“Milli komandanının oyununu canlı izləyə bilmədim. Çünki həmin vaxt “Boluspor”un oyunu var idi. Amma axşam televiziyada epizodlara baxdım. Nə deyə bilərəm? Rusiya üstün idi. Nəticədə 2:0 hesabı ilə qalib gəldi. Amma bizim də 1-2 imkanımız oldu. Xüsusilə Vaqifin dirəyə dəyən zərbəsini qeyd edə bilərəm”. Bu sözləri Qol.Az-a açıqlamasında “Boluspor”un yarımmüdafiəçisi İlqar Qurbanov deyib. İlqar Foqtsla aralarında yaşanan son olaydan sonra milliyə qayıtmaq perspektivinə bir daha toxunub: “Əgər Foqts deyirsə ki, “nə qədər mən millinin baş məşqçisiyəm, İlqar bu komandada oynamayacaq” demək hər şey məlumdur da. Mən gedib yalvarası deyiləm ki ona. Çağırmır heç çağırmasın. Millinin forması, Azərbaycanın bayrağı mənim üçün hər şeydən əzizdir. Elə burada da Azərbaycanımızı təmsil edirəm”. İlqar “Boluspor”un son vaxtlar xal itkilərinə yol verməsinin də səbəblərini açıqlayıb: “Bilirsiniz, uzun marafondur. Ola bilsin yaz yorğunluğu hiss olunur uşaqlarda. Buna görə son turlarda ardıcıl 3 dəfə heç-heçə elədik. Bununla belə, superliqaya çıxmaq şansımız əladır. Biz ilk növbədə əlimizdən gələni edirik ki, ən azından ilk “6-lığ”a düşək və pley-off-a vəsiqə qazanaq. Sonra artıq hədəf elitadır. İnanıram ki, mövsümün sonunda istəyimizə nail olacağıq”.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi