Ötən turda öz meydançasında “Rəvan”ı 2:0 hesabıyla məğlub edən “Qarabağ” aktivinə çox mühüm 3 xal yazdı. Ancaq mövsümün əvvəllində itirilən xallar Ağdam klubuna qış fasiləsinə ilk “3-lük”də getməyə mane oldu. Bununla belə, liderlərlə aradakı xal fərqinin o qədər də çox olmadığını nəzərə alsaq, bunu aradan qaldırmaq mümkündür.
Qol.Az saytının müxbiri bu və digər məsələlərlə bağlı suallara cavab almaq üçün Ağdam klubunun hücumçusu Rauf Əliyevlə söhbətləşib. Millimizin hücumçusu son zamanlar fərqlənə bilməməsinə də aydınlıq gətirdi:
- Rauf, “Qəbələ” ilə oyunun hazırlığı necə gedir?
- Hazırlıq qaydasındadır. İlin son oyunu olacaq. Odur ki, yaxşı nəticə ilə geri dönmək istəyirik. Bununla belə bilirik ki, çox çətin oyun olacaq. Çünki rəqib də ilk “altılığ”a düşmək istəyir.
- Necə bir oyun gözləyirsən və rəqibi necə xarakterizə edərdin?
- Məşqçi dəyişikliyindən sonra “Qəbələ” daha yaxşı oynayır və daha yaxşı nəticələr qazanır. Ümumiyyətlə, çox yaxşı komandadır, heyətində Mendi, Cehua kimi sürətli, güclü, təcrübəli futbolçular var. Həm də qeyd etdiyim kimi, ilk “altılığ”a düşmək istədikləri üçün onlara da mütləq qələbə lazımdır.
- Daha öncəki oyunlara nəzər salsaq görərik ki, “Qarabağ” üçün Qəbələdə oynamaq həmişə çətin olub. Belə demək mümkünsə, bu komandaya qarşı səfərdə oyununuz o qədər də yaxşı alınmır. Bunun səbəbini nədə görürsən?
- Bilirsiniz, bu komanda evdə çox yaxşı oynayır. Tək bizə qarşı yox, digər iddialı komandalar üçün də Qəbələdən xal götürmək heç də asan olmur. Başqa bir səbəb görmürəm.
- “Rəvan”ı məğlub etməklə uğursuzluq zolağından çıxdığınızı demək olar?
- Hələ bunu demək çox çətindir. Çünki ard-arda 3-4 oyunda qalib gəlməmişik, cəmi bir oyunda qalib gəlmişik. Əgər “Qəbələ”ni də səfərdə məğlub etməyi bacarsaq, hardasa, qismən uğursuzluq zolağından çıxdığımızı söyləmək olar.
- Yeri gəlmişkən, “Qəbələ”nin meydançası təbii örtüklüdür və çox gözəl vəziyyətdədir. Nəzərə alsaq ki, “Qarabağ” da məhz texnikalı oyuna üstünlük verir, o zaman meydança amilini sizin üçün üstünlük saymaq olar?
- Təbii ki, daha baxımlı futbol oynamaq üçün meydançanın durumu da əsas şərtdi. Ot örtüyü yaxşı olanda futbol oynamaq adamın özünə də ləzzət edir. Bəli, “Qəbələ”nin yüksək səviyyədə bazası, meydançaları var. Bu mənada baxımlı və maraqlı oyun olacağını düşünürəm. Ümid edirəm ki, oyun günü hava şəraiti də yaxşı olacaq, yağış, qar olmayacaq və azarkeşlərin gözəl oyuna izləməsində problem yaşamayacaq.
- Gələk öz oyununla bağlı suallara. Son vaxtlar nədənsə fərqlənə bilmirsən. Bu durğunluğu nə ilə əlaqələndirərdin?
- 2-3 tur ehtiyatda qaldım, yəqin ki, bununla bağlı ola bilər. Düzdür, sonradan meydançaya çıxdığım anlar oldu. Amma start heyətində oynamaqla sonradan oyuna çıxmaq arasında çox fərq var. Məsələn, oyunun başa çatmasına 10-15 dəqiqə qalmış meydanaçaya daxil olanda uyğunlaşmağa vaxt az olur. İnanıram ki, növbəti oyunlarda yenə əvvəlki kimi oynayıb qollarımı vuracağam.
- “Qarabağ”ı təhlil edərkən çox maraqlı bir məqam ortaya çıxır. Əfranla Rauf eyni vaxtda qol vurmur. Əfranda susqunluq yaşananda Rauf qol vurur, Rauf da susqunluq yarananda Əfran işə düşür...
- (gülür). Yox, ikimiz də eyni vaxtda qol vurmuşuq, sadəcə bu, avrokuboklarda olub. Amma çempionatda düz deyirsiniz, eyni anda ikimizin də ayağının açıldığı vaxt olmayıb. Yəqin ki, bundan sonra o da olacaq və hər ikimiz eyni anda qollar vurarıq.
- Amma bunun üçün ikinizin də eyni anda meydançada olmağınız lazımdır...
- İnşallah, o da olar.
- Məlum məsələdir ki, Qəbələdən qələbə ilə dönsəniz də qış fasiləsinə ilk “üçlük”də yollana bilməyəcəksiniz. Səncə, buna nə mane oldu?
- Bunun səbəbi qeyri-sabit oynamağımızdır. Çünki vacib çox xallar itirdik. Bəzən hesabda öndə olduğumuz oyunu uduzduq, bəzən son dəqiqələrdə qapımızdan qol buraxıb xal itirdik. Məhz bu amillər yekunda turnir cədvəlindəki mövqeyimizə də öz təsirini göstərdi. Amma bununla belə, ruhdan düşmürük. Çünki aradakı fərq o qədər də əlçatmaz deyil və qış fasiləsindən sonra uğurlu oynamaqla həmin fərqi qapatmaq mümkündür.
- Sonda. Legioner həyatı yaşamaqla bağlı tez-tez gənc futbolçularımıza sual ünvanlayırıq. Bu məsələdə səndə hansısa yenilik, təkliflər yoxdur ki?
- Açığı təkliflər var. Sadəcə, mən istəyirəm ki, real təklif olsun. Görsəm ki, ciddi təklifdir, mənə görə komandadır, əlbəttə ki dəyərləndirəcəyəm. Bilirsiniz, istəyirəm ki, getdiyim komandada oynayım, yoxsa, bir müddət sonra qayıdıb geri gəlməyim. Çünki gedib oynaya bilməyəndə və qayıdıb geri gələndə adamın haqqında çox sözlər deyirlər. Bunlarla qarşılaşmamaq üçün gərək hər şeyi düzgün ölçüb biçəsən.
- Seçimində maddi amil rol oynaya bilər?
- Yox, maddi amil rol oynamayacaq. Ola bilər ilk vaxtlar yüksək məvacib almayasan. Amma əgər sən özünü yaxşı tərəfdən göstərəcəksənsə və qabağa gedəcəksənsə, o zaman pul özü gələcək. Mən ilk növbədə oyunu düşünürəm. Əsas odur ki, istədiyim komanda olsun, gedib orda itib-batmayım. Əgər itib batacağım kluba gedirəmsə, elə qalıb “Qarabağ”da oynayaram da.
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub