Zaqatalanın “Simurq” klubunun litvalı hücumçusu Robertas Poşkusun Qol.Az saytına müsahibəsi
- Sabah Premyer Liqada qarşılaşacağınız AZAL bundan öncəki turda “Neftçi”yə 1:7 hesabıyla uduzub. Bu mənada, psixoloji üstünlüyün sizin tərəfinizdə olduğunu demək olar?
- AZAl bu çempionatda ən böyük hesabla uduzan komanda oldu. Lakin rəqibin düşərgəsində yetərincə təcrübəli futbolçu çıxış edir. Məncə, onlar bizimlə qarşılaşmada “Neftçi”yə məğlubiyyəti unutdurmağa çalışacaqlar. Onların bir üstünlüyü də doğma meydanda oynamaları olacaq. AZAL da bizim kimi, “altılığ”a vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Hər şeyə rəğmən maraqlı bir oyun olacağını düşünürəm.
- AZAL doğma meydanda inamlı təsir bağışlayır. “Bakı”, Qəbələ” və “Neftçi” kimi rəqiblərini məğlub etməyi bacarıb...
- Komandamız qarşıdakı oyunlardan maksimum nəticə götürməyə çalışacaq. Çünki qazandığımız qələbələr sayəsində “altılıq”da oynamaq şansı əldə edəcəyik. Buna görə meydana yalnız üç xal üçün çıxacağıq. Ancaq rəqibin də güclü olduğunu unutmaq olmaz. Buna görə bir qədər ehtiyatlı davranmalıyıq. Ümumi götürdükdə isə komandaların qələbə qazanmaq şanslarını 50/50-yə dəyərləndirərdim.
- Hazırda bombardirlər cədvəlində 7 qolla ikinci mövqedə qərarlaşmısan. Bu haqda nə deyə bilərsən?
- Vurduğum qollarla komandama xeyir gətirdiyim üçün çox sevinirəm. Açığı, çox qol vuraraq, bombardir olmağa elə də can atmıram. Mənim üçün ən əsası “Simurq”un uğur qazanmasıdır. Ancaq, bir söz deyə bilərəm ki, qarşıda hələ çox oyun var. Bu müddət ərzində bombardirlər cədvəlində çox dəyişmələr ola bilər. Bahadırın, Parksın və digərlərinin birinci olmaq şansları böyükdür. Çalışacağam fürsəti əldən verməyim.
- Necə oldu ki, “Simurq” klubunda oynamaq qərarı verdin?
- Klubun baş məşqçisi Sergey Yuran mənimlə əlaqə yaradaraq komandasında görmək istədiyini bildirdi. Mənim kimi təcrübəli hücumçuya çox ehtiyac duyduqlarını bildirdi. Mənim baş məşqçi Sergey Yurana çox böyük hörmətim olduğundan razılıq verdim. O, çox gözəl və səmimi bir insandır. Hərdən mənə bir keçmiş futbolçu kimi dəyərli məsləhətlər də verir.
- Əvvəllər paytaxt təmsilçisi “İnter”də oynasan da, hazırda əyalət klubunda çıxış edirsən. Bu, amil sənə çətinlik yaratmır?
- Düzdü, paytaxt və əyalət arasındakı fərq böyükdür. İstər-istəməz ilk vaxtlar uyğunlaşmaqda çətinlik çəkirdim. Ancaq sonradan hər şey tədricən öz qaydasına düşməyə başladı. Birdə ki, hər futbolçunun müəyyən yaş dövrü var. Lakin mən hələ də, futbol oynamağı əvvəlki kimi, çox sevirəm. Bəlkə də futbola olan məhəbbətim, oynamaq həvəsim məni “Simruq”a apardı. Əyalət təmsilçisi olsa belə razılıq verdim. Peşman deyiləm. Ona qalsa, mən elə klublarda oynamışam ki, nə “İnter”, nə də “Simurq” onlarla müqayisə edilə bilər. Amma hər şeyin bir vaxtı var. İndi işlərim öz qaydasında gedir. Klubdakı ab-hava məni qane edir.
- Yerdə qalan iki qarşılaşmadan biri doğma meydanda sabiq komandan “İnter”ə qarşı olacaq. Yəqin ki, sənin üçün bu görüş prinsipial əhəmiyyət daşıyacaq.
- Mən sabiq komandama qarşı heç bir kin saxlamıram. Çünki mənim orada yetərincə dostum var. İmkan düşəndə bir-birimizlə əlaqə yaradırıq. Lakin hansısa mənada sizinlə razılaşmalıyam. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır. Xüsusən də sabiq komandasıyla görüşlərdə.
- Yaxın zamana qədər Litva milli komandasın şərəfini qoruyurdun. İndi də vurduğun qollarla pis təsir bağışlamırsan. Yenidən yığmaya dəvət olunmaq ehtimalı nə qədərdir?
- Hazırda yığmada məşqçi postu boş qaldığından bu sualı dəqiq cavablandıra bilməyəcəm. Birdəki millinin toplanışları və oyunları yayda baş tutacaq. Yaxın zamanda baş məşqçi məsələsinə aydınlıq gələcək. Bundan sonra millidə çıxış edib-etməyəcəyim bəlli olacaq. Əlbəttə, hər bir futbolçu kimi, mən də millidə oynamaq istəyirəm.
Əli HƏYATİ
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub