Toni Adams "Qəbələ" klubunun baş məşqçisi vəzifəsindən istefaya getdikdən sonra ilk dəfə mətbuata açıqlama verib.
Qol.Az-ın məlumatına görə, o, Britaniya mətbuatına müsahibəsində öncə sabiq komandasından ayrılmasının səbəbi haqda danışıb. Bildirib ki, istefası paytaxt Bakıyla Qəbələ şəhəri arasında yolun uzunluğu ilə əlaqədar olub: «Mənim ailəm Bakıda qalmaq istəyir və bu şəhəri sevir. Buna görə də bu çətin qərarı verməli oldum».
Toni Adams «Arsenal» klubunun yubileyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməyəcəyini söyləyib. Hazırda Bakıda olduğunu deyən mütəxəssis yaxın günlərdə klub prezidenti Tale Heydərovla görüşünün nəzərdə tutulduğunu bildirib. O, bu görüşün ya London, ya da Bakıda baş tutacağını deyib. Əlavə edib ki, futboldakı bundan sonrakı fəaliyyətinə də həmin görüşdə aydınlıq gələcək.
Toni Adamsın «Qəbələ» klubunda başqa bir vəzifədə çalışacağı istisna edilmir.
Bununla belə, Adams deyib ki, o, bundan sonra məşqçi kimi yalnız Avropa işləmək istəyir: «Bütün hallarda hər şey klub prezidentilə görüşdən sonra aydınlaşacaq».
«Qəbələ»nin sabiq baş məşqçisi İngiltərədə çalışmasının mümkünlüyü ilə bağlı deyib ki, bundan sonra yalnız bir vaxtlar kapitanı olduğu «Arsenal»da işləyə bilər: «Mənim İngiltərədə baş məşqçi vəzifəsində və ya sıravi işçi kimi çalışacağım bir klub varsa, o da «Arsenal»dır. Mən Azərbaycanda çox təcrübə topladım. Oradakı fəaliyyətim mənim çox şeyə gözlərimi açdı. İngiltərədəki insanlar bunu başa düşə bilməzlər».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır