Kədər bir anda sevincə döndü (VİDEO)

VİDEO 16 Dekabr 2011 / 02:30 3786
-  A +

Avroliqanın qrup mərhələsinin son turunda öz meydanında "Tvente"ni 2:1 hesabı ilə məğlub edən Polşanın "Visla" (Krakov) klubu paralel keçirilən "Fulhem" - "Odense" matçından xoş xəbər gözləyirdi. Qol.Az-ın məlumatına görə, həmin görüşdə "Fulhem" xal itirəcəyi təqdirdə "play-off"a məhz "Visla" çıxacaqdı. "Tvente" üzərində qazanılan qələbədən sonra üzgün olan "Visla" klubunun futbolçuları stadiondakı anonsla bir anda sevincə qərq olublar. "Odense"nin son dəqiqələrdə bərabərlik qolunu vurmaqla "Fulhem"ə şok yaşatması "Visla"nı "play-off"a çıxarıb. Həmin anları izləməyə dəyər:



Son xəbərlər