“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Premyer Liqada “Sumqayıt Şəhər”a 3:1 hesabı ilə qalib gəldiyiniz oyunda komandanızdan razı qaldınız?
- Bəli. Rəqibə qarşı yaxşı mübarizə apardıq. Oyunçularımla söhbətimdə dəfələrlə demişəm ki, hazırda çempionatda zəif klub anlayışı yoxdur. Qələbə qazandığımız üçün sevinirəm.
- Bir müddətdir “Qəbələ”nin kapitanı Mahir Şükürovun xidmətindən istifadə edə bilmirsiniz. Onun yoxluğu komandaya öz təsirini göstərirmi?
- Bizim üçün hazırda oyunçuların yoxluğunun fərqi yoxdur. Mahir bizim üçün önəmli futbolçudur, komandanın kapitanıdır. Abdulkader Kamara , Rövşən Əmiraslanov və Deon Burtondan da yararlana bilmirik. Amma inanın ki, bu oyunçuların olmamasını özümüzə dərd etmirik. Fikirləşmirik ki, bəzi oyunçularımız yoxdur və bu bizim oyuna təsir edə bilər. Əlimdə olan futbolçularla növbəti matçlara hazırlaşırıq. Mahirin oynamamasını bəhanə edə bilmərəm. O yoxdursa, başqa futbolçular var. Bu həftə isə Dodo oynaya bilməyəcək. Buna baxmayaraq, qələbələri sıralamağa məcburuq. Çünki “Qəbələ” bizim istəmədiyimiz yerdədir. Biz də hamılıqla çalışırıq ki, komandanın durumunu daha da yaxşılaşdıraq.
- Növbəti turda öz meydanınızda “İnter”i qəbul edəcəksiniz. Rəqibiniz son zamanlar uğurlu çıxışlar edir. Oyunla bağlı nə düşünürsünüz?
- Məşqlərimizə bir gün fasilə vermişdik. Bu gün hazırlıqlara başladıq. Əvvəlcə öz komandamızın Sumqayıt klubu ilə oyununu izlədik. İndi isə başlayıb “İnter”in oyunlarını analiz edəcəyik. Bizi yenə çox çətin qarşılaşma gözləyir. “İnter”in gücü hamıya bəllidir. Çox istəkli komandadır. Nəticə qazanmaq üçün sonadək səbrlə mübarizə aparırlar. Biz isə üç xal istəyirik. Üç xal qazanmaq üçün necə oynamaq lazımdırsa, “İnter”ə qarşı həmin oyunu göstərəcəyik.
- “Qəbələ” sizin rəhbərliyiniz altında son üç matçın ikisində qalib gəldi. Komandanız hazırda tam siz istədiyiniz oyunu nümayiş etdirə bilirmi?
- Komandaya hardasa yaxından bələd olduğum üçün mənə bir qədər rahatdır. Yavaş-yavaş hər şey qaydasına düşür. Komandanı toplanışa apara bilsəm, hər şey daha yaxşı olacaq. Həmin toplanış çərçivəsində komandanı daha yaxşı hazırlaya biləcəyimi düşünürəm.
- Qış fasiləsində bəzi oyunçuları “Qəbələ”dən göndərəcəyiniz bildirilir. Konkret olaraq, Qrem Smit, Stiv Olfers və Daniel Lopes Kruzu sərəncamınızda görmək istəmədiyiniz haqda xəbərlər dolaşır...
- Bunu yazan kimdirsə özü mənə zəng etsə, daha yaxşı olar. Görən, bu informasiyanı nəyə əsasən yazıblar? Axı, heç mən özüm bilmirəm ki, komandadan kim gedəcək, yaxud qalacaq. Mən heç klubun meneceri Zaur Əzizovla transfer məsələləri ilə bağlı söhbət etməmişəm. Heç bilmirəm ki, qışda yeni futbolçu transfer edəcəyik, ya yox. Bəlkə elə rəhbərlik mənə dedi ki, futbolçu almırıq , bu heyətlə davam et. Yaxud on milyonluq büdcə ayırdılar ki, kimi istəyirsən, al, gətir. Demək istəyirəm ki, transferlə bağlı rəhbərliklə heç bir danışığımız olmayıb. Bu xəbərlər doğru deyil. Mənə çox qəribə gəldi ki, siz hətta həmin oyunçuların adlarını da mənə dediniz. Bu xəbərləri yayanlar “Qəbələ” klubuna qarşı səhv addım atırlar. Komandanın bütün üzvləri Antalya toplanışına aparılacaq. Hər birinin bileti artıq alınıb. Bir daha deyirəm, qış fasiləsində nə edəcəyimiz hələ bəlli deyil.
- Təlim-məşq toplanışı çərçivəsində hansı rəqiblərlə qarşılaşacağınız müəyyənləşib?
- Toplanışı keçirəcəyimiz tarix üçün rəhbərliklə müzakirələr aparırıq. Hələ rəqiblər bəlli deyil.
Ümid AYXAN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı