Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «İnter» - «Turan» oyununun ikinci hissəsində Tovuz klubunun meydana çıxmamasına münasibət bildirib.
Qeyd edək ki, «Turan» qapılarından buraxdığı ikinci qolun qapı xəttini keçmədiyini iddia edib və bu səbəbdən futbolçular stadionu tərk edib.
Məsələylə əlaqədar Qol.Az saytına açıqlama verən PFL prezidenti Ramin Musayev bildirib ki, fasilə zamanı ona «Turan»ın prezidenti Musa Süleymanov zəng edib: «O dedi ki, qapımızdan ikinci qol vurularkən top qapı xəttini keçməyib. Mən də məsələylə bağlı oyunun çəkilişinə aparan PFL-in operatorlarına zəng edərək həmin epizoda baxmalarını tapşırdım. Onlar dəfələrlə epizoda baxdıqdan sonra deyirlər ki, top qapıdan keçib. Mən də bu haqda Musa müəllimə məlumat verdim. Amma Süleymanov bildirir ki, o, «Xəzər TV»nin kamerasında epizoda baxıb və orada topun qapı xəttini keçmədiyi görünür. Amma əslində top həqiqətən də qapı xəttini keçib».
R.Musayev bildirib ki, futbolçular ikinci hissədə meydana çıxmaq istəyib, amma Musa Süleymanov buna əngəl olub: «Bizə verilən məlumata görə, məhz Musa Süleymanovun göstərişindən sonra «Turan»ın futbolçuları meydana çıxmayıb».
Son vaxtlar maliyyə problemi ilə üzləşən «Turan»ın bilərəkdən meydana çıxmaq istəməməsilə bağlı səslənən fikirlərə R.Musayevin münasibəti belə olub: «Mənə də aydın olmadı ki, onlar niyə belə addım atdılar. Musa Süleymanovla telefonda söhbət elədim, amma o, məni başa düşmək istəmədi».
Məsələylə bağlı Qol.Az saytının müxbiri "Turan"ın prezidenti Musa Süleymanovla da əlaqə saxlayıb. Amma o, əhval-ruhiyyəsinin olmadığını əsas gətirərək danışmaq istəmədiyini bildirib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı