Milli komandamızın və “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Rəşad, Türkiyədə müayinən necə keçdi? Qolunun vəziyyəti nə yerdədir?
- Əvvəlkinə nisbətən qolumda ağrılar azalıb. Bununla belə, qolumu açıb-bağlamaqda çətinlik çəkirəm. Bir qədər gözləmək lazımdır. “Xəzər Lənkəran”la oyunda böyük ehtimalla iştirak etməyəcəm. “Rəvan”a qarşı isə oynamaq istəyirəm. Görək necə olur. Əgər oynaya bilməsəm, yenidən Türkiyəyə qayıdacağam. Ağrılarım az olsa, matçlarda iştirak edə bilsəm, qış fasiləsində Türkiyəyə getməyi planlaşdırıram.
- Son günlər ölkə çempionatında bir sıra qalmaqallı hadisələr yaşanır. Tovuzda hakimlər döyülür, Lənkəranda məşqçinin başını yarıllar. Sənin bu hadisələrə münasibətini bilmək istərdik...
- Mən ilk gündən belə hadisələrə qarşı olmuşam. Futbolumuzda indiyədək görünməmiş hallar yaşayırıq. Bizim futbolumuzda bu səviyyədə hadisələr yaşanmayıb. Hər halda olubsa da bu dərəcədə olduğuna inanmıram. Bütün komandalar hakimlikdən narazılıq edir. Futbola görə hamı az qala bir-birini öldürməyə hazırdı. Heç bir klub hətta rəhbərlikləri də içərisində olmaqla komandalarının oyunlarını gücləndirmək barəsində düşünmür. Qələbə qazanmaq üçün hər bir vasitəyə əl atırlar. Amma heç kim fikirləşmir ki, bəlkə elə bizim oyunumuzda nəsə problem var? Bu futboldur. Bura bazar deyil, meşə deyil ki, çıxaq “apaçi” kimi nəsə eləyək. Hakimlikdən narazılıq edən bəzi rəhbərlər əvvəlcə öz futbolçularına fikir versinlər. Öz işlərini normal idarə etsinlər, sonra başqa məsələlərdən narazılıq edərlər. Belə şeylər bizim futbolun sonuna gətirib çıxaracaq. Bəzi insanlar da axırda baxıb deyəcəklər ki, biz futbola buna görə diqqət ayırmırıq. Həmin insanlar bu əməlləri ilə futboluna sonunu gətirib çıxaracaqlar. Çoxu da futboldan uzaq adamlardır. Mən bu işə ad verə bilmirəm. Baş açmıram ki, bu nə məsələdir. Onsuz da göstərdiyimiz normal futbolumuz, nəticəmiz yoxdur. Belə hərəkətlərlə hər şeyi daha da pis vəziyyətə salırıq. Bəzi insanlar var ki, çalışırlar hər hansı yolla futbolumuza həqiqi dəstək olsunlar. Bu adamlar isə dəstək olmaları qalsın bir qırağa, ziyan vurmaqdan başqa əllərindən bir iş gəlmir. Mən bu məsələrlə bağlı geniş açıqlama vermək istəyirəm. Televiziya vasitəsilə çıxıb danışacağam. Bu məsələlərə son qoymaq lazımdır. Hara qədər belə gedəcək? On iki məşqçinin hamısı hakimlərdən narazıdır. Mən demirəm ki, hakimlik ideal səviyyədədir. Hakimlərimizin də bəzi qüsurları var. Amma hər şeyi hakimlərin üstünə atmaq nə dərəcədə doğrudur? Hakimlərin bütün klublara qarşı səhvləri olub. Hakimlər də gərək diqqətli olsunlar. Elə səhvləri olur ki, insanı özündən çıxardır. Mən sizə deyim. Bunun sonu olmayacaq. Bu çempionat bitməyəcək. Biz futbola illərimizi vermişik. Bütün həyatımız bu idman növü ilə bağlıdır. Bir-iki ildir futbolun içində olan adamlar isə elə danışır ki, güya bunlardan başqa futboldan anlayışı olan yoxdur. Soruşsan, futbolu neçə nəfər oynayır, heç bilməzlər. Sən komandanı pis vəziyyətə sal, futbolçuna baxma, sonra da hər şeyi yıx hakimin üstünə. İnsanlar kor deyil, axı. Məgər hər şeyi pis vəziyyətə salan kimlərdir? Hamı aqressivləşib. Qolları güclü çıxıblar.
- Belə halların təkrarlanmaması üçün çıxış yolunu nədə görürsən?
- Hərə öz işi ilə məşğul olsun. Vəssalam. Tutaq ki, mənim əgər maşından başım çıxmırsa, onun haqda danışmıram. Oturub sakitcə maşınımı sürürəm. Amma deyirəm ki, mənim maşından başım çıxmır. Hamı başbilən olub. Öz işləri ilə məşğul olsalar hər şey düzələcək.
- “Qarabağ” bu il qarşısına ölkə çempionu olmaq məqsədi qoyub. Sən isə bir neçə dəfə açıqlamalarında bunun çox çətin olacağını demisən. “Qarabağ”ın çempionluq şanlarını necə dəyərləndirirsən?
- Çempionluq bir az müşkül məsələdir. Bu vaxtadək qaçırdığımız çox qol epizodu oldu. O qədər imkanlar ələ düşdü ki, istifadə edə bilmədik. Bəzən oturub oyunları analiz edirəm. Bəlkə də klublar arasında ən çox qol imkanı yaradan komanda məhz “Qarabağ”dır. Sadəcə, qol vura bilmirik. Elə bil, top qapıya girmək istəmir. Bizim qapıya isə hardan zərbə endirirlər qol olur. Qapımıza zərbə vuranda fikirləşirik ki, ay Allah, qol oldu. Yaradıcı futbol oynamaq istəyirik, amma alınmır. “Neftçi” ilə oyunda 85-ci dəqiqədə vurduğumuz top qapı dirəyindən döndü. İki dəqiqə sonra rəqibin uzaqdan vurduğu zərbə gəlib qapımıza girir. Nəticə olmayanda isə komanda istər-istəməz əsəbiləşir, həvəsdən düşür, özünəinamı azalır. Komanda psixoloji cəhətdən böyük zədə alıb. 2:0 qalib gəldiyimiz oyunu 2:3 məğlub bitirdik. “Sumqayıt-Şəhər”lə on dəfə qol vurmaq üçün imkan yarandı, amma vura bilmədik. Şükürlər olsun ki, komanda hələ özünü tam itirməyib. Mən qorxurdum ki, komanda tam öz oyununu itirəcək. Əgər belə bəxtsizlik davam etsə, çempionluq alınan məsələ deyil. Qışa kimi oyunları yaxşı nəticə ilə başa vurmaq lazımdır. Fasilədə isə ayıq başla gərək oturaq hər şeyi yaxşı fikirləşək.
- Həftəsonu Lənkəran səfərinə yollanırsınız. Bu oyundan nə gözləyirsən?
- Gərgin mübarizə keçəcək. Məşqçi dəyişikliyi olan komanda ilk matçına yüksək əhval-ruhiyyədə çıxır. Cüneyt Biçərin “Bakı” klubuna gəlişi bizim üçün uğursuz olmuşdu. “Bakı” onun rəhbərliyi altında ilk oyununda bizə böyükhesabla qalib gəldi. Bir az ehtiyat edirik. “Xəzər Lənkəran” da bizim kimi son oyunlarda xal itirir. Çox ağır oyun olacaq.
- Komanda yoldaşın Bəxtiyar Soltanov son zamanlar yaxşı oyun göstərir. Təcrübəli bir futbolçu kimi ona tövsiyən nədir?
- Qurban Qurbanov heç kimi boş yerə komandaya gətirmir. O, Bəxtiyarda nəsə bir potensial görüb ki, transfer edib. Bəxtiyar adaptasiya prosesin çox yaxşı keçdi. Mənim ona tövsiyəm odur ki, özünəinamlı olsun. Meydançaya çıxanda fikirləşsin ki, mən Bəxtiyaram. Bəxtiyar öz üzərində çox işləyir. Karyeram ərzində gördüyüm tək-tük futbolçudandır ki, oynamasa da həvəsdən düşmür. Məşqçinin tapşırıqların yerinə yetirsin. Belə olan halda uğur da gələcək. Əgər futbolçu təmiz qəlblidirsə, başını aşağı salıb öz işini görürsə, hər şey onun üçün yaxşı olacaq.
- Roşa da komandanın əsas fiqurlarından birinə çevrilir...
- İki Roşa var. Biri komandanı fikirləşib oyun göstərən Roşadır. Biri isə yalnız öz bildiyi oyunu oynayan. Roşa özünü deyil, komandanı fikirləşməyə başlayanda hər şey qaydasında gedir. Öz futbolun göstərmək istəyəndə isə onun komandaya faydası olmur. Amma yaxşı potensialı olan futbolçudur. Sadəcə, gərək bəzi dediyim məsələləri yoluna qoysun.
- Komandanın hücumçuları Vüqar Nadirov və Rauf Əliyev də son matçların çoxunu ehtiyatda keçirirlər...
- Mənim bu futbolçularla bağlı fikirlərim başqadır. Problem ondadır ki, Vüqar Nadirovla Əfran İsmayılov “Qarabağ”da eyni cinahda çıxış edirlər. Vüqarın oyunu daha çox sağ cinahda yaxşı alınır. Sağ və sol cinah arasında xeyli fərq var. Hiss olunur ki, Vüqar solda oynayanda sıxılır. Belə olduqda isə özünəinamı itirir.
Raufun oyununda isə bir az enmə hiss olunur. Onun yaxşı xüsusiyyəti odur ki, tənbəl deyil. Hər zaman həvəslə öz üzərində işləyir. Rauf zədələrini tam sağaltmamış meydana çıxdı. Buna baxmayaraq, millidə və “Qarabağ”da çox qollar vurdu. Deyərdim ki, Rauf yorulub. Bir az ona istirahət lazımdır.
Ümid AYXAN
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."