“Xəzər Lənkəran” klubunun hücumçusu Branimir Subaşiçin Qol.Az saytına müsahibəsi
- Sabah sizi çempionluğa ən iddialı klublardan olan “Bakı”yla çətin oyun gözləyir. Oyuna hazırlıq necə gedir?
- Həmin görüşün bizim üçün əhəmiyyət daşıdığını yaxşı anlayırıq. Hazırlıqlarımız yüksək səviyyədədir. Ən vacibi isə “Bakı”yla oyuna yaxşı köklənə bilmişik. Böyük səbirsizliklə bu qarşılaşmanın baş tutmasını gözləyirik.
- “Bakı”yla oyunun da boş tribunalar önündə azarkeşsiz keçməsi sizi ruhdan salmayacaq?
- “Qarabağ”la evdə keçirdiyimiz oyunda da çox çətinlik çəkdik. Çünki “Xəzər Lənkəran” azarkeşsiz oynamağa adət etməyib. Çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışmalıyıq. Birdə ki, nə olursa-olsun, öz oyunumuzu nümayiş etdirib, rəqibə meydanın ağası olduğumuzu göstərməliyik.
- Son turlar qol vura bilməsən də, “Kəpəz”lə matçda fərqlənə bildin. Yəqin ki, “Bakı”yla oyunda bunun davamını gətirmək istəyəcəksən.
- Qol vurmaqdan öncə yaxşı oyun keçirib komandama xeyir vermək haqda düşünürəm. Ən əsas məsələ də məhz budur. Mənim və ya komanda yoldaşımın qol vurması önəmli deyil. Önəmli olan qazanacağımız üç xaldır. Düzdü, “Xəzər Lənkəran”ın qalib gəlməsi və mənim fərqlənməyim lap yerinə düşərdi. “Bakı”ya qol vuracağıma söz verə bilmərəm. Ancaq bunun üçün çox çalışacağam. Komandamın qalib gəlməsi üçün əlimdən gələni etməyə borcluyam.
- “Xəzər Lənkəran" əvvəlkinə nisbətən zəif təsir bağışlayır. Belə olan halda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- “Xəzər Lənkəran” heç bir klubdan qorxmur. Əvvəla heyətimizdə yetərincə güclü və səviyyəli futbolçu çıxış edir. Digər tərəfdən də qarşılaşmada meydan sahibi biz olacağıq. Bunun da çox üstün tərəfləri var. Amma nəzərə alaq ki, bütün klublar heç də hər zaman yüksək səviyyədə çıxış edə bilməzlər. Hər bir komandanın çətin vaxtları olur. Çox danışmağa ehtiyac duymuram. Sözümüzü meydanda deyəcəyik.
- Mətbuatda açıqlamanda demişdin ki, sabiq baş məşqçin Mirça Redniklə münasibətlərin yaxşı deyil. Bəs, yeni baş məşqçiniz Cüneyt Biçərlə münasibətlərin hansı səviyyədədir?
- Redniklə münasibətim yaxşı olub-olmaması artıq keçmişdə qaldı. Mən Mirça Rednik haqda danışmaq istəməzdim. Çünki özü burada olmadığı halda nəsə demək düzgün çıxmır. Cüneyt Biçərə gəlincə, gözəl insan və əla məşqçidir. O, öz işinin mütəxəssisidir. Münasibətlərə gəlincə, təkcə mənimlə deyil, bütün futbolçularla gözəl anlaşır. Onun gəlişi komanda daxili ab-havanı yüksəldib.
- Mirça Rednik gedərkən sizinlə vidalaşmamış getdi?
- Yox, niyə ki!.. Gedərkən bizimlə bir neçə kəlmə söhbət edib sonra getdi. Mən bu haqda danışmaq istəmirəm. Bu məsələ mənim üçün qapanıb.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı