“Neftçi” klubunun makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevskinin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda “Simurq” üzərində 4:2 hesabıyla qalib gəldiyiniz. Bundan əvvəl isə kubokda bu komandanı çətinliklə məğlub etmişdiniz - 1:0. Görünür, kubokdakı oyundan sonra rəqibinizi ciddiyə almışdınız.
- Komandamız hər bir futbolçu onlarla görüşün çətin keçəcəyini əvvəlcədən anlayırdı. Belə komandalarla oyunda hər nəticəni gözləmək olur. Onların çempionatda digər güclü komandalarla oyunlarını izləmişdik. Çox yaxşı təsir bağışlayırdılar. Xüsusən “Xəzər Lənkəran”la hər iki qarşılaşmada. Ona görə də, hər bir görüşdə rəqibdən asılı olmayaraq, var gücümüzü ortaya qoymağa çalışırıq.
- Bu həftənin bazar günü doğma meydanda son zamanlar özünə gəlməyə başlayan AZAL-ı qəbul edəcəksiniz.
- İlk növbədə AZAl-ın yaxşı döyüşkən komanda olduğunu vurğulayardım. Heyətində səviyyəli legionerlər oynayır. Əvvəlcədən AZAL-ı məğlub edəcəyimizi deyə bilmərəm. Bir şey dəqiqdir ki, onlarla oyuna çox ciddi hazırlaşırıq. Çətin qarşılaşma olacağını düşünürəm. Çünki rəqib axrıncı oyunlarda güclü klublar üzərində qələbələri sıralayır və “altılığ”a vəsiqə əldə etmək istəyir. Ancaq, inanıram ki, AZAL-la matçın sonunda gülən tərəf biz olacağıq.
- Əzəli rəqibiniz “Xəzər Lənkəran”nın baş məşqçisi Mirça Rednik istefasını necə qarşıladınız?
- “Xəzər Lənkəran” üzərində böyükhesablı qələbə qazanmağımız tarixi bir nəticə oldu. Uzun müddət idi ki, “Neftçi” buna nail ola bilmirdi. Onlar qapımızdan bir top belə keçirə bilmədilər. Məncə, belə məğlubiyyətdən sonra rəqib və onun baş məşqçisi xeyli sarsılmışdı. Lakin Mirça Rednikin istefa verəcəyini gözləmirdim.
- Səncə, bu istefa “Xəzər Lənkəran” üçün xeyirli olacaq, yoxsa…?
- Ola bilər komanda yaxşı çıxış edərək qələbələri sıralasın. Digər tərəfdən, mümkündür bu amil rəqibin düşərgəsində bir qədər ruh düşkünlüyü yaratsın. Ümumiyyətlə, heç kəs deyə bilməz ki, baş məşqçinin gedişindən sonra nələr ola bilər. Bunu zaman göstərəcək.
- Baş məşqçin Böyükağa Hacıyev barəsində nə deyə bilərsən. Ümumiyyətlə, münasibətləriniz hansı səviyyədədir?
- Onunla münasibətlərimin əla səviyyədədir. Aramızda heç bir problem olmayıb. Onunla çalışmaq mənə çox xoşdur. O, yaxşı mütəxəssis olmaqla yanaşı, çox güclü psixoloqdur. Futbolçularını nə vaxt yükləməyi və sakitləşdirməyi əla bilir. Hər bir qarşılaşmaya bizi kökləməyi gözəl bacarır.
- “Neftçi”nin əsas futbolçularından olan Rəşad Abdullayevin olmaması komandanın oyununa nə kimi təsir edir?
- Hazırda Rəşadın mövqeyində Ruslan Əmircanov çıxış edir. Həm Rəşadın, həm də Əmircanovun özünəməxsus keyfiyyətləri var. Lakin Rəşad Abdullayevi Azərbaycanın ən yaxşı futbolçularından biri hesab edirəm. Təəssüf ki, bizə çətin oyunlar zamanı kömək edə bilmədi. Ancaq Əmircanovun da, öz işinin öhdəsindən gəldiyini söyləyə bilərəm. Bu o deməkdir ki, “Neftçi” əla komandadır.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı