"Xəzər Lənkəran" yenə qələbəyə həsrət qaldı, "Bakı" xal itirdi

ÖLKƏ FUTBOLU 10 Dekabr 2011 / 18:00 13903
-  A +

Bu gün Unibank Premyer Liqasında XVI turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Turun açılış oyununda paytaxt klubları üz-üzə gəliblər.  İlk “altılığ”a düşmək uğrunda mübarizə aparan “Rəvan” öz meydanında “Bakı” ilə qarşılaşıb. Son turda doğma azarkeşləri önündə Gəncənin “Kəpəz” klubuna 1:2 hesabı ilə məğlub olan “Rəvan” bu görüşdə qələbə qazanmaq niyyətində idi.

Lakin Vladislav Qədirovun komandası bunu bacarmayıb. Bu mövsüm çempionluğa oynayan “Bakı”nın da “Rəvan”la görüşə qələbə üçün çıxacağı heç kəsə sirr deyildi. Hər iki komandanın ciddi cəhdlərinə baxmayaraq, bu görüşdə hesab açılmayıb - 0:0. Bununla da, meydandan sülhlə ayrılan komandalar hərəyə bir xal qazanıblar.  

Günün digər qarşılaşması isə Zaqatalada baş tutub. Burada yerli “Simurq” klubu Tovuzun “Turan” komandası ilə qarşılaşıb. İlk “altılığ”a düşmək şanslarını hələ də saxlayan Zaqatala təmsilçisi “Turan”la oyunun əsas favoriti hesab olunurdu. Sergey Yuranın komandası qələbə qazanacağı təqdirdə ilk “altılığ”a bir qədər yaxınlaşmaqla yanaşı, təhlükəli zonadan uzaqlaşmış olacaqdı.

Bu mövsüm heç də yaxşı günlərini yaşamayan və AFFA İntizam Komitəsi tərəfindən ciddi cəzalandırılan “Turan” vəziyyəti isə heç də ürəkaçan deyil. Hazırda 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan Tovuz təmsilçisini bu görüşdə yalnız qələbə qane edirdi. Lakin Əsgər Abdullayevin komandası səfərdə 1:2 hesabı ilə məğlub olmaqla turu xalsız başa vurub.

Turun mərkəzi qarşılaşması isə Lənkəranda keçirilib. Burada yerli “Xəzər Lənkəran” klubu Ağdamın “Qarabağ” klubunu qəbul edib. Uzun müddət turnir cədvəlinə başçılıq edən “Xəzər Lənkəran” klubu son turlarda xal itirməklə liderliyi əzəli rəqibi “Neftçi”yə təhvil verib. Mirça Rednikin gedişindən sonra komandaya gətirilən Cüneyt Biçərin debüt matçı da məhz “Qarabağ”a qarşı olub. Lakin Biçər “Xəzər Lənkəran”la ilk oyununda qələbə qazana bilməyib.

Bu mövsüm çempionluq uğrunda mübarizə aparan “Qarabağ” da rəqibinə ciddi müqavimət göstərib. Daha çox "Qarabağ"ın üstünlüyü şəraitində keçən oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb. Belədə 0:0 hesabı ilə nəticələnən oyunda komandanlar hərəyə bir xal qazanıblar. "Xəzər Lənkəran" klubu bu nəticə ilə 3-cü pilıədəki mövqeyini qoruyub.   


10 dekabr

Unibank Premyer Liqası, XVI turun oyunları

16:00. "Simurq" - "Turan" - 2:1
Qollar:
Qərib İbrahimov, 76 (1:0), Robertas Poşkus, 80 (2:0),
Akif Tağıyev, 90+4 (2:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Əsədov, Elnur Muradov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Zaqatala. Şəhər stadionu
 
16:00. "Xəzər Lənkəran" - "Qarabağ" - 0:0
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu
 

Oyun başladı:

1.  Start fiti səsləndi. Opara və Semedo topa ilk toxunuşu edirlər.
1. "Xəzər Lənkəran"ın futbolçularının adı çəkilərkən azarkeşlərin yoxluğu hiss olunur.
2. Bu oyunda Adrian Pit müdafiənin solunda qərarlaşıb. Mureşan isə Rahidlə yanaşı dayaq zonasında yer alıb. Rosas mərkəzdə, Semedo sağ, Vovay isə sol cinahda qərarlaşıblar. Yeganə forvard qismində Opara çıxış edir.
3.  Oyunda ilk qayda pozuntusu və ilk sarı vərəqəsi. Mureşan Roşanı mərkəz xəttinin yaxınlığında yıxdı, hakim dərhal əlini cibinə apardı. Azarkeşlərin yoxluğu növbəti dəfə hiss olundu.
5. Opara ilə Semedonun divar ötürməsi nəticəsində sonuncunun qapı qarşısına ötürməsi uğursuz alındı.
6. Əfran İsmayılovun zərbəsindən sonra Kamran topu qaytardı. "Qarabağ"ın hücumu davam etdi, bu dəfə Roşa təxminən eyni məsafədən zərbə vurmaq istəsə də, top ayağına oturmadı.
8.  Rəşad Sadiqov meydanın "Xəzər Lənkəran"a aid hissəsində əks-hücumu kəsdiyinə görə xəbərdarlıq edildi.
10. Semedo ilə Vobay isə artıq cinahlarını dəyişiblər. Ola bilsin ki, bu hal oyunun gedişatında tez-tez təkrarlansın.
11. Sadiqovun zərbəsindən sonra top Əfrana tuş gəldi. Futbolçuya həkim yardımı lazım oldu.
14. Komandalar qapılara yaxınlaşmağa tələsmir. Hər iki tərəfin yarımmüdafiəsi meydanın mərkəzini ələ keçirməyə çalışır.
15. Rahid mərkəzlə boş zonaya açılıb rəqib qapısına doğru irəliləsə də, ətrafında olan müdafiəçilər ona nə irəli getməyə, nə də ötürməyə imkan vermədilər.
17. "Qarabağ"ın hücumu zamanı sol cinahdan ötürülən topu uzaq dirəyin yanında olan Əfran oyuna qaytardı, lakin qapı önündə rəqib futbolçularından heç kim yox idi.
19. "Qarabağ"ın daha bir təhlükəli hücumu. İlqar Qurbanov yenə də soldan asma etdi, cərimə meydançasında olan Əfran topu yerə endirdi, lakin Bəxtiyarın topa zərbə vurmasına müdafiəçilər imkan vermədi.
22. Oyunun tempi xeyli aşağıdır. Təqribən söyləmək olar ki, qonaqlar topa ən azı 65 faizlik nəzarət edirlər.
25. "Xəzər Lənkəran"ın hücum cəhdləri rəqibin cərimə meydançasının ətrafında yekunlaşır.
29. Rəqibin sol cinahı çox aktivdir. Burada Roşanı bir an belə gözdən qaçırmaq olmaz.
33. Oyun eyni tərzdə davam edir. Meydan sahibləri cərimə meydançasına daxil ola bilmir, qonaqlar isə daxil olsa da, qapıya zərbə endirə bilmirlər.
35. Mario Rosasın ayağına top çox nadir hallarda dəyir. Onu ara ötürmələrinə isə çox böyük ehtiyac var.
37. "Qarabağ"ın sağ cinahında Əfran çox aktivdir. Ona əsas nəzarəti isə bu oyunda müdafiəçi qismində çıxış edən Pit həyata keçirməlidir. Bu səbəbdən çətin ki, Adriandan bugün hücuma böyük dəstək görək.
41. Zahidin mərkəzdə verdiyi səhv ötürmədən sonra Roşa topu ələ keçirərək Kamranla təkbətək çıxdı. Lakin qapıçı onun zərbəsinin qarşısını ala bildi.
44.  Mureşanın hissənin əvvəlində qayda pozduğu yerdə, Rosas da sarı vərəqə aldı.


İlk hissə başa çatdı - 0:0.

İlk hissə hücum baxımından çox kasad keçdi. Lakin nisbətlə götürdükdə "Qarabağ" daha üstün tərəf idi. Rəqibin öndə olduğu əsas komponent meydanın mərkəzində topa nəzarətdir. Hər iki komanda meydanda beş yarımmüdafiəçi ilə oynadığından, mərkəzdə üstünlüyün əldə olunması çox vacibdir. "Qarabağ" hücumlarını cinahlarla düz xətt üzrə həyata keçirirsə, "Xəzər Lənkəran" hücum zamanı mərkəzə doğru meyl edir. İlk 45 dəqiqə göstərir ki, qonaqların hücum cəhdləri daha effektivdir.


İkinci hissə başladı

47. Beqirinin künc zərbəsindən sonra top rəqib futbolçuya dəyərək meydanı tərk etdi. Korner isə nəticə vermədi.
48. Pavloviç üzərinə gələn topa zərbə vurmaq istəsə də, az qala Opara topu ələ keçirəcəkdi, lakin qonaqlar vaxtında topu uzaqlaşdırdılar.
52. Geridə qalan qısa vaxt ərzində Əfran artıq sağ cinahla 3-4 reyd edə bilib.
55. Pit Roşa ilə toqquşduqdan sonra bir qədər yerdə qaldı. Yaxşı ki, ciddi bir şey olmadı.
58. Əfranın yerlə zərbəsi Kamran üçün problem yaratmadı.
59. Nəhayət "Qarabağ"ın qapısı qarşısında təhlükəli an yaşandı. Rosasın solda olan Semedoya doğru paraşüt ötürməsindən sonra topu qəbul edən portuqaliyalı onu qapı önünə ötürdü. Amma lazım olan yerdə heç kim tapılmadı.
60. Cüneyt Biçerin "Xəzər Lənkəran"ın baş məşqçisi kimi ilk əvəzetməsi: Vobayın yerinə meydana Doman daxil oldu.
63. Oparanın zərbəsi qapının üstündən keçdi. "Xəzər Lənkəran" hücumlarda ilk hissədən fərqli olaraq daha inamlı görünür.
65. "Qarabağ"ın heyətində də ilk dəyişiklik edilir: İlqar Qurbanovun yerinə oyuna Adamiya daxil olur.
67. Adamiya artıq sol cinahla sürət yığır və cərimə meydançasına iti ötürmə edir. Kamran yerindədir.
69. Qonaqlardan daha bir əvəzetmə: Bəxtiyarın yerinə oyuna Rauf Əliyev daxil oldu.
71. Opara rəqib müdafiəçinin sol cinahla irəliləməsinin qarşısını alaraq topu Rahidə ötürdü. Komandanın kapitanı cərimə meydançasına bir qədər yaxınlaşıb qapıya zərbə endirsə də, top üstdən keçdi.
74. Beqiridən növbəti cərimə zərbəsi. Müdafiəçi topu doqquzluğa yollamaq istəsə də, hədəfdən kifayət qədər yayındı.
77.  Qurban Qurbanovun son əvəzetməsi: Həşimov yerini Rəşad Sadıqova verir.
79. "Xəzər Lənkəran"da da dəyişiklik edildi: Rusiç Oparanın yerinə meydana daxil olur. Qeyd edək, Cüneyt Biçer iki əvəzetmə etsə də, taktiki sxem olduğu kimi qalmaqdadır.
81. "xəzər Lənkəran"da növbəti və sonuncu mövqe əvəzetməsi: Rosas yerini Abdullayev Elnura verir.
82. Domanın rəqibə qarşı oynadığı epizodu kobudluq kimi dəyərləndirən baş hakim sarı vərəqə verməyi də lazım bildi.
85. Rusiç cərimə meydançasına sağ tərəfdən daxil olub zərbə endirsə də, top tora kənardan dəydi.
88.  Roşa hücumun qarşısını kəsdiyinə görə sarı vərəqə ilə cəzalandırılır
89. Sağdan Semedoya doğru verilən asmadan sonra Pavloviç vaxtında yerindən çıxmaqla topu uzaqlaşdırdı.
90. "Qarabağ"ın çox təhlükəli hücumu! Əvvəlcə Roşa başı üzərindən topa zərbə endirmək istəsə də, Kamran topu çıxardı. Ardından topa yetişən Əfran bir neçə metrdən qapını nişan aldı, lakin Ağayev bu topu da dəf etdi.
90 + 1. Oyuna üç dəqiqə əlavə edildi.
90 + 2. Rauf Əliyev bütün müdafiə xəttini keçdikdən sonra qapıya zərbə endirsə də top Beqiridən meydanı tərk etdi.

Oyun başa çatdı - 0:0.



15:00. "Rəvan" - "Bakı" - 0:0
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Dalğa Arena" stadionu



11 dekabr (bazar)
 
14:00. Qəbələ - İnter
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Orucəli Durmuşov
Qəbələ. Şəhər stadionu
 
14:00. Sumqayıt Şəhər - Kəpəz
Hakimlər: Anar Salmanov, Elman Musayev, Vaqif Musayev, Anar Göyçayski
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Nüvər Xasıyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
 
14: 00. “Neftçi” - AZAL
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Yaşar Abbasov, Alik Yunusov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu




Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 15 10 1 4 27-13 31
2 İnter 15 8 5 2 13-8 29
3 Xəzər Lənkəran 16 8 5 3 20-16 29
4 Bakı 16 7 5 4 22-13 26
5 Qarabağ 16 7 4 5 18-14 25
6 Qəbələ 15 6 3 6 17-19 21
7 AZAL 15 5 5 5 19-17 20
8 Simurq 16 5 4 7 17-20 19
9 Rəvan 16 4 7 5 18-19 19
10 Kəpəz 15 4 4 7 19-24 16
11 Turan 16 3 2 11 10-24 11
12 Sumqayıt Şəhər 15 2 3 10 8-21 9

Bombardirlər:

1. Bahodir Nasimov - "Neftçi" - 7 qol
2. Robertas Poşkus - "Simurq" - 7 qol
3. Uinston Parks - "Bakı" - 6 qol
4. Tales Şütz - AZAL - 6 qol


Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...