmışdılar. Meydan sahibləri həmin oyunda əllərindən gələni etməyə çalışırdılar ki, “İnter”i dayandırsınlar. Əgər belə bir şey olsaydı, sərt oynamaqlarına nə lüzum vardı?
- “Simurq”un baş məşqçisi Sergey Yuran oyun zamanı hakimin qərarlarına etiraz edirdi. Hətta ikinci hissədə futbolçularını meydandan çıxarmağa da cəhd etdi. Buna münasibətin necədir?
- Mən ilk hissədə meydana çıxsam da, ikinci yarıda əvəzləndim. Həmin olayın baş verdiyi an soyunub-geyinmə otağındaydım. Sonradan komanda yoldaşlarımdan xəbər tutdum ki, rəqibin baş məşqçisi futbolçularını meydandan çıxartmaq istəyib. Bunu əvvəl “İnter” komandası “Bakı”yla oyunda etmişdi. Sonda heç nə qazanmadıq. Əksinə texniki məğlubiyyət aldıq, “Bakı”ya 3 xal verildi. Eləcə də, “Turan” klubunun bunu təkrar etməsi bizə qələbə qazandırdı. Bir sözlə, əgər meydanı tərk etsəydilər, özlərinə ziyan vuracaqdılar. Ən azı klub böyük məbləğdə cərimələnəcəkdi.
- Baş məşqçiniz Kaxaber Sxadadzenin cəza üzündən oyunu tribunadan izləməsi sizə nə kimi təsir etdi?
- Baş məşqçimiz hər zaman bizimlədir. Oyundan öncə Sxadadze bizə bütün tapşırıqlarını vermişdi. İnanıram ki, dediklərinin 90 faizini yerinə yetirmişik. Ancaq baş məşqçinin komandadan ayrı düşməsi istər-istəməz futbolçulara təsir göstərir. Ən azı tribunadan məşqçinin nə dediyini eşidə bilmirsən.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı