Əfran İsmayılov: "Foqtsun xarakterinə yaxşı bələdik"

Əfran İsmayılov: "Foqtsun xarakterinə yaxşı bələdik"
ÖLKƏ FUTBOLU 1 Dekabr 2011 / 10:48 2256
-  A +

“Peşəkar futbolçu olduğum üçün kimi gətirsəydilər, onun rəhbərliyi altında oynamağa hazır idim”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov Berti Foqtlsa müqavilənin daha iki il müddətinə uzadılmasına münasibət bildirərkən deyib.

Əfran uzun illərdir Berti Foqtsun millidə işlədiyini xatırladıb: “Buna görə də onun bütün taktikasına, xarakterinə yaxşı bələdik. Mən də peşəkar kimi, Foqts öz vəzifəsində qalmasını istəyirdim. İnşallah, onun rəhbərliyi altında,növbəti seçmə mərhələdə 10-12 xal toplayarıq”.

Daha çox


Son xəbərlər
topaz banner