Dünən Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının təşəbbüsü ilə Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Olan Uşaqlar Üçün 12 nömrəli Xüsusi İnternat Məktəbi ziyarət edildi.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə keçirilən xeyriyyə tədbirinin iştirakçıları arasında “Qarabağ” futbol klubunun qapıçısı Fərhad Vəliyev və “Bakı” futbol klubunun müdafiəçisi Cəmşid Məhərrəmov da var idi.
Ziyarətçiləri qarşılayan internat məktəbin direktoru Allahverdi Vəliyev Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və “Unibank”ın Marketinq Departamentinin rəhbəri Yevgeni Soltanova təşəbbüslərinə görə minnətdarlığını bildirdi: “Biz burada sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə yararlı bir fərd kimi hazırlanması üçün çalışırıq. Burada elə uşaq olub ki, birinci sinifə gələndə yeriyə bilmirdi. Ancaq buranı tərk edəndə, o, artıq futbol oynaya bilirdi. Bizim məktəbdə yetişən uşaqlar arasında idmanın müxtəlif növləri üzrə Respublika, Avropa və dünya çempionları var. Sizə və təmsil etdiyiniz qurumlara təşəkkür edirəm ki, bizim əməyimizi qiymətləndirirsiniz, bayram günlərində bu uşaqları öz hədiyyələrinizlə sevindirirsiz”.
Daha sonra uşaqlar üçün “şaxta baba”, “qar qız” və digər nağıl qəhrəmanlarının iştirakı ilə səhnəcik nümayiş olundu. Uşaqların böyük marağına səbəb olan şou-proqramın sonunda internat məktəbin şagirdlərinə PFL və “Unibank”ın bayram hədiyyələri təqdim olundu. Məktəbin futbol komandası da qonaqlara öz bacarıqlarını nümayiş etdirdi. Fərhad Vəliyevin qoruduğu qapıya qol vuran gənc futbolçuya və Cəmşid Məhərrəmovun zərbəsini dəf edən qapıçıya PFL-in hədiyyələri verildi.
“Qarabağ” futbol klubunun qapıçısı Fərhad Vəliyev və “Bakı” futbol klubunun müdafiəçisi Cəmşid Məhərrəmov xeyriyyə tədbiri ilə bağlı fikirlərini bildiriblər:
“Peşəkar Futbol Liqası və “Unibank”a məni belə bir xeyriyyə tədbirinə dəvət etdikləri üçün təşəkkür edirəm. Buradakı uşaqları görəndə insan istəyir ki, həmişə gəlsin, mənəvi dayaq olsun. Gələcəkdə belə tədbirlər olarsa, çox böyük məmnuniyyətlə iştirak edərəm. Kasıb, kimsəsiz ailələrdən bir çox məşhur futbolçular yetişib. Ümid edirəm ki, buradan da ölkəmizə bacarıqlı futbolçular yetişəcək. Bir daha təşkilatçılara təşəkkür edirəm ki, həm uşaqları, həm də bizi sevindirdilər” - deyə Fərhad Vəliyev tədbirlə bağlı fikirlərini bölüşüb.
"Bakı"nın müdafiəçisi Cəmşid Məhərrəmov isə özünü çox xoşbəxt hiss etdiyini deyib: “İlk dəfə idi ki, bu cür tədbirdə iştirak edirdim. Bu gün uşaqların sevinməsində mənim də payım oldusa, bu məni çox xoşbəxt etdi. Mən PFL və “Unibank”ın bu təşəbbüsünü alqışlayıram və təqdirəlayiq hesab edirəm. Bu uşaqlar bizim gələcəyimizdir. Təşkilatçılar çox sağ olsun ki, bu uşaqları unutmurlar, onları bayram münasibətilə gözəl hədiyyələrlə sevindirirlər. Məktəbin rəhbərliyinə də təşəkkür edirəm ki, bizi çox yaxşı qarşıladılar. Uşaqlar üçün gözəl şou-proqram təşkil olunmuşdu. Hər şey çox gözəl keçdi. Mən inanıram ki, bu uşaqların çox parlaq gələcəyi olacaq və onlar Azərbaycana layiqli övladlar olacaqlar. Üzümü futbolçu yoldaşlarıma tutub deyirəm ki, hər insanın bir qüsuru olur. Bu uşaqlar da bizim övladlarımızdır, bizim balalarımızdır. Bizim borcumuzdur ki, bu uşaqlara baş çəkək. Sevindirici haldır ki, dövlətimiz bu uşaqlar üçün hər cür şərait yaradıb və onların heç bir yardıma ehtiyacları yoxdur. Sadəcə onlara mənəvi dayaq olmaq kifayət edir. Canla-başla həmişə bu cür tədbirlərə qatılmağa hazıram”.
Yuxarı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında