Ukrayna Premyer Liqasında çıxış edən “Aleksandriya” klubunun azərbaycanlı futbolçusu Ruslan Zeynalovun Qol.Az saytına eksklüziv müsahibəsi
- Ruslan, ilk öncə özün haqda məlumat verməni istərdik.
- Mən 1982-ci ilin iyunun 19-da Ukraynanın Luqansk vilayətində dünyaya göz açmışam. Anam Ukrayna vətəndaşıdır. Azərbaycanlı olan atam isə 25 il öncə Luqanska gələrək ailə həyatı qurub. Özüm Luqanskda idman internat məktəbini bitirmişəm. Sonradan futbol oynamağa başladım.
- Səninlə bağlı internetdəki məlumatlarda həm də Azərbaycan vətəndaşı olduğun qeyd edilib.
- Yox, mən hələ ki, yalnız Ukrayna vətəndaşıyam. Gələcəkdə Azərbaycan vətəndaşlığını alacağım isə istisna deyil.
- Son dəfə ölkəmizdə nə vaxt olmusan?
- Uç il öncə. Onda məni Azərbaycan yığmasının təlim-məşq toplanışına dəvət etmişdilər.
- Bəs, Azərbaycan dilində bilirsənmi?
- Yox. Azərbaycanca ümumiyyətlə, danışa bilmirəm. Ömür boyu Ukraniyada yaşamışam. Axı, mən azərbaycanca necə danışa bilərəm?
- Dediyin kimi, 2008-ci ildə Azərbaycan millisinə çağırılsan da, sonradan sənə dəvət göndərilmədi. Bunun səbəbi nədir?
- Azərbaycan millisində bir neçə dəfə məşq etdim. Daha sonra məşqlərin birində ciddi zədə aldım. Ona görə də oynaya bilmədim. Sonradan isə onlardan hər hansı bir xəbər olmadı. Hələ heç bir rəsmi dəvət göndərilməyib. Nə də zəng edən olub. Səbəbini məndən yox, millinin baş məşqçisindən soruşmaq lazımdır.
- 2008-ci ildə Azərbaycan millisinə çağrıldığın zaman baş məşqçi Berti Foqtsla söhbət etdin?
- Mən onunla şəxsən görüşməmişəm. Ona görə də mənim haqda hansı fikirdə olduğunu deyə bilmərəm.
- Əgər bir daha səni Azərbaycan yığmasına dəvət etsələr, təklifi qəbul edəcəksən?
- Əlbəttə ki, qəbul edərəm. Mən Azərbaycan millisindən dəvət gözləyirəm.
- Bəs, deyək ki, seçim etmək qarşısında qalsan, Ukrayna, yoxsa Azərbaycan yığmasını seçərdin?
- Bunu söyləmək çox çətindir. Nə vaxt çağırsalar, onda da deyərəm.
- Səndən başqa Ukrayna çempionatlarında azərbaycanlı futbolçu oynayır?
- Şəxsən mən onlara hələ rast gəlməmişəm.
- Bəs, Kiyev “Dinamo”sunda oynayan milliyyətcə azərbaycanlı Aleksandr Əliyevlə tanışlığın var?
- Onunla oyun zamanı bir-birimizi görmüşük. Şəxsi tanışlığımız yoxdur.
- Azərbaycan yığmasının çıxışlarını, çempionatımızın oyunlarını izləyirsən ?
- Açığı, baxa bilmirəm. Çünki burada sizin çempionatın oyunlarını göstərmirlər. Ancaq Azərbaycan millisinin səfərdə Almaniya yığmasıyla görüşünü izləmişəm. Onda Azərbaycan millisi 1:6 hesabıyla almanlara məğlub olmuşdu.
- Rusiyada da azərbaycanlı futbolçular oynayır. Onlardan biri Aleksandr Səmədov Rusiya yığmasını seçdi. Digəri Emin Mahmudov isə hələ fikirləşir. Sənin buna münasibətin necədir?
- Aleksandrı futbolçu kimi yaxşı tanıyıram. Lakin Emin Mahmudov haqda ilk dəfədir eşidirəm. Mənim Səmədovu mühakimə etməyim düzgün çıxmaz. Deyə bilmərəm ki, o, Rusiyanı niyə seçib. Bəlkə də Rusiyada doğulduğundan o, bu ölkənin millisində oynamağı daha doğru hesab edib. Bu onların şəxsi işləridir.
- Hazırda Ukranya Premyer Liqasında çıxış edən “Aleksandriya” klubunda forma geyinirsən. Gələcəkdə özünü hansı klubda görmək istəyirsən?
- Bunu demək çox çətindi. Mənim hələ ki, “Aleksandriya”yla müqaviləm var. Ona görə də gələcək planlarım bu klubdan asılı olacaq. Gələcəkdə hər şey ola bilər. Futbol elə bir idman növüdür ki, nəyisə qabaqcadan söyləmək olmur.
- Son turlarda tez-tez vərəqələr alırsan. “Şaxtyor”la oyunda qırmızı vərəqə gördün, cəzan qurtarandan sonrakı iki turda da rəqibə qarşı kobudluq etdin.
- Açığı, “Şaxtyor”la oyunda mənə göstərilən qırmızı vərəqə haqsız yerə idi. Sonrakı qarşılaşmalarda da sarı vərəqələr almışam. Futbol sərt idman növü olduğu üçün belə hallar qaçılmazdır. Əsasən də Ukrayna çempionatında hakimlər çox sərt olurlar. Xüsusən də, “Dinamo” və “Şaxtyor”un oyunlarında buna daha çox şahid oluruq.
- Azərbaycanlı futbolçular arasında dostların var?
- Millinin toplanışına qatılanda hər bir futbolçuyla ünsiyyətim oldu. Ancaq nə Ukrayna, nə də Azərbaycanda şəxsən dost olduğum futbolçu yoxdur.
- Azərbaycan klublarından dəvət alsan, qəbul edərsən?
- Gələcəkdə bu haqda fikirləşmək olar. Lakin hələ yaxın gələcəkdə belə fikirim yoxdur. Ona görə ki, Ukrayna çempionatı Azərbaycan Premyer Liqasından daha səviyyəlidir. Həm də burada aldığım pul da pis deyil.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat