Bakının “İnter” klubunun hücumçusu Baçana Sxadadze sabah Unibank Premyer Liqasında “Neftçi”yə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az-ın suallarını cavablandırıb
- Liderə qarşı hazırlıq necə gedir?
- Görüşə ciddi hazırlaşırıq. Məncə, həmin qarşılaşma çempionatın ən çətin və maraqlı oyunlarından biri olacaq. Biz “Neftçi” ilə oyunda əlimizdən gələni etməliyik ki, aradakı xal fərqini götürək. Evdə çıxış etdiyimiz üçün yaxşı oyun nümaiş etdirib qalib gəlmək imkanımız var. Əgər “Neftçi”ylə görüşdə yaxşı çıxış etsək, onda üç xal özü bizə tərəf gələcək.
- Artıq 13 turdu ki, məğlubiyyət acısı yaşamırsınız.
- İnanıram ki, uğurlu seriya “Neftçi”ylə oyundan sonra da davam edəcək. Bunun üçün şəxsən mən əlimdən gələni edəcəyəm. Məqsədimiz qarşıdakı iki oyundan rəqiblərimizdən maksimum xal götürməkdir. İndi belə bir vəziyyətdə “Neftçi” üstün tərəf kimi görsənsə də, hər şeyə meydanda aydınlıq gələcək. Zənnimcə, komandaların qələbə qazanmaq şansları 50/50-dir.
- Amma uduzsanız turnir cədvəlindəki yerinizi “Xəzər Lənkəran” tuta bilər.
- Doğrudur. Amma bununla hər şeyin bitdiyini söyləmək olmaz. Çünki qarşıda xeyli oyun olacaq. Özünüz də gördünüz ki, mövsümün başlanğıcında “Xəzər Lənkəran” hər kəsdən öndə gedirdi. Rəqiblərini yeddi xallıq fərqlə üstələyirdi. Lakin indi üçüncü pillədə qərarlaşıb. Buna görə də məğlub olsaq belə, bunu faciəyə çevirməyəcəyik. Hər şey hələ qabaqdadır.
- “İnter” bu mövsüm keçirdiyi görüşlərdə minimal hesabla qalib gəlib. Səncə, niyə?
- Bu, daha çox müdafiədə oynamağımızdan irəli gəlir. Hər bir klub böyükhesablı qələbə qazanmaq istəyir. Lakin bu mövsüm belə alındı ki, biz daha çox minimal hesablı qələbələri sıraladıq. Məncə, əsas bu deyil, əsas komandanın nəticə verməsidir ki, bunun da öhdəsindən gələ bilirik.
- Azərbaycan çempionatında oyunların uğurlu alınır. Vətənin Gürcüstanın millisində oynamaq təklifi almasan?
- Bu barədə heç bir məlumat yoxdur. Bəlkə gələcəkdə olacaq...
- Ölkəmizdəki bəzi legioner futbolçular Azərbaycan yığmasında oynamaq istədiklərini deyiblər. Sənin nə vaxtsa Azərbaycan pasportu almaq fikrin var?
- Mən öz vətənimin millisində oynamağı üstün tuturdım. Mənim fikrimcə, hər bir futbolçu öz vətəninin yığmasında oynamalıdır. Odur ki, mən Azərbaycan yox, Gürcüstan millisində oynayardım.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat