Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi
- AFFA ilə müqavilənin müddətini uzatmaq sizin istəyinizlə bağlı idi?
- Hər 2 tərəfin istəyi ilə. AFFA prezidenti Rövnəq Abdullayevə söz vermişəm və bunu da sonadək yerinə yetirməliyəm. Sözsüz ki, tərəflər razı olmasa, müqavilə uzadılmaz.
- Milli komandada işlədiyiniz müddətdə nəyə nail olmusunuz və bundan sonrakı mərhələdə qarşısına hansı məqsədi qoyumusunuz?
- Ölkənizdə yeni işə başlayanda, gənc komanda qurmalı idim. Buna da nail oldum. Sözsüz ki, şəxsən mən nəticələrdən razı qala bilmərəm. Bunun üzərində daha çox işləməliyik. Həm klublarda, həm də yığmada bundan daha çox iş görülməlidir ki, gələcəkdə də yaxşı nəticələr əldə edə bilək.
- Vaxtilə milliyə cəlb etdiyiniz azərbaycanlı futbolçu Ruslan Zeynalov Ukraynanın Premyer Liqasında “Aleksandriya” klubunda oynayır. Onun haqqında sizə məlumat verilib?
- Xeyr.
- 2011-ci ildə kimi ən yaxşı futbolçu sayırsınız? Həm hər bir mövqedə, həm də ümumilikdə...
- Mənim üçün hansısa futbolçunun ilin ən yaxşısı olması maraqlı deyil. Əsas odur ki, futbolçular komanda şəklində düzgün oynayıb, nəticə əldə etsinlər. Kiminsə adını çəkmək istəməzdim.
- Bəs Rauf Əliyevin ilin ən yaxşı futbolçusu seçilməsi ilə razısınız?
- Ümid edirəm ki, Rauf ən yaxşı futbolçu olandan sonra da öz üzərində daha çox işləyəcək. O, doğrudan da bu il yaxşı formada və ilin futbolçusu olmağa layiq idi.
- Növbəti seçmə mərhələdə hansı nəticəyə ümid edirsiniz? Heç olmasa, sonrakı seçmə mərhələdə 2 komandanı turnir cədvəlində arxada qoymaq mümkün olacaqmı?
- Yəqin ki, siz rəqiblərimizi tanıyırsınız...
- Bəli.
- Fikirləşirsiniz ki, Portuqaliya yığması bizdən arxada olacaq?
- Xeyr. Biz Portuqaliyanı nəzərdə tutmuruq. Qrupda Şimali İrlandiya, Lüksemburq yığmaları da var. Bunlar olan halda, hansı nəticəyə ümid edə bilərik?
- Siz İsrail yığmasının Azərbaycanla son oyununun nəticəsini bilirsiniz?
- Bilirik. Amma hər halda, millimizdən də sürpriz nəticələr gözləyirik...
- Sözsüz ki, AFFA prezidentinə verdiyim planı həyata keçirə bilsək, lazımı hazırlıq keçsək, növbəti seçmə mərhələdə yaxşı nəticə qazana bilərik. 3 gün hazırlıqla heç bir sürpriz etmək olmaz. Lazımı hazırlıq olanda, sürprizlər də olacaq.
- Dekabrın 29-da ad gününüzdür. 65 illik yubileyinizi necə qeyd etmək fikrindəsiniz?
- Bu, mənim üçün normal bir gündür.
- Bəlkə ad gününüzü, yeni ili Azərbaycanda keçirəsiniz?
- Bu haqda düşünmürəm. Həmin vaxt vətənimdə olacağam.
- Mahir Şükürovun dopinq-testdə “ilişməsi” haqda fikirlərinizi öyrənmək istərdik. Belə deyirlər ki, o, uzun müddətə cəzalana bilər. Mahirin qanında hansı dərman preparatının tapılması haqda məlumatınız varmı? Futbolçunun məsələsində nə köməklik göstərə bilərsiniz?
- Mən indi məlumat vermək istəməzdim. Çünki qərar qəbul olunmayıb, hazırda iş UEFA-dadır. Onlar Mahirin məsələsinə baxıblar. Qərar qəbul olunmamışdan əvvəl bu haqda məlumat vermək istəməzdim.
- Fevralda Dubayda keçiriləcək təlim-məşq toplanışında hansı yığma ilə yoldaşlıq görüşü nəzərdə tutulub? Ümumiyyətlə, gələn il belə oyunlarda rəqiblər müəyyənləşibmi?
- Fevralda, apreldə və mayın axırında təlim-məşq toplanışı olacaq. Fevralda Dubayda hazırlıq keçəcəyik və rəqiblərlə bağlı danışıqlar aparılır. Hələ bir qərara gəlməmişik. İnşallah, kiminlə görüşəcəyimiz 10 günə bilinəcək.
- Yeri gəlmişkən, bəzi klublar bu təlim-məşq toplanışları ilə bağlı narazılıqlarını bildirirlər...
- Mən bu barədə məlumat vermirəm. Xahiş edirəm ki, klublar da milli komanda haqda məlumat verməsinlər.
- Bilirik ki, Vaqif Cavadov haqda danışmaq istəmirsiniz. Ancaq hər halda, AFFA-nın İcraiyyə Komitəsinin iclasında futbol veteranları Vaqifin milliyə qaytarılmağı ilə bağlı məsələ qaldırıblar. AFFA prezidenti də söz verib ki, bu məsələni Berti Foqtsdan xahiş edəcək....
- Futbol veteranları mənimlə nə barədə söhbət eləmək istəyirlər?
- Vaqifin bağışlanıb yenidən yığmada oynamağı ilə bağlı...
- Onun məsələsi hələ qaldırılmayıb ki, bu barədə söhbət edək.
- Bəs qaldırılsa?
- Vaqif milliyə gəlməyəcək. O, nə baş verdiyini düzgün danışmalıdır.
- Azərbaycan mətbuatında həm tənqid olursunuz, həm də təriflənirsiniz. Mətbuatın fikri sizin üçün nə dərəcədə maraqlıdır?
- Bu suala özünüzü cavab verin. Fikirləşin ki, mənə qarşı münasibətiniz düzgün idi, yoxsa yox? Siz də öz işinizi görürsünüz, mən də. Sözsüz ki, tənqidlər, təriflər olur. Bu, normaldır. Hamı həmişə eyni fikrə gəlmir. Ona görə də, mənim sizdən razı, narazı olduğum vaxtlar da olur. Eləcə də siz məndən. Maşallah, tədbirlərdə çoxlu jurnalist görürəm, amma təəssüflər olsun ki, məşqlərdə, oyunlarda sizi görmürəm. Biri var oyuna televizorda baxasan, biri də var stadiondan. Televiziyadan bir fikir bildirə bilərsən, stadiondan tam başqa. Vaqifə qayıdınca, mətbuatda yalnız onun fikirləri gedir. Ancaq doğrudan nə olub? Hansı söhbətlər baş verib? Bu barədə yazılmır. Mən öz tərəfimdən fikir bildirmişəm. Həmişə Vaqifə imkan yaradırlar və öz fikrini bildirir. Ancaq doğrudan da, orda nə baş veribsə, bu haqda yazılmır.
- Nə baş verib?
- Məgər siz idman yazarları kimi, nə baş verdiyinizi bilmirsiniz?
- Hərə bir cür fikir bildirir...
- Vaqifin məsələsində suallara cavab verən yeganə adam mənəm.
Mənbə: lent.az
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video