Lənkəran şəhər mərkəzi stadionunun direktoru, «Xəzər Lənkəran» klubunun icraçı direktoru Höccət Hacıyevin Qol.Az saytına müsahibəsi
- Dünən “Xəzər Lənkəran” - “İnter” oyununun sonlarında tribunadan atılan daş qonaq komandanın baş məşqçisi Kaxaber Sxadazenin başının yarılmasıyla nəticələnib. Baş verənləri nə ilə izah edə bilərsiniz?
- Heç kim - istər klub, istərsə də stadion rəhbərliyi belə xoşagəlməz olayların olmasını istəməzdi. Bu hadisələri bilərəkdən törədən “Xəzər Lənkəran”ı istəməyən azarkeşlərdi. Belə azarkeşlərin olmasındansa, olmaması yaxşıdır. Bütün bunlar futbola yaraşmayan, onun gözəlliyinə ləkə gətirən amillərdi.
- Siz baş verənləri təxribat kimi qiymətləndirirsiniz?
- Hər şey ola bilər. Çempionatın gedişində bütün bunları görürük. Premyer Liqada çıxış edən klublar çox vaxt hakimlərdən narazılıq edir. Hər turda hakimlərlə bağlı problem ortaya çıxır. “İnter”lə matçda elə bir epizod vardı ki, hakim onbirmetirlik cərimə zərbəsi verməliydi. Oyundan sonra hakimə yaxınlaşaraq öz iradımı bildirdim. Bizim futbolçularımıza rəqibin köynəyini dartmağına görə sarı və qırmızı vərəqə göstərə bilirlər. Ancaq qol vurduqdan sonra formasını çıxaran rəqib futbolçunu bizim hakimlər cəzalandırmır.
- Hadisədən sonra “İnter” rəhbərliyilə danışığınız olub?
- Oyundan sonra Sxadadzenin başına gələnlərlə bağlı klub rəhbərliyi üzr istəyib. Yaxşı anlayırıq ki, belə hallar həm dünya, həm də Azərbaycan futbolu üçün xoşagəlməyən hadisədir. Sxadadzenin xəsarət almasına klub rəhbərliyi olaraq, çox üzgünük. Bunu törədənlər futboldan anlayışı olmayan azarkeşlərdi. Belələri “Xəzər Lənkəran” klubuna ləkə gətirir. Bizim əsl azarkeşlər hər zaman komandasına güclü dəstək verir, komandasına zərər gətirən şeylərə əl atmır.
- Sxadadze başına gələnlərlə bağlı sizə nəsə dedi?
- Mən özüm onun yanına gedərək üzrxahlıq etdim. Belə şeylərdən heç kəs sığortalanmayıb. Ola bilərdi ki, heç həmin daş Sxadadzeyə ünvanlanmamışdı. O xəsarəti onun yaxınlığında olan hakim, lənkəranlı futbolçu, top daşıyan uşaqlar da ala bilərdi. Daşın birmənalı olaraq Sxadadzeyə atıldığını söyləmək düzgün olmaz.
- Lənkəran stadionunda tez-tez azarkeşlər meydançaya əşya atır. Sizdə, təhlükəsizlik hansı səviyyədə təmin olunub?
- Azərbaycanda ən yüksək təhlükəsizlik xidməti bizdə olur. Oyunlar zamanı asayişı 300-dən çox polis qoruyur. Bundan başqa Daxili Qoşunların 200-ə yaxın əsgəri də stadiona cəlb edilir. Belə olaylar, xüsusən ikinci hissədə baş verir. Belə ki, fasilə zamanı azarkeşlər çölə çıxaraq, daş və ya digər əşyaları gizlədərək özüylə stadiona gətirir. Nəticədə komandanı istəməyən şəxslər təxribata əl atır.
- “İnter”ə məğlubiyyətdən sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik istefaya göndərildi. Klub rəhbərliyi niyə belə addım atıb?
- Dünyanın hər yerində komanda istənilən səviyyədə çıxış etmirsə məşqçisi istefa verir. Rumın mütəxəssis istefa vermək istədiyini bildirdi. Biz də onun verdiyi qərara hörmətlə yanaşaraq, qarşılıqlı olaraq, müqaviləni ləğv etdik. Düşünürəm ki, Mirça Rednik düzgün qərar verdi.
- Komandanın yeni baş məşqçisinin kimliyinə nə vaxt aydınlıq gələcək?
- Bu vəzifəyə təyin etmək istədiyimiz bir neçə namizəd var. Bir neçə günə yeni baş məşqçinin kimliyinə aydınlıq gələcək. Bütün bunlara klubun prezidenti qərar verəcək. Hazırda komanda müvəqqəti olaraq Cüneyt Biçərə tapşırılıb.
- Rednik mətbuata açıqlamasında etiraf etmişdi ki, onun gedişindən sonra “Xəzər Lənkəran” “qara zolaq”dan çıxa bilər. Yəqin ki, bununla o, bəzi futbolçuların onun rəhbərliyi altında oynamaq istəməməsinə işarə vurmuşdu.
- Ola bilər, bəzi futbolçularla münasibəti yüksək səviyyədə olmadığından belə deyib. Bilirsiniz, elə futbolçular vardı ki, onun rəhbərliyi altında oynamaq istəmirdilər. Ümid edirik ki, düşdüyümüz “qara zolaq”dan tezliklə çıxacağıq. Biz yenə hər zamankı kimi, iddialı klubuq. Həm çempionat, həm də kubok uğrunda mübarizəmizi sonadək davam etdirəcəyik.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat