“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının növbəti turunda səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- Son turda “Sumqayıt Şəhər” klubu üzərində qələbə qazandıq. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirdik. Bizim üçün fərqi yoxdur hansı komandaya qarşı oynayırıq. “Bakı” hər qarşılaşmaya eyni səviyyədə hazırlaşır. İnanıram ki, səfərdə “Xəzər Lənkəran”ı məğlub edərək geri dönəcəyik.
- “Xəzər Lənkəran”la oyunda məğlub olacağınız təqdirdə, bu komanda ilə xal fərqiniz 6-ya yüksələcək. Bu sizi qorxutmur ki?
- Artıq bundan sonra xal itirmək olmaz. “Altılığ”a qədər qalan oyunlarımıza baxanda, çox çətin qarşılaşmalar olacağını indidən söyləmək olur. Ona görə də “Xəzər Lənkəran”la oyundan maksimum yararlanaraq, liderlərlə xal fərqini azaltmağa çalışmalıyıq. Çünki “altılıq”da çox çətin olacağını indidən zənn etmək olur. Çempion olmaq şanslarımızın yetərincə olduğunu düşünürəm.
- AFFA İntizam Komitəsinin qərarına əsasən Lənkərandakı oyun boş tribunalar qarşısında keçiriləcək. Bu, sizin oyununuza nə dərəcədə təsir göstərəcək?
- Düzdü, azarkeş olanda rəqib üçün böyük üstünlük olur. Yəni rəqibin azarkeşləri komandasına böyük dəstək verirlər. Digər tərəfdən də Lənkəranda azarkeşsiz qarşılaşmanın marağı olmaz. Futbolun gözəlliyi qol olsa da, azarkeşsiz onu təsəvvür etmək olmur.
- Belə olan halda üstünlüyü “Bakı”nın tərəfində hesab etmək olarmı?
- Səfərdəki oyunda üstünlüyün sırf azarkeşlərə görə bizdə olmasını demək düzgün olmaz. Məncə, elə adi halda da, üstünlük bizim tərəfimizdədir. “Xəzər Lənkəran”la oyunumuz hər zaman yaxşı alınıb.
- Səfərdəki çətin oyunöncəsi şanslarınızı necə dəyərləndirərdin?
- Bu, vaxta qədər “Xəzər Lənkəran”la xeyli matç keçirmişik. Yəni, bu bizim birinci oyunumuz deyil. “Bakı” cənublularla səfərdən həm qələbə, həm heç-heçə, həm də məğlubiyyətlə dönüb. Belə çətin qarşılaşmalarda istənilən nəticə ola bilər. Ancaq biz öz oyunumuzu göstərə bilsək, qələbə qazana bilərik.
- “Bakı”nın mövsümün əvvəlində qeyri-sabit çıxışının səbəbini nədə görürsən?
- Mövsümün əvvəlində qeyri-sabit çıxışımız komandaya cəlb edilən yeni futbolçularla bağlı idi. Çünki, onların komandaya uyğunlaşması üçün kifayət qədər vaxt lazım idi. Digər tərəfdən də zədə sindiromunu qeyd etmək istərdim. Zədəyə misal olaraq, “Rəvan komandasıyla oyunu göstərə bilərəm. Həmin qarşılaşmada “Bakı”nın beş əsas futbolçusu zədə üzündən meydana çıxa bilmədi. Bu da, bizim üçün ciddi itki demək idi.
- "Bakı”ya böyük ümidlərlə transfer edilən səviyyəli hücumçu Marios Verpakovskis hələ də tam olaraq potensialını göstərə bilməyib. Səncə niyə?
- Əvvəlcə, komandaya uyğunlaşmaq üçün futbolçunun vaxta ehtiyacı olur. Verpakovskis bir neçə oyunda fərqlənsə də, sonradan zədə üzündən komandadan uzun müddət uzaq düşdü. Yalnız özü fərdi məşqlər edirdi. Bu da, onun oyun praktikasının olmamasına gətirib çıxartdı. Zədədən qayıtdıqdan çox keçməmiş yenə ağır zədəylə üzləşdi. Mən onun hələ ki, tam özünü göstərə bilməməsində zədəni xüsusi olaraq vurğulayardım.
- “Xəzər Lənkəran” komandasının hazırki baş məşqçisi Cüneyt Biçər vaxtilə, “Bakı”da məşqçi kimi fəaliyyət göstərib...
- İlk olaraq onun da, yaxşı mütəxəsis olduğunu deyə bilərəm. Vaxtilə bir yerdə çalışmışıq. Həmin vaxt çempionatı ikinci yerdə başa vurmaqla yanaşı, kuboku da qazanmışdıq. Əvvəllər bir yerdə çalışsaq da, hazırda rəqibik. Bununla belə, ona öz işlərində uğurlar arzulayıram.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı